Azərbaycan toponimləri → Həndan
H ə n d a n – Qarabağda dağ adı. Müəllifin əsərinin üzünü köçürmüş katiblərin səhvi üzündən Xan – Otaq adının təhrifidir. Ermənicə təhrif forması Xanadzak (Xan – kəndi) kəndinin adıdır. Ardı »
Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən
H ə n d a n – Qarabağda dağ adı. Müəllifin əsərinin üzünü köçürmüş katiblərin səhvi üzündən Xan – Otaq adının təhrifidir. Ermənicə təhrif forması Xanadzak (Xan – kəndi) kəndinin adıdır. Ardı »
Sinixinu – Asurca yazılış formasında sinix və in hissələrinə ayrılır (sondakı u asur dilində adlıq hal şəkilçisidir). Türkcə sinq, çinq (məsələn, qazaxca şınq, tuvaca şınq və s.), sıldırım dağ yarğanı, alınmaz dağ (Gədəbəy rayonunda Şınıx kəndinin adı da bu sözdəndir) və in, yarğan, çuxur, mağara Ardı »
B a l k – Sisakanda yaşayış məntəqəsi adı. Türkcə balk – şəhər, möhkəmləndirilmiş yer sözündəndir. Qədim ermənicə Balk kimi yazılmış bu toponimin çox qədim tarixi var: hələ er. əv. VIII əsrə aid Urartu mənbəində sonrakı Zəngəzur mahalına Urartu çarının hərbi səfəri ilə əlaqədar yazıda Velikuxi toponimi çəkilir. Bu toponimdəki uxi sözü urartu dilində şəkilçi olduğuna görə Velik kimi yazılmış toponim ermənicə yazılışda Balkdır. Keçən əsrə qədər Azərbaycanın Zəngəzur mahalında (indi Ermənistana aid hissəsində) Belek adlı kənd vardı Ardı »
U i ş d i ş – Y.B.Yusifov bu toponimi türkcə Bişdiş (Beş diş) hesab edir və beş diş formalı qayası olan dağ kimi mənalandırır. O, Həmdullah Qəzvininin XIV əsr qeyd etdiyi Beşbarmaq dağının adına əsaslanır. Ardı »
K i n t a u (er. əv. 714-cü il). Y. B. Yusifov bu toponimi Qaradağ kimi mənalandırmışdır. Q. Qeybullayev isə yazır ki, oronim kin-qala və tay-dağ sözlərindən ibarətdir və Qaladağ deməkdir.
Midiya ərazisində bir qrup toponimdə işta, işte komponenti diqqəti cəlb edir. Y. B. Yusifov bu adların bəzilərinin türkcə issi, isti (ilıq) sözündən ibarət olduğunu yazmış, İştraura toponimini İsti çay kimi mənalandırmış və orta əsr Qermrud – İlıq çay çayı ilə eyniləşdirmişdir Ehtimal ki, digər toponimlərdə işta sözü türk dillərindəki ast – alt tərəf, aşağı tərəf sözüdür; bəlkə də Arazdan aşağıda yerləşdiklərinə görə bu toponimlərin bəzilərində ast sözü öz əksini tapmışdır. Ardı »
Dərbənd tarixi Azərbaycanın qədim şəhərlərindən biridir, hazırda Dağıstan Respublikasının tərkibində yerləşir. Dərbənd sözü Tat və Fars dillərində mövcud olan "dər" və "bənd" köklərin birləşməsindən əmələ gəlmişdir ki, bu da "dəmir bənd" deməkdir. Keçidin başqa adlarından biri də Çora / Çoladır . Ərəblər Dərbəndə Bab, Bab əl-Hədid, Bab əl-Əbvab, türklər Dəmir qapı Dərbənd, monqollar Kahulqa, Kahalqa, ermənilər isə Bah demişlər. Ardı »
A r s i a n ş i – Mixi yazıda qeyd edilir ki, Arsiyanşi Arsi dağının yanında yerləşir. Buna uyğun olaraq Y.B.Yusifov toponimi Arsi enişi, Arsi yanı kənd kimi mənalandırır. Q. Qeybullayev isə qeyd edir ki, ad türkcə arça – ardıc kolu, şam ağaclığı və enşi – malikanə, padşahlıq mülkü[17] sözlərindəndir. Urartu mənbələrindən Urmiya gölü ətrafında Harsi, Arsita və Arsindu toponimləri də məlumdur. Cənubi Azərbaycanda Savalan dağının ərazisində Ərçə, Ərçistan, Əcir, Ərcan və b.yaşayış məntəqələrinin adları ilə müqayisə oluna bilər. Ardı »
B a l a s a k a n – İlk dəfə III əsrdən adı çəkilir. Türkcə pala – düzən, çöl sözü və sak etnonimindən olduğu güman olunur. I Şapurun Nəqşi Rüstəmində adı çəkilir. Ardı »