Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

UrologiyaVarikosele

Varikosele - toxum kanalcığının və xaya damarlarının varikoz genişlənməsidir.
"Varikosele" adı iki söz birləşməsindən əmələ gəlir: latın sözü varix - "vena düyünü" və yunan sözü sele – köpmə, şiş, birlikdə isə "vena düyünlərinin şişməsi".
Bu ən çox yayılmış xəstəliklərdən biridir və kişilərin 10-15 faizində olur.
Sonsuz kişilərin 40 faizində varikoseleyə rast gəlinir. Əvvəllər qadınları hamilə etmək qabiliyyəti olan, hal-hazırda bunu itirən ikincili sonsuz kişilər qrupunda varikosele xəstələri 80 faiz təşkil edir.

Simptomlar və gedişat

Ayaq damarlarının varikoz genişlənməsində olduğu kimi bu xəstəlikdə də xayadamarları ötürücülərinin funksiyasının pozulması əks qan cərəyanına gətirir ki, bu da damar divarlarının genişlənməsinə və xəstəliyin inkişafına aparır. Bir çox Ardı »

UrologiyaXaya şişləri

Xaya müxtəlif toxumalardan əmələ gələn çoxsaylı təbəqələrdən ibarətdir. Bu toxumaların hər birində şişlər əmələ gələ bilər və məhz bununla xayada bədxassəli şişlərin müxtəlifliyi izah olunur. Xaya şişlərinin klassifikasiyasında 3 bənd vardır – herminogen şişlər, qonad stroma şişləri və digər şişlər. Daha çox herminogen (seminoma, embrional karsinoma, xoriokarsinoma, kisəcik şişi, teratoma, qarışıq şişlər), hansı ki, spermanı sidik kanalına aparan, hüceyrələrdən gələn spermatozoid axınından əmələ gələn şişlərə rast gəlinir. Herminogen şişlərin içərisində daha çox seminomaya rast gəlinir. Ona görə də bu şişə daha çox diqqət yetiriləcəkdir.

Xaya xərçəngi kişilərdə əsasən 15-40 yaşlarında baş verir. Xaya xərçənginin yaranması tezliyinin 3 zirvəsi vardır: 10 yaşa Ardı »

UrologiyaDəyişən sidik rəngləri xəstəliklərdən xəbər verir

Sidik qəbul etdiyimiz qida maddələrinin böyrəkdə yığılıb qalan maye formasıdır. Sidik orqanizmdə ehtiyac olandan çox olan və orqanizmə ziyanlı olan mayelərdir. Beləliklə demək olar ki, sidiyin tərkibi su, ölü qan hüceyrələri və digər bu kimi tullantılardan ibarətdir.
Sidiyin ən önəmli xüsusiyyətlərindən biri də onun rəngidir. Normal rəngi solğun sarı rəng olan sidiyin rəngi dəyişir ki, bu da bir çox xəstəliklərin göstəricisidir. Bəzən yediyimiz qidalar da onun rənginin dəyişməsinə səbəb ola bilər lakin əksər vaxtlar yaranan sağlamlıq problemləri sidiyin rənginə təsir edir.
Sidik aşağıdakı rənglərdə ola bilər.
• Sarı rəngdə - bu rəng sizin orqanizminizdə maye çatışmamazlığından xəbər verir.
• Tünd sarı – bu rəng böyrəklərdə Ardı »

UrologiyaKriptorxizm

Kriptorxizm –xayaların kisəciyə düşməməsidir. Xayaların bətndaxili inkişafında onlar rüşeymin qarın boşluğunda yerləşirlər. Doğuşdan bir az qabaq xayalar kisəciyə düşürlər. Vaxtında doğulan normal uşaqda doğuşdan sonrakı ilk günlərdə xayalar kisəcikdə hiss olunmalıdırlar. Düşməmiş xayalar adətən qasıq kanalı boşluğunda olurlar, buradan həm də toxum kanalcığı keçir (sperma məhz buradan sidik kanalına düşür).

Kriptorxizm daha çox yarımçıq doğulan uşaqların 30 %-də olur. Vaxtında doğulan uşaqların 3-4 %-də kriptoxrizm hallarına rast gəlinir. Kriptorxizmin əksər hallarında ilk 3 ay ərzində xayaların müstəqil olaraq kisəciyə düşməsi baş verir. Vaxtında doğulan oğlan uşaqlarının 74%-də, vaxtında doğulmayanların isə 95%-də düşmə baş verir.

