Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

StomatologiyaDırnaq yemə diş əyriliyinə səbəb olur

Mütəxəssislərə görə uşaqlıq dövründən dırnaq yeyən şəxslərin dişlərində formal pozğunluq yarana bilər.
Xüsusən körpəlik və uşaqlıq dövründə dırnaq yeyən, barmaq soran, uzun müddət əmzikdən istifadə edən və genetik səbəblərdən düzgün nəfəs almayan şəxslərdə diş əyriliyi ola bilər.
Bundan əlavə verilən məlumatda bildirilir ki, dırnaq yemək, alt çənənin önə doğru sürüşməsi nəticəsində dişləm pozğunluğu meydana gətirməsinə şərait yaradır.
Türkiyəli mütəxəssis Dr. Əhməd Pınar, dişlərdəki formal və funksional problemlərlə əlaqədar məlumat verərkən, əyri dişlərin, başda estetik görünüş olmaqla bir çox problemə səbəb olduğunu deyib.
Ortodontik problemlərin böyük əksəriyyətinin genetik səbəblərlə ortaya çıxdığını bildirən Pınar, başqa səbəblər haqda da məlumat verib.
O, bildirib ki, sadalanan cəhətlərdən əlavə uşağın Ardı »

StomatologiyaDiş ərpi

Bildiyimiz kimi diş ərpi diş üzərində yaranır. Rəngsiz, yapışqan maddədən ibarət olan bakteriya təbəqəsidir. Eyni zamanda diş ərpi ağız sağlamlığı problemlərinə yol açan faktorlardan biridir.
Tərkibində şəkər, karbohidrat, nişasta olan qidalar dişlərin üzərində qaldıqda zamanla diş ərpi yaradır. Ağızda yaşayan bakteriyalar həmin qalıqlar üzərində yayılır və bir turşu meydana gətirir. Zamanla bu turşu diş minasını əritməyə başlayaraq diş çürüməsinə səbəb olur. Diş ərpi eyni zamanda diş ətlərinin altında inkişaf edərək dişi dəstəkləyən sümüklərə zərər verir.
Ərpi önləmək üçün dişləri gündə ən az 2 dəfə fırçalamaq lazımdır. Yumşaq və yumru uclu tükləri olan fırça seçilməlidir. Fırçalarkən diş və diş ətlərinin birləşdiyi yerlərə Ardı »

StomatologiyaDiş ağartmadan sonra portağal suyu içməyin

Bildiyimiz kimi, dişlərin təbii rəngi, illər keçdikcə bəzi içki və qida artıqlarından, çaydan, kofedən və siqaretdən istifadə nəticəsində tündləşir.
Tetrasiklin kimi bənzəri dərmanlar da dişlərin daxili rənglərinə mənfi təsir göstərir. Bu cür hallar insan psixologiyasına da zərər edir.
Bəziləri dişlərin bəyazlığı üçün çoxlu pul xərcləyir. Bəziləri də təbii və gözəl təbəssüm üçün bir sıra əməliyyatlarda iştirak edir.
Son zamanlarda diş bəyazlığında istifadə olunan effektiv üsullardan biri lazerlə diş bəyazlatmadır.
Məlumata görə bu üsulun tətbiqi mükəmməl nəticələr verdiyindən günümüzdə olduqca məşhurdur.
30-45 dəqiqə sürən lazerlə diş bəyazlatma əməliyyatı tündləşmiş, rəngini itirmiş dişləri tam olaraq bəyazlaşdırır.
Ev mühitində isə diş həkiminin verdiyi şəffaf bəyazlatma geli 7-10 gün Ardı »

StomatologiyaDiş ləkələrinin səbəbləri

Deyilənə görə insan orqanizminin ən bərk hissəsi dişlərdir. Lakin lazımi qulluq göstərilməsə dişlər də müxtəlif ciddi problemlərlə üzləşir. Həmin problemlərə diş xəstəlikləri ilə bərabər diş ləkələri də aiddir. Günümüzdə diş ləkələri ictimai görünüş baxımından insanları narahat edən vacib problemlərdəndir. Dişlərin mina təbəqəsində qida artıqlarından və zərərli vərdişlərdən (siqaret və alkoqol) yaranan həmin ləkələr qida qəbuluna diqqət göstərdikdə və müalicə edildikdə asanlıqla təmizlənir.
Dişlərdə ləkələnmələrə səbəb olan qidaları sıralayan həkimlər diş baxımına diqqət göstərənlərin siqaretdən və hazır qidalardan uzaq olmasını məsləhət görür.
Çünki, həmin qidalarda yaranan qida boyaları ləkələrin meydana gəlməsini sürətləndirir.
Diş ləkələrinin səbəblərinə yaş həddi, dişlərin təbii rəngi (başlanğıc rəng), genetik Ardı »

