Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

StomatologiyaDiş sağlamlığı

Bəzi həkimlərin fikrincə sağlamlıq mövzusuna səthi yanaşmaq, zərərli vərdişlər və işlərlə məşğul olmaq çox vaxt insan sağlamlığına böyük zərər vurur.
Xüsusilə ağız və diş sağlamlığı bu mövzuda ilk sıralarda gəlir. Diş sağlamlığı üçün qidalanmadan tutmuş, həkim müayinəsinə kimi hər şey önəmlidir.
Əgər diş əti, dişlər, çənə sümüyündə və ağızda hər hansı anormallıq olarsa vaxt itirmədən həkim müayinəsində olmaq lazımdır. Müayinə daha çox kiçik yaşlardan aparılmalıdır. Həkimlər bu sahədə geniş təcrübə və biliyə sahib olduqlarından problemə uyğun düzgün müalicə tətbiq edirlər. Dişlərdə olan sadə problemlərlə bərabər ortodontik müayinə və müalicə də önəmlidir. Bu işlər dişlərin estetik baxımdan gözəl olmasına imkan yaradır. Xüsusilə üst və Ardı »

StomatologiyaDişlərimiz niyə çürüyür?

Dişlərin çürüməsinə uşaqlar arasında daha çox rast gəlinir. Bunun əsas səbəblərindən biri də rejimsiz qidalanmadır.

Karbohidratların bakteriyalar tərəfindən parçalanması nəticəsində turşu ifraz olunur və diş səthində pH faktoru (mühitin turşluluğunun göstəricisi) aşağı enir ki, bu da kalsium ve fosfor ionlarının diş minasından ayrılması ilə nəticələnir.

Uşaqların inkşafı dövründə fosfor, kalsium və florun miqdarı az olduqda, eyni zamanda şəkərli və karbohidratlarla zəngin olan qidalardan daha çox istifadə edildikdə çürümə baş verir. Dişlərin vaxtında və kifayət qədər təmizlənməməsi də kariesin yaranma səbəblərindəndir.

Hamiləlik, yanlış olaraq dərmanlardan istifadə, orqanizmin müdafiə funksiyasının zəifləməsinə və dişlərin daha tez çürüməsinə səbəb olur.

İçməli suda flüorun miqdarının normadan aşağı olması karies xəstəliyi Ardı »

StomatologiyaDiş çürüklərinin əlamətləri

Məlumata görə dişlərdə oyuq və ya diş infeksiyaları olduqda diş çürükləri əlamətləri üzə şıxır. Diş oyuqları və ya diş çürümələri müalicə edildikdə əsas əlamətlərdən hesab olunan diş ağrıları, ağız boşluğunda yaranan infeksiyalar və diş itkisi problemi həll olunur. Əks təqdirdə ağız boşluğunda olan bakteriyalar, dişi əridən turşular zamanla diş çürüklərin meydana gətirir. Bu zaman bakteriyalar və yapışqan maddələr diş və diş ətlərinin üzərində fəsadlara yol açır. Yaranan bakteriyalar yeyilən yeməklərdə şəkərlə birlikdə turşular çıxarır. Həmin turşular yeməyin yeyilməsindən sonra iyirmi dəqiqə ərzində dişlərə mənfi təsir göstərir.
Bütün bunlar zaman keçdikcə diş minasını yox edərək diş çürüməsinə səbəb olur. Diş çürüyünün müalicəsi çürüyün Ardı »

StomatologiyaAğız və diş sağlamlığına diqqət edin

Türkiyəli Dr. Öner Nergizin sözlərinə görə "Edilən elmi tədqiqatlar, ağız və diş sağlamlığı problemlərinin ürək, sümük və üst tənəffüs yolu xəstəlikləri kimi sistematik xəstəliklərə təsir etdiyini sübut edib. Həmçinin erkən doğum və aşağı çəkili körpə doğumuna səbəb olduğu da məlum olub.

Diş çürüklərini qorumada diş fırçalama, nizamlı və sağlam qidalanma, ehtiyac olduqda diş həkiminə getmək və flüor istifadəsi əhəmiyyətlidir. Flüorun, çürük meydana gəlməsini önləyici təsiri elmi olaraq sübut edilmişdir. Uşaqlarda çürük riskinin yüksək olduğu dövrlərdə və məktəblərdə tətbiq olunacaq ən uyğun qoruyuculardan bir dənəsidir. Bu səbəblə Amerika, Kanada, Avstraliya və bəzi Avropa ölkələri başda olmaq üzrə bir çox ölkədə uzun illərdən bəri Ardı »

StomatologiyaAğız qoxusunu aradan qaldırmağın yolları

Bir çoxlarının özunə olan etibarını itirməsinə səbəb olan ağız qoxusundan xilas olmaq heç də çətin bir iş deyil.
Cəfəri nəfəsinizi təbii olaraq təzələyir, yalnız tam olaraq çeynəməyinizden əmin olun.

