Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

StomatologiyaÇürük dişlər infarkta səbəb olur

Almaniyanın Hamburg şəhərində yaşayan Dr.Jürgen Reitzin apardığı və “Bild am Sonntag” jurnalında dərc olunan bir tədqiqata görə çürük bir diş ürəyə, immunitet və əzələ sistemlərinə mənfi təsir edir.
Tədqiqatda göstərir ki, bakteryaların çənə sümüyünə və diş köklərinə nüfuz etməsi nəticəsində dişlər tökülür ki, bununlada immunitet sistemi zəifləyir.
Bakteri yaların qan dövranı vasitəsi ilə vücudun hər tərəfini dövr etməsi isə infarktla nəticələnir. Hamilə qadınlarda erkən doğuma səbəb olur.
Həmçinin gərginlikdən yaranan diş qıcaması isə boyun əzələlərinin ağrılarına səbəb olur.
Dr. Jürgen Reitzin bu səbəbdən idman və ya müxtəlif rahatlama yolları ilə gərginlikdən uzaq olmağı məsləhət görür. Ardı »

StomatologiyaLazerli diş fırçası

Ağız qiqiyenasında adi diş fırçasından daha səmərəli heç nə yoxdur. Standart diş fırçasından başqa müxtəlif forma və funksiyaları olan çox sayda model istehsal olunur. Ən təzə və dəbdə olan diş fırçaları növləri arasında gümüş iyonlu firçalar, süngər (qupka) başlıqlı dönən fırçalar və nəhayət ən yeni çıxan lazer şualı diş fırçalarını sadalamaq olar.
Dalqa boyu 635 nm. olan və 7 mW. gücündə yarımnaqilli tibbi lazer (LLLT) ilə tərtib olunan bu diş fırçaları, 1 dəqiqidən də az bir müddətdə diş səthi üzərindəki mikrobial plakları təmizləyir və ümumi antimikrobial effekt göstərir. Bütün bu prosedur diş pastası olmadan aparılır. Daha sonra diş pastası ilə dişlər təmizlənir. Ardı »

StomatologiyaYaşlı adamlarda dişlərin tökülməsi onlarda yaddaşın vəziyyətini əks etdirir

Londonun Universitet kollecinin alimləri 60-dan yuxarı yaşlı 3166 yaşlı adamın iştirakı ilə tədqiqat aparıblar. Könüllülərin dişlərinin sayı, onların hərəkət sürəti, yaddaş səviyyəsi qiymətləndirilib. Alimlər müəyyən ediblər ki, bütün dişləri tökülmüş insanlarda yaddaşın təxminən 10 faiz azaldığı müşahidə edilib.
Bu adamların yerimə sürəti də 10 faiz aşağı düşüb. Bu barədə "Psych Central" məlumat verib.

60-74 yaşlı şəxslərin qrupunda bu əlaqə daha yaxşı hiss olunub. 75 yaşdan sonra intellekt və hərəkət sürəti arasındakı fərqin aradan qalxdığı müşahidə edilib.
Beləliklə, ağız boşluğunun vəziyyəti həkimlərə bütün orqanizmin sağlamlıq vəziyyətindən, o cümlədən kəllə beyninin fəaliyyətindən xəbər verə bilər.
Alimlər belə hesab edirlər ki, ağız boşluğunun ekspress müayinəsi risk qrupundan olan Ardı »

StomatologiyaStomatoloq qorxusunu yenməyin qeyri adi üsulu

Diş müalicəsi əsnasında, xəstələrin rahat vaxt keçirməsi üçün eynək hazırlanıb.
Bu eynək sayəsində, bəzi şəxslərdə olan qorxu hissini aradan qaldıraraq, qorxan şəxslərin diş həkiminə getmələrinə köməkçi olmaları hədəflənib.
Eynək xəstənin iki saat dözümlü olmasına yarıyır. Yetkinlərin yanında uşaqların da diş müalicələrində eynək istifadə edərək müxtəlif cizgi filmlərinə və gülməli kinolara baxa bilirlər. Buda öz növbəsində diş müalicələrinin edilməsi əsnasında həkimə çox yardımçı olur. Uşaq da sıxılmır və həkimə problem yaratmır.
Eynək, xəstələri başqa bir dünyaya aparır. Ardı »

