Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşbaz AbbasƏsl qış yeməyi- Kəllə paça

Nəhayət ki, Bakıda da qış özün göstərdi. Bu gün bəylərinə nə yemək haırlayacağına hələ də qərar verməyən xanımlar və özlərinə əsil ziyafət çəkmək istəyən subay bəylərimiz, çox düşünməyə gərək yoxdur. Belə havanın bir əvəzolumaz yeməyi var-XAŞ. Əziz xanımlar, digər yeməklərdə bizimlə mübahisə edə bilərsiniz, amma qəbul edin ki, bu yeməyi kişilər sizdən daha dadlı bişirirlər.

Biz əminik ki, əksər kişilərimiz bu yeməyi bişirməkdə mahirdirlər, amma ola bilsin, bəzi bəylərimiz hələ də onu hazırlamağı xanımlarından gözləyirlər. İndi məhz sizin üçün bu əvəzolumaz qış yeməyinin reseptini paylaşırırq. Sizi əmin edirik ki, reseptimizə əməl edərək hazırladığınız xaş xanımınızın bişirdiyindən daha dadlı olacaq.

Beləliklə, başladıq. Hər şeydən Ardı »

Aşbaz AbbasFərqli dad-Balıq dolması

Dəniz məhsulları bol vitaminli tərkibi ilə seçilən əsas qida növlərindən biridir. Bu dəfəki məqaləmizdə sizinlə çoxumuzun sevimli yeməklərindən olan balıq ətindən hazrlaya biləcəyimiz fərqli bir yeməyin-balıq dolmasının reseptini bölüşmək istəyirirk.

Bunun üçün bizə lazımdır:

300 qram balıq əti;
Bir baş soğan
Bir ədəd keşniş
Üzüm yarpağı
Duz, istiot

Bu resept üçün kütüm, suf, və ya ağ balığı seçməyiniz daha məsləhətlidir. Balğın ətini sümükdən ayırmaqla işə başlayırıq. Daha sonra ayrı qabda soğan, keşnişi xırda-xırda doğrayırıq. Soğan və keşnişi balıq əti ilə qarışdırırb ətçəkən maşından keçiririk. Daha sonra bu qarışığa duz-istiot vurub kənara qoyuruq. Ayrı qabda üzüm yarpağının saplağını kəsib qaynar suda pörtürük. Yarpağın hər birinə 25-30 qram balıq qiyməsi Ardı »

Aşbaz AbbasQadınları ehtiraslandıran yemək

Yayın gəlişi ilə bəzi ağır, bol kalorili yeməklərdən uzaqlaşır, daha vitaminli, yüngül yeməklərə üstünlük veririk. Bəs yayda istifadə etdiyimiz ərzaqların faydası haqqında kifayət qədər məlumatımız varmı? Dietoloqların sözlərinə görə yaz-yaz aylarında qida rasionumuzun əsasını təşkil edən pomidor, badımcan, bibər kimi tərəvəzlər vitaminli tərkibə malik olmaqla bərabər, həm də onların tərkibindəki maddələr insanlarda cinsi istəyi artırır. Bu qidalar insanlarda cinsi istəyi artırmaq baxımından çərəzlərlə eyni əhəmiyyətə malikdir. Buna görə də cinsi istəyi artırmaq üçün kişilərə daha çox çərəz, qadınlara isə bu kimi tərəvəzlərə üstünlük vermək məsləhət görülür. Çünki qadın orqanizmi bu kimi qidalara qarşı daha həssas olur. İndi isə sizinlə bu bol Ardı »

Aşbaz AbbasKişi kimi borş

Əziz kişi aşbazlarımız, bildiyiniz kimi yaz fəsli olsa da, hələ ki, soyuq havalar davam edir. Hələ də qış yeməklərindən doymayanlar üçün bu dəfə borşun hazırlanma qaydasından danışmaq istəyirirk.

Bunun üçün bizə lazımdır:
1 kq sümüklü mal əti
1 ədəd kələm
1 ədəd çuğundur
2 ədəd yerkökü
2 xörək qaşığı tomat
3 ədəd kartof
1 baş soğan
3-4 dəfnə yarpağı
2 dəstə cəfəri
Bitki və ya kərə yağı
Duz
İstiot

Hazırlanması:
Əti o qədər də xırda olmayan hissələrə bölüb qazana yerləşdiririk. Qazana yarısına qədər su töküb onu qaynadırıq. Ət qaynamağa başladığı zaman kəfini yığmağı unutmuruq. Ət nə qədər çox bişsə, yemək bir o qədər dadlı olar. Buna görə də onu saat yarım kimi qaynadırırq.
Ət qaynadığı zaman biz Ardı »

Aşbaz AbbasNoxudlu dovğanın resepti

Yaz-yay fəsillərində tez-tez hazırlanan yeməklərdən biri də dovğadır. O həm tez hazırlandığı, həm də doyumlu olduğu üçün çoxumuzun sevimli yeməyidir. Elə biz də bu dəfə sizə bu yeməyin hazırlanma qaydası haqqında məlumat vermək istəyirik.

