Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşbaz AbbasKişilər üçün kakaolu keks

Kişilərin böyük hissəsi şirniyyatı sevir. Bu danılmaz həqiqətdir .Çox hallarda mağazalarda satılan hazır şirniyyatlara üstünlük versək də, mütəxəssislərin sözlərinə görə, bu kimi qidalar orqanizm üçün zərərlidir. Çünki hazır şirniyyatların uzun müddət öz görünüşünü qoruyub saxlaması üçün onlara mənşəyi bilinməyən müxtəlif kimyəvi maddələr əlavə edilir. Buna görə də ən məqsədəuyğun variant öz sevimli şirniyyatınızı özünüzün hazırlamağınızdır. Elə bu məqsədlə də indi sizinlə bəyənəcəyinizi düşündüyümüz bir şirniyyatın reseptini bölüşmək istəyirik.

Kakaolu keks hazırlamaq üçün bizə lazımdır:
200 qram kərə yağı
5 xörək qaşığı kakao
4 ədəd yumurta
1 stəkan şəkər tozu
Yarım qaşıq toz vanil
180 qram un
1 çay qaşığı qabartma tozu
Şəkər pudrası

Hazırlanması: Əvvəlcə kərə yağını sobada əridib soyuması üçün Ardı »

Aşbaz AbbasLahmacun bişirmək çətin iş deyil!

Havaların soyuması həm də xəmir yeməkləri “mövsümünün” başlaması deməkdir. Bilirik ki, bu dəfə sizinlə reseptini paylaşmaq istədiyimiz yemək də çoxlarınızın sevimli qidalarındandır. İndi isə reseptə diqqət yetirək, ev şəraitində lahmacunun hazırlanması qaydası ilə tanış olaq.

6-7 nəfərlik lahmacun hazırlamaq üçün bizə lazımdır.
Xəmiri Üçün:
1 xörək qaşığı maya
1 çay qaşığı şəkər tozu
1 stəkan ilıq su
4 stəkan un
2 çay qaşığı duz

Üstü Uçün:
25o q çəkilmiş qoyun əti
1 ədəd soğan
3 ədəd pomidor
1 dəstə cəfəri
3 diş sarımsaq
1 xörək qaşığı acı bibər tozu
duz
4 xörək qaşığı soyuq su

Xəmiri hazırlayaraq işə başlayaq. Bir qabda maya, şəkər tozu və yarım stəkan ilıq suyu qarışdırın. 1 stəkan unu iri qaba ələyin. Ardı »

Aşbaz AbbasYay içkisi milkshake

Havaların isti keçməsini nəzərə alaraq bu dəfəki məqalədə sizinlə yayda ev şəraitində hazırlaya biləcəyimiz daha bir içki resepti bölüşmək istəyirik. Çiyələkli milkshake hazırlamaq üçün bizə lazımdır:

250 qram çiyələk;
Bir stəkan soyuq süd;
İki çay qaşığı bal;
İki xörək qaşığı dondurma;
Beş-altı ədəd buz.

İçkinin hazırlanma prosesi isə çox sadədir. Bunun üçün bütün ərzaqları blenderə əlavə edib qarışdırırıq. Əldə etdiyimiz qarışığı stəkanlara töküb çiyələklə bəzəyib süfrəyə təqdim edirik.
Nuş olsun! Ardı »

Aşbaz Abbas15 dəqiqəyə hazır olan gürcü xəngəli

Yəqin ki, xəngəli sevməyən kişi tapılmaz . Xüsusən də gürcü xəngəli demək olar ki, bütün kişilərin sevimli yeməyidir. Evdə bu yeməyin hazırlandığı günlər bizim üçün əsil bayrama çevrilir.
Kişilər, bəs heç nə vaxtsa özünüz gürcü xəngəli hazırlamaq haqqında düşünmüsünüz? Əgər bunu hələ də sınamamağınıza səbəb işin çətinliyindən qorxmağınızdırsa, buna görə narahat olmayın. Bu dəfəki məqalədə sizə bu dadlı xəmir xörəyinin hazırlanma qaydası haqqında məlumat verəcəyik.

Gürcü xəngəlinin xəmirini hazırlamaq üçün bizə lazımdır:
• 3 stəkan un
• 1 stəkan su
• 1 yumurta
• duz

Xəmirin içini doldurmaq üçün lazımdır:
• 250 qr. yağlı qoyun əti
• 200 qr. mal əti
• 3 baş soğan
• qırmızı və qara istiot
• su, duz

Əvvəlcə Ardı »