Azərbaycan xanlıqları → Naxçıvan xanlığı İqtisadiyyatı
Naxçıvan xanlığının iqtisadiyyatı üçün natural təsərrüfat xüsusilə xarakterik idi. Başqa Azərbaycan xanlıqlarında olduğu kimi burada da həlledici amil feodal istehsal üsulu idi. Naxçıvan xanlığında iqtisadiyyatın əsasını heyvandarlıq və əkinçilik təşkil edirdi; əsas istehsal vasitəsi torpaq idi. Şərqin müsəlman ölkələrində olduğu kimi, Azərbaycan xanlıqlarında da beş növ torpaq mülkiyyəti mövcud idi:
Dövlət (xəzinə) torpaqları.
Xan ailəsinə məxsus torpaq sahələri (Xalisə)
Ayrı-ayrı feodallara – mülkədarlara məxsus torpaq sahələri (Mülk torpaqları)
Məscidlərin, pirlərin və bu kimi dini ocaqların ixtiyarında olan torpaqlar (Vəqf torpaqları)
Kənd icmasına məxsus torpaq sahələri (Camaat torpağı)
Dağ kəndlərində yaşayan əhalinin əsas məşğuliyyəti maldarlıq idi. Düzən yerlərdə isə maldarlıq əhalinin ikinci məşğuliyyəti hesab olunurdu. Naxçıvan xanlığında feodal Ardı »