StomatologiyaDişlərdə kök kanalı müalicəsi

Kök kanal müalicəsinin əsas məqsədi kök kanallarının tam dezinfeksiyası və infeksiyanın yenidən əmələ gəlməsinin əngəllənməsidir.
Kök kanalı preparasiyası uğurlu bir müalicədə ən önəmli mərhələlərdən biri hesab olunur. Bu mərhələnin uğurlu olması kök kanal dezinfektantlarının kanal sisteminə daha yaxşı tətdiq olunmasını təmin edir və arxasınca uğurlu bir kök kanal plombu qoyulmasını təmin edə bilir.
Kök kanalı müalicələrinin olduqca müvəffəqiyyətli nəticələr verdiyi deyilir. Ancaq infeksiya yenidən meydana gələcək olursa aparılan müalicələrin təkrarlana bilər.
Bəzi məsələləri formalaşdırmadan əvvəl əngəlsiz giriş yolunun mexaniki olaraq təmin olunması ve resiprokal hərəkət prinsipinə diqqət edilməsi də lazımdır. Ardı »

StomatologiyaStomatoloq qorxusuna son

Diş problemləri olan kəslərdən bəziləri diş həkiminə narahatlıqla gedər.
Ümumiyyətlə istər uşaqlarda istərsə də yetkin xəstələrdə ağız və diş müalicəsində xəstə dərhal sakitləşdirilir.
Şənləndirici qaz vasitəsi ilə bu qorxunun qarşısı alınır. Bu bir ümumi anasteziya hesab olunmur, tərkibində daha çox azot-protoksit, nitrozoksit və oksigen (N20/02) qazlarının qarışığı vardır. Bu qarışıq tənəffüs ilə ağciyərlər tərəfindən udularaq sakitləşdirici təsir göstərir.
Qaz kəsildiyində və normal nəfəs alınmağa başlandığında təsiri dərhal aradan qalxır.
Tətbiq əsnasında, diş müalicələri rahat bir şəkildə aparılır. Bu vəziyyət, xəstənin daha sonrakı seanslarda diş müalicəsinə gəlişini asanlaşdırar. Ardı »

StomatologiyaGözəl dişlər üçün 10 qayda

Bir ömür boyu sağlam dişlərə sahib olmaq hamının arzusudur. Lakin ağ dişlərə sahib olmaq tək fırçalamaqla bitmir. Diş sağlamlığı üçün qidalanmaqdan tutmuş, həkim müayinəsinə kimi hər şey böyük önəm daşıyır. Sağlam dişlər üçün aşağıda göstərilən qaydalar da fikir vermək lazımdır:
1. Kalsium və C vitamini ilə zəngin məhsullarla qidalanmaq. Məsələn, süd, pendir, qatıq kalsiumla boldur. Portağal, qovun, brokoli,ispanaq kimi meyvə tərəvəz isə C vitamini qaynağıdır.
2. 6 aydan bir mütləq diş müayinəsi etdirmək və gündə azı 2 dəfə dişləri fırçalamaq lazımdır. Sağlam diş və ağız boşluğuna sahib olmaq üçün bu əsas şərtlərdən biridir.
3.Dişlərə qulluqda fırca və məcun kifayət deyil. Onlarla yanaşı diş Ardı »

StomatologiyaBakıda pulsuz ortodontiya kursu təşkil olunacaq

Ortodontiyaya maraq göstərən bütün həkim və tələbələri "KLİNİKİ ORTODONTİYAYA GİRİŞ" kursuna dəvət edirik.

Kurs 7-8 oktyabr 2011-ci il tarixində "VİTAStom" şirkətinin konfrans zalında keçiriləcək.
Ünvan: Zivərbəy Əhmədbəyov küç., 1. (m. Nizami qarşısı)
Əlaqə: (050/055) 3263161

İştirak pulsuzdur.

Kursun Proqramı:

7 oktyabr 2011
● 10.00 - 12.00: Mühazirə:
- Ortodontiya və müasir cəmiyyət
- Ortodontik problemlər və ortodontiyanın fəlsəfəsi anlayışı
- Ortodont nələri mütləq bilməlidir
- Diaqnostik tədbirlər və müalicə planı
● 12.00 - 12.15: Fasilə
● 12.15 - 13.15: İştirakçılar tərəfindən, online qeydiyyat zamanı verilən suallar əsasında hazırlanmış masterklas

8 oktyabr 2011
● 10.00 - 12.00: Mühazirə:
- Ortodontik müalicə texnikaları
- Müasir ortodontik apparatlar haqqında anlayış
● 12.00 - 12.15: Fasilə
● 12.15 - 13.45: Mühazirə:
- Böyüklər üçün ortodontiya
- Ardı »