Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan toponimləriİzirta

İ z i r t a – Mannada bir şəhərin adı. Türkcə izir, izer – aşırım, dağ keçidi, dağ çökəyi və tay – tərəf sözlərindəndir. Altayda (Xakasiyada) İzertaq və İzir-Su toponimləri ilə müqailə müqayisə olunur. Y. B. Yusifov qədim toponimlərdə ta komponentini türk dillərindəki too, tuu (dağ) sözü ilə bağlayır . Manna və Midiya toponimlərinin bəziləri (Arsita, İzirta, Meista, Parta, Şurda və b.) üçün "ta" sonluğu səciyyəvidir. Q. Qeybullayevə görə bu komponent türkcə "tay" sözündən ibarətdir. Quruluşca bu toponimlər, məsələn, Krımda türkmənşəli Yalta toponimi ilə eynidir. O. T. Molçanova Orta Asiya və Altay toponimiyasında tay sözünə xüsusi tədqiqat həsr etmişdir. O Ardı »

Azərbaycan toponimləriNişaa

N i ş a a (er. əv. 744-cü il). Midiyada ölkə adı. Büsütun qaya yazısında (er. əv. 519-cu il) Nisa kimi qeyd olunmuşdur. Midiyada məşhur cins at ilxılarının saxladığı əyalətdir. Türkcə en, in – yer, aşağı yer və say səhra, düzənlik sözlərindəndir.Görünür, əvvəlcə İnsay, yaxud Ensay kimi olmuş toponim "i" və "n" səslərinin yerdəyişməsi nəticəsində Nisay formasına düşmüşdür. Nisay düzən, səhra yeri mənasındadır ki, bu da at ilxılarının saxlanması üçün geniş düzənin olması zərurətinə uyğundur. Ardı »

Azərbaycan toponimləriKoturçat

K o t u r ç a t – Türkcə kotur – keçəl, seyrək bitkili yer və çat – iki dağ tirəsinin birləşdiyi yer, qayalıq yüksəklik, yarğanlı və dərəli dağ yamacı, dağ qolu sözlərindəndir. Ardı »

Azərbaycan toponimləriTmbat

T m b a t – Türkcə tam – qala, qala divari və qədim yaşayış məntəqə adlarının bəziləri üçün səciyyəvi bat, bab sözlərindəndir. Ardı »

Azərbaycan toponimləriKitbatay

K i t b a t a y (er. əv. 744-cü il). Türkcə kit – qüvvətli, möhkəm, əsaslı, bat sözlərindən və Altay dilləri üçün səciyyəvi qədim ay şəkilçisindən ibarətdir. Ardı »

Azərbaycan toponimləriSimaki

S i m a k i – Türkcə çim (asurca ç səsi olmadığına görə sim kimi verilmişdir.) torpağın kökləri bir-birinə sarılmış, sıx ot bitkiləri bitmiş üst qatı, təbəqəsi və ık (ehtimal ki, qədim forması ak) – dağın soyuqdan qorunan yamacı (oradakı ev heyvanlarının sürücü soyuq küləkdən və tufandan gizlənir sözlərindəndir. Qazaxstanda Çimbulak, Çim Kurqan və b. dağ adları ilə müqayisə olunur. Ardı »

Azərbaycan toponimləriBunaqiş

B u n a q i ş – Erkən orta əsrlərdə Cənubi Azərbaycan ərazisində Babaqış və Zöhrqaş toponimləri məlumdur. Türkcə bun – dağlarda keçid başlanan yer, dağ çökəyi[38] və qaş (dağın qaşı) sözlərindəndir. Güman ki, bun sözü Midiyada Bunisa toponimində də əksini tapmışdır və Bunisa əslində Buniçay adının asurca yazılışıdır. Ardı »