Azərbaycanlı sülalələr → Səfəvi-Osmanlı müharibəsi (1723-1727)
Səfəvi-Osmanlı müharibəsi (1723-1727)[1] — 1723-1727-ci illərdə Səfəvilər və Osmanlı imperiyaları arasında baş vermiş müharibə.
Tarixi[redaktə]
Müharibə Osmanlı İmperiyasının Səfəvilər İmperiyasına hücumu ilə 1723-cü ildə başlamışdır. Əfqan tayfalarının basqını nəticəsində Səfəvilər İmperiyasının zəifləməsindən istifadə edən III Əhməd Zaqafqaziyanı və Qərbi İranı ələ keçirməyə çalışırdı. 1723-1725-ci illərdə Osmanlılar Şərqi Gürcüstan, Çuxursəədi, Azərbaycan (Marağa, Xoy, Naxçıvan, Ordubad, Təbriz, Gəncə, Ərdəbil) və Qərbi İranı zəbt etdilər.
Osmanlı işğalı Rusiyanın Xəzər dənizi hövzəsində mənafeyinə ciddi təhlükə törədirdi. Hələ 1722-1723-cü illərdə rus qoşunları Dərbəddən Ənzəliyədək Xəzər dənizi sahillərini işğal etmişdi. 1723-cü il sentyabrın 23-də bağlanmış Rusiya-İran müqaviləsinə əsasən, həmin ərazilər Rusiyanın tərkibinə keçdi. Beləliklə Rusiya və Türkiyə arasında müharibə təhlükəsi Ardı »