Xaya xərçəngi ehtimalı xayaları düşməyənlərdə 10 dəfə yüksəkdir. Ardı »

UrologiyaBöyrək daşlarının bilmədiyimiz tərəfləri

Böyrəyimdə daş var. Bu sözləri gündəlik həyatda hər gün eşitmək artıq adi bir hala çevrilib. Təkcə ABŞ-da hər il 10 milyon insan böyrək daşı diaqnozu ilə müalicə alır. Bəs necə olur ki, böyrəkdə daş yaranır, onun sağlamlığımıza nə kimi mənfi təsirləri ola bilər?
Daş böyrəkdə sidiyin tərkibində olan mineralların çöküntüsü nəticəsində əmələ gəlir. Qandan böyrəyə keçen toksinlər böyrəkdə mayeni xaric edir və bu zaman mineral çoküntüləri daşlaşmağa başlayırlar nəticədə böyrəkdə daşlar əmələ gəlir.
Böyrəkdə daşın olmasını necə bilmək olar?
Əsasən bu zaman ilk əlamət qasıq nahiyəsindəki ağrılarla özünü göstərir. Bu ağrıların şiddəti daşın ölçüsündən asılı olaraq dəyişə bilər.
Sidikdə qan olması bu xəstəliyin əlamətidi.
Böyrəkdə Ardı »

UrologiyaKisə-sidik axarı reflyuksu

Sidiyin sidik kisəsindən - sidik axarına və dolab-yataq sisteminə əks cərəyanıdır və uretervezikal mənbənin iş qabiliyyətinin olmaması ilə izah olunur. Reflyuksun 4 dərəcəsini fərqləndirirlər. Ən ağır IV dərəcədə sidik axarının genişlənməsi və əyilməsi, yataq və dolabın dilatasiyası, başqa sözlə ureterhidronefroz baş verir. Yaranma xarakterinə görə fərqləndirirlər: sidik ifrazatı aktı zamanı əmələ gələn aktiv, sidik ifrazatı aktı olmadan əmələ gələn passiv, həmçinin, passiv-aktiv reflyuks. Kisə-sidik axarı reflyuksu uşaqlarda çox vaxt kisə-sidik axarı seqmentinin inkişafının anadangəlmə qüsuru, infravezikal obstruksiya (bərkimə), neyrogein sidik kisəsi və ya kəskin və xroniki sistit nəticəsində olur. Sidiyin yığılmasının pozulması infeksion agentin birləşməsində mikrob – iltihab prosesinin inkişafına gətirir Ardı »

UrologiyaBöyrək daşına səbəb olan qida məhsulları

Böyrək daşları böyrəkdə və böyrək ətrafı nahiyələrdə şiddətli ağrılara səbəb olur. Böyrəkdə daşın əlamətləri əsasən sidikdə yanma, qanama, ürək bulanması və qusma kimi hallardır.
Günümüzdə bir çox insanın əziyyət çəkdiyi bu xəstəliyə yediyimiz qidaların səbəb olduğunu bilirdinizmi ?Böyrəkdə əmələ gələn daşın növünə görə onun hansı qida məhsulundan yarandığını bilmək mümkündür.Daşların yaranmasına əsasən aşağıdakı qida məhsulları səbəb ola bilər:

• Həddən artıq proteinli qida məhsulları
• Duzlu qidalar
• Şokolad
• Bəzi göyərtilər
• Həddən artıq çay və kofe

digər bir səbəb kimi isə gün ərzində az su içməkdir. Normal bir insan gün ərzində 10-12 stəkan su içməlidir. Ardı »

UrologiyaTənasül üzvlərinin zədələnmələri

Kişi tənasül üzvlərinin zədələnməsi və korlanması müxtəlifliyi həqiqətən təsəvvürə gəlməzdir. Əsasən bu tənasül üzvünün birləşdirici pərdəsinin kəsilməsi və cırılması, kəsilmiş, əzilmiş və ya dişlənilmiş tənasül üzvü, dərialtı kavernoz cisimlərin cirilması, tənasül üzvünün yerindən çıxması, sıxılması, kisəciyin zədələnməsi, xayanın burulması və s. ola bilir. Tənasül üzvünün zədələnməsi daha çox ucluq, başcıq, kavernoz cisimlərdə və kisəcikdə ola bilər.

Qeyd etmək lazımdır ki, kiciklərə nisbətən böyüklər tənasül üzvünün zədələnməsi sahəsində gözlənildiyindən daha zirəkdirlər.

Tənasül üzvünün ən çox yayılmış xırda zədələnmələrindən biri zəncirbəndlə dərinin sıxılmasıdır. Yara səthinin balaca olmasına baxmayaraq bu çox ağrılıdır. Zəncirbəndi açarkən yaranı təzələməmək üçün yaxşı olar ki, zəncirbənd dərinin sıxılmış yerinin Ardı »