Noxudlu dovğa bişirmək üçün bizə lazım olan ərzaqlar:
Gecədən islağa qoyulmuş yarım stəkan noxud
2 dəstə keşniş
2 dəstə şüyüd
1 dəstə ispanaq
yarım dəstə nanə (yalnız yarpaqları)
1 dəstə cəfəri
3 stəkan qatıq
4 stəkan su (qatığın duruluğundan asılı olaraq su və ya qatıq əlavə edə bilərik)
1 xörək qaşığı un
1 ədəd yumurta
Stəkanın üçdə biri qədər yumru düyü
Zövqə görə duz
İndi isə işə başlaya bilərik
Axşamdan islağa qoyduğunuz noxudu yumuşalanadək bişirib kənara qoyun. Bütün göyərtiləri doğrayıb aşsüzəndə yuyun, Ardı »

Aşbaz AbbasSeksual içki resepti

İsti yayda, soyuq qış axşamında ancaq publarda, ya da restoranlarda dadına uyğun qiyməti olan bu kokteyli ev şəraitində hazırlamaq sizə həm büdcə baxımından, həm də alacağınız ləzzətdən daha xoş gələcək. Xüsusi bacarıqlarınız sırasına Sex on the Beach kokteyli hazırlamaq bacarığını da əlavə etsəniz, bu içkini hər yerdə dadmaq imkanı olmayan qonağınızın da rəğbətini qazanacağınıza əmin ola bilərsiniz.
Ümumilikdə iki növü olan bu beynəlxalq içki (İBA) Beynəlxalq Barmenlər Birliyi kimi xüsusi təşkilatların siyahısında da var.
Birinci növü vodka, şaftalı schnapps (amerikan və alman variantları olmaqla iki növdə alkoqollu içkidir, amerikan variantına likörün bir növü də deyilir), portağal şirəsi, mərcanı şirəsi (qızılcıq şərbəti də adlandırırlar) Ardı »

Aşbaz Abbas10 dəqiqəyə hazırlanan salat

Həm sağlamlıq, həm də madiyyat baxımından çoxumuz mağazada satılan hazır qidalardansa, ev mühitində hazırlanmış yeməkləri üstün tuturuq. Bu sahədə hər birimizin əl qabiliyyəti eyni səviyyədə olmasa da, 2-3 asan hazırlanan yemək var ki, onu hazırlamağı əksər kişilər bacarır. Əziz kişilər, bu dəfə biz də sizə asan başa gələn yeməklərdən daha birinin hazırlanma qaydası haqqında məlumat vermək istəyirik. Buyurun bu bol viatminli, əsil qış salatının resepti ilə tanış olun.

Salatı hazırlamaq üçün bizə lazımdır:
Bir ədəd xiyar;
Bir ədəd pomidor;
Bir dəstə kahı;
Bir ədəd kök;
İki ədəd Çuğundur;
Yarım gül kələmi;
İki-üç budaq şüyüd;
İki-üç budaq cəfəri;
Üç qaşıq zeytunyağı;
Bir qaşıq sirkə;
Zövqə görə duz.

Bütün bu ərzaqları ətrafımıza topladıqan sonra artıq salatı Ardı »

Aşbaz AbbasEvdə hazırlaya biləcəyiniz sərinləşdirici içki

İsti yay-günlərində hər birimizin qida rasionunun əsasını sərinləşdirici içkilər təşkil edir. Biz də elə bu dəfə sizinlə ev şəraitində hazırlaya biləcəyimiz dadlı, bol vitaminli bir sərinləşdirici içkinin reseptini bölüşmək istəyirik.

Bu içkini hazırlamaq üçün bizə lazımdır:
1 litr qaynadılmış ilıq su
1 dəstə tərxun
Yarım dəstə reyhan
3 ədəd xiyar
Yarım qaşıq limon suyu
300 qram şəkər tozu

İndi isə hazırlamağa başlayaq:
İlk olaraq bir litr ilıq suyu qazana tökün. Tərxun, reyhanı və şəkər tozunu suya əlavə edib qaynadın. Qaynadıqdan 2-3 dəqiqə sonra onu sobadan götürüb soyumağa qoyun. Bu vaxt ayrı qabda 2 ədəd xiyarın içini çıxarıb qabıq tərəfini xırda xırda doğrayın. Qaba tökünb üzərinə limon suyu əlavə edin.
Qaynadılmış suyun Ardı »