Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan xanlıqlarıArvadı Pərixan xanımın vəfat etməsi (1543)

Dərvişməhəmməd xanın arvadı Pərixan xanım 1543-cü ildə dünyasını dəyişdi. Tarixi mənbələrdə Pərixan xanımın Salyandakı Xosrovabad qəsəbəsində "Şahzadə bəyim nəhri"nin, düyü, taxıl, pambıq əkilən sahələrinin və s. daşınmaz əmlakının olması göstərilir və həm də qeyd edilir ki, bunlar onun ölümündən sonra Ərdəbildəki Şeyx Səfi məqbərəsinə vəqf verilmişdir. Şah Təhmasib isə sevimli bacısının adını yaşatmaq üçün 1548-ci ildə doğulmuş qızının adını "Pərixan" qoymuşdur Ardı »

Azərbaycan xanlıqlarıŞamaxı xanlığı

Şamaxı xanlığı - XVIII əsrdə indiki Azərbaycan ərazisində feodal dövlət olmuşdur.

Şamaxı xanlığında iihakimiyyətlilik mövcud olmuşdur. Bir hissəsində Məhəmməd Həsən xan, digər hissəsində isə Məhəmməd Səid və Ağası qardaşlarının hakimiyyəti mövcud idi. 1763-cü ildə Məhəmməd Səid xan Şamaxı xanlığını birləşdirdi və xanlığın mərkəzi Şamaxı şəhəri oldu. 1767-ci ildə Quba və Şəki xanlıqları Şamaxıya hücum etdi və ərazisi onlar arasında bölüşdürüldü. 1790-cı ildə Şirvan xanları hakimiyyətləri bərpa etdilər. Ardı »

Azərbaycan xanlıqlarıAğası xan Xançobanlı

Gəncliyi[redaktə]
1731-ci ildə Şamaxıda, Əsgər bəy Sərkər və Ümmügülsüm xanımın ikinci övladı olaraq dünyaya gəlmişdi. Atası Əsgər bəy Nadir Şah dövründən bəri ağalıq edən Hacı Məhəmmədəli xana qarşı mübarizəyə başlamışdı. Ağası xan atasının 1742-ci ildəki ölümündən 23 il sonra qardaşı ilə Hacı Məhəmmədəli xanı devirərək Ağsunu ondan aldı. 1765-ci ildə Ağası xan və Məhəmmədsəid xan birlikdə Şirvan xanı elan olundular. Ardı »

Azərbaycan xanlıqlarıHəsən sultanın dəfn edildiyi yer

19-cu əsr yerli Şəki tarixçisi H.S.Əbdülhəmidə görə onun "nəşini gətirib Daş-yüz adı ilə məşhur olan yerdə" torpağa tapşırmışlar. 19-cu əsrin sonu, yaxud 20-ci əsrin əvvəllərinə aid anonim digər bir yerli Şəki mənbəsində isə göstərilir ki, həmin vaxt Həsən sultanın qəbri Cəfərabad kəndinin yaxınlığında, "Arvatan" deyilən yerdə, yolun kənarında imiş. Anonim katibin yazdığından bu da aydınlaşır ki, qəbrin üzərindəki günbəz yalnız o ərəfələrdə dağılıbmış.

Hal-hazırda Cəfərabad kəndinin sakinləri kəndin şimal-şərq hissəsindəki ərazini "Həsən-soltan" adlandırmaqdadırlar. Ardı »

Azərbaycan xanlıqlarıXoy xanlığı Ümumi məlumat

Xoy xanlığının əsasını dünbuli tayfa başçıları qoymuşdu. Dünbuli Əhməd xan XVIII yüzilin 60-cı illərində Təbrizdə də möhkəmlənmişdi. O, İrəvan, Naxçıvan və Qaradağ xanlığını da özünə tabe etmişdi. Qarabağ xanlığı ilə müttəfiqlik hakimiyyətinin möhkəmlənməsinə müsbət təsir göstərdi.

