Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan toponimləri → Adaxeray

A d a x e r a y – Arsakda məntəqə adı. Türkcə ata (Azərbaycanda Ataqut, Ataxan və b. kənd adlarında olduğu kimi) və qərəqə – köçərilərin qış evi, gecə alaçıqlar qurulan yer sözlərindəndir. Ardı »

Azərbaycan toponimləri → Taşton

T a ş t o n – Sisakanda kənd adı. Türkcə taş – qaya, və tön – uzunvarı təpə sözlərindəndir. Ermənistanda Mehri rayonunda indiki Taştun kəndinin adında qalmışdır. Ardı »

Azərbaycan toponimləri → Krapaşti

K r a p a ş t i – Türkcə qara, baş (zirvə) sözlərindən və tı (lı) şəkilçisindəndir. Qarabaşlı sözünün təhrifidir. Ardı »

Azərbaycan toponimləri → Tandzik

T a n d z i k – Arsakda məntəqə adı. Tan (mənası məlum deyil) və türkcə – çik (azərbaycanca-cik) şəkilçisindəndir. Kiçik-Tan mənasındadır. İndiki Bulutan (əslində Ulu-Tan) toponiminin antonimidir. Qeyd edilməlidir ki, 1728-ci ilə aid bir mənbədə orada Müsliman-Tan adlı kənd də qeyd olunmuşdur. Ardı »

Azərbaycan toponimləri → Sasiaş

S a s i a ş (er. əv. 820 və 744-cü illər). Türkcə çay (sa komponentindən y səsinin düşdüyünü güman edildikdə) və subaş sözlərindəndir. Ərdəbil bölgəsindəki Bərzənd çayının digər adı olan Subaşı və Qara dəniz sahilindəki Sivaş toponimləri ilə müqayisə olunur. Bu toponimin siaş komponenti ziaş şəklində Aranziaş (Erenziaş – er. əv. 744-cü il, türkcə aran – düzən, qışlaq yeri sözündən) və Zualzaş (er. əv. 744-cü il) toponimində də əks olunmuşdur. Ardı »

Azərbaycan toponimləri → Qaqçölü

Q a q ç ö l ü – indiki Qarayazının bir hissəsi. Türkcə qaq – köçərilərin qış düşərgəsi sözündəndir. Kürdəmir rayonunda Kaq-Hacılı, Lerik rayonunda Qaqoy, Yuxarı Qarabağda Kaqartsi toponimlərindəki qaq, kaq sözü ilə eynidir. Ardı »