Eyni zamanda mətbəxinizdə olan bəzi təbii otlar və ədviyyatlarda təbii nəfəs qoxusunu təzələyirlər. Buna misal olaraq darçın darçını göstərmək olar!

Soğan, sarımsaq, acı bibər, kolbasa, sosiska, basdırmadan uzaq durun. Eyni zamanda bəzi pendirlərdən (rokfor kimi), bəzi balıqlardan hətta pizzanın üstündəki ançuezden belə uzaq durun.

Qəhvə, pivə yerinə su və ya meyvə suyu üçün..

Dişlərinizlə birlikdə dilinizi də fırçalamağı unutmayın.

Bir şeylər yedikdən sonra dərhal dişlərinizi fırçalayın. Bu yediyiniz yeməklərlə əlaqələndirilən qoxuları uzaqlaşdırar.

Burnunuzdan nəfəs almağa çalışın. Ağızdan nəfəs Ardı »

StomatologiyaAğız və diş sağlamlığında qidalanmanın rolu

Ağız və diş sağlamlığı yaxşı bir qidalanmanın göstəricilərindən biridir.
İşlər göstərir ki, diş sağlamlığına təsir edən bir çox faktor ola bilməsinə baxmayaraq qidalanma bu mövzuda əhəmiyyətini hər zaman qoruyur.
Pendir, süd, alma və kök kimi qidaların tərkibindəki bəzi maddələr, ağızdakı turşu miqdarını azaldır, diş çürüklərinin önünə keçir.
Süd, məzmunundakı kazein, kalsium, laktat, ionlaşmış kalsium, fosfat ionları, yağ və vitaminlər ilə diş çürüklərini maneə törətməkdədir. Ancaq, südə qatılan şəkər çürük riskini artırır. Yer fıstığı, fosfat və kakao, aşılayıcı turşusunun tərkibi və s. ağız sağlamlığının qorunmasına köməkçi olduğu bildirilir. Alma və kök kimi meyvələri dişlədikdə mexaniki olaraq dişlərin təmizlənməsinə və diş əti sağlamlığının Ardı »

StomatologiyaDiş sağlamlığında inanılmaz elmi kəşf

Protez dişlərə son qoyacaq müdhiş bir işə imza atılıb. Türkiyə mətbuatının yaydığı məlumata görə ingilis elm adamları, dişəti toxumasından aldıqları hüceyrələr ilə diş çıxarmağa müəssər olublar. Buda taxma diş ya da diş itkisi problemlərinin tarixdə qalacağından xəbər verir. Artıq hər yaşda insan yeni və sağlam dişlərə sahib ola biləcək.
"Journal of Dental Research" jurnalında dərc olunan məlumatda aparılan təcrübə sayəsində, bir gəncin dişəti toxumasından alınan epitel hüceyrələrin laboratoriya mühitində çoxaldırıldığını, daha sonra isə siçanlardan alınan mezenxim hüceyrələri ilə birləşdirilərək diş əldə olunduğu bildirilib.
London araşdırmaçıları, mezenxim hüceyrələrinin diş şəklində böyümələri üçün epitel hüceyrələrini aktiv ediblər. Epitel və mezenxim hüceyrə qarışığının inyeksiya Ardı »

StomatologiyaDişləri yumaq yaddaş zəifliyini aradan qaldırır

Dişləri hər gün yumaq yaddaş zəifliyini və ya ümumiyyətlə yaddaşın itməsi problemini aradan qaldırır. Bu, 270 nəfər yaşlı insan üzərində aparılan araşdırma nəticəsində məlum olub. Araşdırmaya görə. dişlərə düzgün quluq orqanizmi bir çox problemlərdən qoruyur və beyinin fəaliyyətinə müsbət təsir göstərir. Lakin dişləri yumaqla yaddaş arasındakı əlaqəni alimlər hələ ki bilmirlər.

Həkimlərin sözlərinə görə, dişlərin çürüməsinin əsas səbəbi qidalanmadır. Xüsusilə şəkərli qidalar dişləri məhv edir. Ona görə də şirniyyatı çox sevən uşaqlarda diş çürümələrinə daha çox rast gəlinir. Təcrübəli stomatoloq, əməkdar həkim Cəfərağa Səmədov həm də süni qida məhsullarının dişlərin əsas düşməni olduğunu deyir.

Tərkibində şəkər, karbohidrat çox olan qidalar, məsələn, kartof, çörək Ardı »