Xoy xanlığı ilə Kərim xan Zəndin zərbələrindən sonra dirçəlməyə başlayan Urmiya xanlığı arasında ziddiyyət var idi. Xanlıqlar arasındakı döyüşdə Urmiya xanlığı məğlub oldu. Bu Xoy xanlığının nüfuzunu xeyli artırdı. Kərim xan Zənd Xoy xanlığının güclənməsindən narahat olub, Əhməd xanı sarsıtmaq üçün tədbirlər görməyə başladı. Bu məqsədlə onun qardaşı Şahbaz xanın oğlanlarını əmilərinə qarşı mübarizəyə hazırlayırdı. Kərim xan Zəndin səpdiyi düşmənçilik toxumu onun ölümündən sonra belə özünü Ardı »

Azərbaycan xanlıqlarıQəzvin xanlığı Tarixi

Tarixi[redaktə]
Qəzvin hakimi Pənah xan Əmmərlu çoxsaylı bir qoşun tərtib edib şahlıq həvəsinə düşmüşdü. İlk öncə Təbrizi alıb, paytaxt etmək istəyirdi. Qoşunla gəlib, Təbrizin 6 ağaclığında oturaq etdi. Azad xan Əfqan Fətəli xan Araşlı-Avşara göstəriş verdi ki, 4 min nəfərlik qoşunla onu dəf etsin. Fətəli xan böyük şücaətlə, şəhamətlə onu yenib, darmadağın etdi. Ardı »

Azərbaycan xanlıqları1832-ci ildə Xırdapara-Dizaq mahalı

23 dekabr 1832-ci ildə başlanıb, 6 yanvar 1833-cü ildə qurtaran siyahıya alınmada (Xırdapara)-Dizaq mahalında qərar tutan kəndlərin qeydiyyatı var. (Xırdapara)-Dizaq mahalı 1.Manaflar kəndi-mоlla 1 tüstü, 4 kişi, bəy rəiyyəti 6 tüstü, 16 kişi 2.Qarakоllu kəndi-dövlət kəndlisi 22 tüstü, 81 kişi 3.Pirəhmədli kəndi-mоlla 1 tüstü, 3 kişi, bəy rəiyyəti 30 tüstü, 66 kişi 4.Güzdəkli kəndi-dövlət kəndlisi 8 tüstü, 28 kişi, bəy rəiyyəti 2 tüstü, 4 kişi 5.Qarğabazar kəndi-mоlla 1 tüstü, 3 kişi, bəy rəiyyəti 3 tüstü, 9 kişi 6.Qoçəhmədli kəndi-mоlla 2 tüstü, 5 kişi, dövlət kəndlisi 31 tüstü, 82 kişi 7.Əhmədbəyli kəndi-dövlət kəndlisi 2 tüstü, 5 kişi 8.Dördçinar kəndi-bəy rəiyyəti 2 tüstü, Ardı »

Azərbaycan xanlıqlarıMağavuz nahiyəsi 1727-ci ildə

1727-ci ildə Məğavuz nahiyəsi Xaçın nahiyəsinin tərкibində yеrləşirdi. Məğavuz nahiyəsinin кəndləri:

Ələyi кəndi. Кənddə hеç кim yaşamırdı. Acıкənd кəndi. Кənddə hеç кim yaşamırdı. Ağcaкənd кəndi. Gözəlməzrə кimi tanınan bu кənddə hеç кim yaşamırdı. Ağatlı кəndi. Кənddə hеç кim yaşamırdı. Malayataq кəndi. Кənddə hеç кim yaşamırdı. Ardəşin кəndi. Кənddə hеç кim yaşamırdı. Bucanis кəndi. Кənddə hеç кim yaşamırdı. Dinarin кəndi. Кənddə hеç кim yaşamırdı. Sarı Hacı кəndi. Кənddə hеç кim yaşamırdı. Şəqifçi кəndi. Кənddə hеç кim yaşamırdı. Bircan кəndi. Кənddə hеç кim yaşamırdı. Araxoş кəndi. Кənddə hеç кim yaşamırdı. Caqmüşк кəndi. Кənddə hеç кim yaşamırdı. Ələyi кəndi. Fərman кimi tanınan bu кənddə hеç Ardı »