Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

UrologiyaVezikulit

Vezikulit - toxum kanalcıqlarının iltihabıdır. Həmişə digər infeksiya-iltihab xəstəliklərinin ağırlaşması kimi inkişaf edir.
Çox vaxt bu sidik-cinsiyyət sistemin (prostatit, uretrit, epididimit) xroniki xəstəliyi olur, lakin ümumi infeksion xəstəlik də ola bilər (qrip, angina, osteomielit).
Lakin çox vaxt vezikulit uzun müddət xroniki prostatitdən əziyyət çəkən kişilərdə inkişaf edir.

Prostatitin yaranmasına səbəb olan faktorlar həm də vezikulitin yaranma səbəbləridir.

• Orqanizmin ümumi soyuqlaması.
• Tez-tez baş verən qəbzlik.
• Oturaq iş.
• Uzun müddət cinsi əlaqədən uzaq olmaq.
• Həddən artıq cinsi aktivlik.
• Az hərəkətli həyat.
• Xroniki iltihab xəstəlikləri.
• İmmun sisteminin zəifləməsi.

Əksər hallarda vezikulit xroniki halda keçir.

Simptomları və gedişatı

Vezikulit xəstələri ümumi simptomlardan şikayət edirlər - zəiflik, hədsiz dərəcədə Ardı »

UrologiyaSidiyin qaçırılması

Sidiyin səbəbsiz, qeyri-iradi olaraq sidik kanalından çıxmasına sidiyin qaçırılması deyilir. Bu halda iki müxtəlif simptomları fərqləndirmək lazımdır – sidiyin qaçırılması və saxlanıla bilinməməsi. Sonuncu onunla xarakterizə olunur ki, sidiyə getmə siqnalı olur, lakin sidiyi saxlamaq cəhdi müvəffəqiyyətsizliyə uğrayır.

Sidiyin qaçırılması - xəstəlik deyil, simptomdur, müxtəlif xəstəliklərin nəticəsində kişilərdə və qadınlarda olur.

Birincili sidik qaçırilması sidik kisəsinin bağlayıcı aparatının – sfinktorların (bağlayıcı əzələlərin) anatomik defektləri səbəbindən olur, məsələn, anadangəlmə anomaliya və zədələnmələr nəticəsində, və ikncili sidik qaçırilmasından fərqlənir. İkincili sidik qaçırılması anatomik qalmış sfinktorların iş qabiliyyətlərinin olmaması ilə (onların kifayət qədər funksionallıqlarının olmaması) ilə xarakterizə olunur.

İkincili qaçırılmanın səbəbləri spektri çox genişdir Ardı »

UrologiyaAmerika alimləri mobil süni böyrəyin sınaqlarına başlayıblar

ABŞ-ın Kaliforniya Universitetinin mütəxəssisləri portativ süni böyrəyin sınaqlarına başlayıblar.
AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, zəruri avadanlıqlarla təchiz olunmuş kəmər formalı yeni mobil qurğu hemodializ üçün böyük stansiyaları əvəz edir. Portativ süni böyrək akkumulyatorla işləyir. Pasiyent istənilən vaxt qanın təmizlənməsi prosesini işə sala bilər. Qurğunun çəkisi təqribən 5 kiloqramdır.
Alimlər əmindirlər ki, lazım gəlsə, onun ölçülərini bir qədər də azaltmaq olar. Qurğudan daha rahat istifadə edilməsi istiqamətində də işlər aparılır.
Klinik sınaqların birinci mərhələsində alimlər yeni süni böyrəyin nə dərəcədə təhlükəsiz olması sualına cavab verməyə çalışacaqlar.
Qurğu sidik ifrazı sistemi ilə bağlı xəstəlikləri olan 16 könüllü pasiyent üzərində sınaqdan keçiriləcək. Sınaqların müddəti azı 28 Ardı »

UrologiyaTənasül üzvünün xərçəngönü xəstəlikləri

Sidiyin sidik kisəsindən - sidik axarına və dolab-yataq sisteminə əks cərəyanıdır və uretervezikal mənbənin iş qabiliyyətinin olmaması ilə izah olunur. Reflyuksun 4 dərəcəsini fərqləndirirlər. Ən ağır IV dərəcədə sidik axarının genişlənməsi və əyilməsi, yataq və dolabın dilatasiyası, başqa sözlə ureterhidronefroz baş verir. Yaranma xarakterinə görə fərqləndirirlər: sidik ifrazatı aktı zamanı əmələ gələn aktiv, sidik ifrazatı aktı olmadan əmələ gələn passiv, həmçinin, passiv-aktiv reflyuks. Kisə-sidik axarı reflyuksu uşaqlarda çox vaxt kisə-sidik axarı seqmentinin inkişafının anadangəlmə qüsuru, infravezikal obstruksiya (bərkimə), neyrogein sidik kisəsi və ya kəskin və xroniki sistit nəticəsində olur. Sidiyin yığılmasının pozulması infeksion agentin birləşməsində mikrob – iltihab prosesinin inkişafına gətirir Ardı »