StomatologiyaDiş çürüməsinin qarşısını almaq metodları

Diş çürüklərinin meydana gəlməsində üç əsas faktorun olduğu deyilir. Bunlara həssas bir diş səthi, mikroorqanizmlər üçün əlverişli yemək artıqları, bunların parçalanmasına və turşu meydana gəlməsinə gətirib çıxaracaq mikroorqanizmlərin varlığı. Qidalar içində isə diş çürüməsinə ən çox səbəb olanlara karbohidratlar, şəkərli qidalar aid edilir.
Dişlərə lazimi qaydada qulluq edilsə və baxımlarına diqqət göstərilsə, mikroblar onlara zərər verə bilməzlər.
Diş çürüyü, dişdə olan oyuqlar dişin quruluşunu pozan və öz-özünə tam sağalmayan bir diş xəstəliyi hesab olunur.
Dişlər yaxşı təmizlənməyəcək olsa, üzərində qida artıqları və mikroblar yığılar. Ağız daxilindəki bakteriyalar yemək artıqlarındakı şəkərli maddələrdən istifadə edərək onları şəffaf, yapışqan bir maddə halına gətirir və Ardı »

StomatologiyaAğız qurumasının səbəbləri

Tez - tez rastlaşdığımız ağız quruması yəni ağız suyunun azlığı probleminə bəzən biganə yanaşırıq lakin bilmək yaxşı olardı ki, bu problem bəzi diş xəstəliklərinə səbəb olur. Belə ki, ağız suyu diş çürüməsinə səbəb olan bakteriyaların ağızdan təmizlənməsində böyük rol oynayır. Bütün bunlarla yanaşı ağız suyu dad bilməyə və həzmə kömək edir.
Ağız qurumasının səbəbləri.

Bu problem bir sıra səbəblərdən yarana bilər.
• Yüksək qan təzyiqi, depressiya, və. s kimi xəstəliklərin müalicəsi zamanı çoxlu sayda dərmanlardan istifadə edərkən ağız quruması ola bilər.
• Sinir zədələnməsi - hər hansı bir zərbə və ya əməliyyat zamanı baş və boyun nahiyəsində sinirin zədələnməsi ağız suyunun qurumasına gətirib çıxarır.
• Həmçinin Ardı »

StomatologiyaArtan stress 'diş'ə təsir göstərirmiş

Yaşanan təzyiqin, stressin mənfi təsirləri gecələr də meydana gələ bilər.
Məlumata görə yuxu əsnasında güclü çənə hərəkətlərinin yaranmasında səbəblərdən biri hesab olunan diş qıcama artan və yaşanan stress zamanı yayıla bilər.
Bəzi araşdırmalara görə, diş qıcama alergik uşaqlarda üç qat çox olur.
Türkiyəli psixoloq həkim Muzaffer Uyarın sözlərinə görə "Bu şikayətlə müraciət edən xəstələrdə əvvəl ola biləcək faktorların varlığı araşdırılır.
Həmin faktorlara depressiya, hirs, qarşıdurma və s. aiddir. Sadalanan faktorlara görə psixoloji müalicə planlanır."
Diş həkimi kimi fəaliyyət göstərdiyi bildirilən Sibel Örsalın sözlərinə görə isə pasient yalnız çənə ağrısı və ya diş həssaslığı şikayətiylə gəlirsə diş həkiminin müdaxiləsində yaxşılaşa bilər. Ancaq ağrı Ardı »

StomatologiyaDişəti iltihabı

Parodontit dişəti və diş yuvasının iltihablanmasına verilən addır. Köhnədən ümumiyyətlə parodontozla qarışdırılmışdır. Parodontoz dişi tutan sümükdə, yəni çənə sümüyündə ortaya çıxan xəstəlikdir, yəni çənə sümüyü xəstəliyidir. Diş çürüyünə isə karies deyilir və mövzu bu adla xatırlanan başqa bir başlıqlada adlandırilmişdir. Diş pası olaraq bilinən maddəyə isə diş daşı deyilir, diş daşı yemək artıqları, tüpürcək artıqları, qara çay və siqaretin birləşməsindəki bəzi maddələr, xüsusiyyətlədə bakteriyalar bunların hamısı birdən dişətini, dişi əvvəl iltihablandırır sonradan isə çənə sümüyünə qədər çürüdür. Bakteriyaların qida ilə alınan şəkəri dişəti və yuvası iltihablanar (parodontit), diş çürüyü (karies) və nəticədə parodontoz (çənə sümüyü çürüyü) meydana gəlir.

Parodontitin əmələ gəlmə səbəbi: Ardı »