UrologiyaProstat vəzin xəstəlikləri

Prostat vəzin adenoması: prostat vəzin adenoması və ya hipertrofiyası kifayət qədər çox rast gəlinən xəstəliklərdəndir. Amerikada aparılan tədqiqatlara görə, adenoma 30-40 yaxşı kişilər arasında 10%, 40-50 yaş arası kişilərdə 20 %, 50-60 yaşarası kişilərdə 40%, 60 yaşdan yuxarı olan kişilərdə isə 70%-ə qədər təsadüf olunur. Maraqlısı budur ki, kişilərdə yaşlanan zaman sidiyə çıxmaq daha çətin, qadınlarda isə əksinə hətta onu saxlamamaq dərəcəsində də ola bilər. Ahıl yaşlarda kişilərdə nəinki hormonal status dəyişir, həmçinin hormonların müxtəlif toxumalarda çevrilmə prosesi dəyişir, o cümlədən də prostat vəzidə. Normal prostat vəzin 30 qr çəkisi vardır.
Prostat vəzin böyüməsi 50% kişilərdə sidikburaxma prosesinin pozulmasına gətirib Ardı »

UrologiyaProstat vəzinin adenoması

Prostat, və ya prostat vəzi, kişilərin nəsilartırma və seksual funksiyalarında aktiv iştirak edən daxili cinsiyyət üzvdür. 40 yaşdan başlayaraq onda xoşagəlməz metamorfozlar prosesslər başlayırlar: onun qabığı tədricən bərkiyir, vəzin ölçüsü böyüməyə başlayır.

Məhz prostatın bu cür böyüməsi adenoma, prostatın hipertrofiyası və ya prostat vəzinin xoşxassəli hiperplaziyası (PVXH) adlanır.
Bu xəstəlik kişilərdə 40 yaşında 20, 60 yaşında 70 və 80 yaşında 90 faiz təşkil edir.

Bu günə qədər prostat adenomasının inkişaf səbəbləri axıra qədər aydınlaşdırılmamışdır. Hesab edirlər ki, bu xəstəlik kişi klimaksının bir formasıdır və hər bir yaşlı kişinin bu xəstəliyə tutulma ehtimalı böyükdür. Lakin hələ də prostat adenomasının baş verməsi ilə cinsi aktivlik, Ardı »

UrologiyaBöyrək daşları — Gec xəbər tutsanız, böyrəyinizi itirə bilərsiniz

Böyrək daşı xəstəliyi – böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir. Bu zaman böyrəklərdə və/və ya sidik xaric edən digər orqanlarda daşlar əmələ gəlir.
Daşlar həm kiçik (3 mm-dək), həm də iri (15 sm-dək) ölçülərdə ola bilər. Bəzi hallarda böyrək daşları özünü heç bir əlamətlə büruzə vermədən uzun müddət mövcud ola bilər. Bu halda onlar digər orqanların hər hansı bir xəstəliyinin müayinə edilməsi zamanı aşkar edilir.
Əksər hallarda isə onlar ağrı tutmaları, sidik ifrazı zamanı olan pozğunluqlar (bu barədə xəstəliyin simptomları bölməsində oxuya bilərsiniz) və digər əlamətlərlə müşayiət olunurlar. Böyrək daşı xəstəliyini mütləq müalicə etmək lazımdır. Müalicə edilmədiyi halda onun fonunda pielonefrit xəstəliyi də Ardı »

UrologiyaBöyrəklərin vərəmi

Vərəm mikobakteriyaları böyrəyə hematogen yollarla keçirlər. Bəzən böyrək vərəmi özünü dissemin vərəm kimi biruzə verir.

Böyrəkdə vərəm prosesinin baş verməsi üçün mikobakteriyaların daxil olmasından başqa münbit şərait də lazımdır, xüsusən də, orqanizmin xüsusi immun patoloji halı və böyrək toxuması və s. Patoloji prosesin sidik yollarına yayılması limfatik yollarla baş verir. Patoloji anatomik təsvirə xas olan müxtəlifliklər: xüsusi ekssudasiya və proliferasiya, xüsusi ziyillər, kavernozlar, böyrək məməciklərinin və sidik yollarının əyilməsi. Vərəm zədələnməsi ocağının ətrafında interstisial toxumanın qeyri-spesifik iltihabı inkişaf edir.

Simptomlar və gedişat

Xəstəliyin başlanğıcında heç bir xarakterik əlamət bilinmir. Zəiflikdən, yorğunluqdan, subfebril temperaturdan, bel nahiyəsində küt, qeyri-müəyyən ağrılardan şikayət sidiyin diqqətlə araşdırılmasını Ardı »