Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həkim babaHansı qan qrupu ilə evlənmək olar?

Mütəxəssislər evlilikdən əvvəl tibbi müayinədən keçməyin nə qədər vacib olduğunu qeyd etsələr də, təəssüflər olsun ki, bir çox cütlüklər buna əməl etmir. Amma bu məsləhəti qulaq ardına vuran şəxslər bilməlidirlər ki, onların bu addımı gələcəkdə nəinki öz sağlamlıqları, eləcədə dünyaya gələcək övladlarının səhhəti üçün problem yarada bilər. Bu cür problemlərlə rastlaşmaq istəməyən cütlüklər qan uyuşması məsləsində xüsusən həssas olmalı, evlilikdən əvvəl mütləq həkim nəzarətindən keçməlidirlər. Çünki evlilikdə qan qrupu uyğunluğu sağlam körpələrin dünyaya gəlməsi üçün lazım olan əsas şərtdir.

Qan qrupu təhlili ana ilə ata arasında ola biləcək qan uyuşmazlığını təyin etmək üçün edilir. Qan uyuşmazlığı isə qan qrupunuzdan deyil, qanınızdakı Rh Ardı »

Həkim babaDiqqət! Artıq çəki öldürür

Kökəlmək, artıq çəki ilə bağlı qadınlar daha çox şikayətlənirlər, amma statistika göstərir ki, artıq çəki kişilərin sağlamlığına daha çox ziyan vurur, hətta erkən qarşısı alınmadıqda bu xəstəlik ölümlə nəticələnir.
Araşdırmaların nəticəsi sübut edir ki, son illər ərzində sürətli formada yayılan bu xəstəlik kişilər arasında şəkər xəstəliyi, qan-damar xəstəliklərinin və yüksək xolesterolun yaranmasına səbəb olur.
Bəzi hallarda həddindən artıq çox kökəldiyimizi hiss etsək də, buna o qədər də diqqət etmirik. Əziz bəylər, xəbəriniz olsun ki, çox kökəlmək həm də sizdə olan hansısa daxili xəstəliyin işarəsidir. Bəs, bu köklüyün artıq xəstəlik halına çevrildiyini necə müəyyənləşdirə bilərik? Çox sadə. Bunu özümüz evdə həkimə müraciət etmədən də Ardı »

Həkim babaAz su içmək zərərlidir

Yetişkin insanın bədən ağırlığının 60-70%i, yəni üçdə iki hissəsi sudan ibarətdir. Doğrudur, bu göstərici yaşa və çəkiyə görə dəyişir, amma istənilən halda kişi orqanizmindəki su faizi qadınlara nisbətən daha artıq olur. Yaş artdıqca isə bədəndəki su yavaş-yavaş azalmağa başlayır.
İnsan beyninin 75, qanının 92, əzələlərini 75, sümüklərinin isə 22%-inin sudan ibarətdir olduğunu nəzərə alsaq, deməli, kifayət qədər su içməmək eyni zamanda həm beynimizin, həm qanımızın, həm əzələlərimizin, həm sümüklərimizin inkişafına mənfi təsir göstərir. Bəs bu təsirlər özün ən çox hansı formada biruzə verir?
Mütəxəssislərin sözlərinə görə, az su içməyin yaratdığı narahatlıqlardan ən birincisi yorğunluqdur. Çünki su bədənimizdəki ən əhəmiyyətli enerji qaynağıdır. Buna görə Ardı »

Həkim babaKişilərin depressiyadan çıxma yolları

Depressiyadan qurtulmaq üçün nə etməli?

İnsanı depresiyaya düşməyə vadar edən hadisələr çox olur. Ancaq hər kəsin stresslə mübarizə aparmaq yolu fərqlidir. Bəzi insanlar bu zaman emosional olaraq özlərinə qapanırlar və onlarda depressiya inkişaf etməyə başlayır. İnsanı depressiyaya salan hadisələr müxtəlif ola bilər. Məsələn: ailədə insana yaxın bir şəxsin həyatdan köçməsi, dostunun və ya ev heyvanının ölümü, işin və ya biznesin itirilməsi, qəlbinin qırılması, boşanma, övlad sahibi ola biləməmək, mənəvi və ya psixi travma, həyati təhlükəsi olan bir xəstəliyə yoluxmaq, hormonal dəyişiklik, spirtli içkilərdən asılılıq, ağır travma sonrası stress, problemli uşaqlıq və s. kimi saysız səbəblər. Bu hadisələr hər kəsə müxtəlif cür təsir Ardı »

Həkim babaAtanın qidalanması uşağa təsir edir

Kanadada aparılan bir araşdırma nəticəsində belə məlum olub ki, atanın qidalanma forması gələcək körpənin sağlamlığında özünü mütləq şəkildə biruzə verir. Belə ki, zərərli qidalarla bəslənən və sağlamlıq üçün zərərli müxtəlif vərdişləri (içki, siqaret) olan ata namizədlərin dünyaya gələcək körpələrində düşmə və ya hansısa sağlamlıq problemlərinin yaranma ehtimalı daha böyük olur.

Mütəxəssislərin sözlərinə görə, dünyaya gələcək körpənin səhhətində hansısa problemlərin yaranmaması üçün atanın B9 vitamini ilə qidalanması mütləqdir. Bu vitamin körpənin sağlamlığını və təhlükəsiz şəkildə doğuşunu təmin edir. Bu fikri təsdiqləmək üçün alimlər sıçanlar üzərində təcrübə aparıblar. Bu zaman bir neçə ata namizədə B9 vitamini baxımından kasad olan qidalar, digər qrupa isə B9 Ardı »

Həkim babaYanlış idman hərəkətləri intim həyatın düşmanıdır

Çoxlarımızın fikrincə, əzələli bədən ideal vücud quruluşudur. Biz kişilər belə ideal bədənə sahib olmaq üçün hətta günümüzün bütün hissəsini belə idman salonunda keçirməyə hazırıq. Amma sən demə, bu heç də yaxşı fikir deyilmiş. Mütəxəssislərin sözlərinə görə, heç bir qayda, sistem əsasında müəyyənləşməyən məşqlər kişilərdə cinsi istəksizlik yaradan əsas səbəb hesab edilir. Xüsusən də birbaşa olaraq ürək sisteminə təsir edən məşqlər testesteron səviyyəsinin aşağı düşməsinə səbəb olur.
Buna görə də artıq çəkidən qurtulmaq istəyən şəxslərə həftədə bir kq-dan daha çox çəki itimək və gündəlik kalori qəbulunu əvvəlkinə nisbətən 15%-dən daha aşağı endirmək məsləhət görülmür. Eyni zamanda gün ərzində məşqlərə 30 dəqiqə vaxt ayrılması Ardı »

Həkim babaXərçəngin dərmanı-eşşək südü

Son zamanlarda Uludağ Universitetində eşşək südünün xərçəng xəstəliyinin müalicə olunmasında əhəmiyyəti araşdırılır. Araşdırma nəticəsində əldə edilən ilkin nəticələr isə olduqca uğurludur. Bu nəticələrə əsasən, eşşək südü xərçəng xəstəliyinin inkişafına xidmət edən hüceyrələrin inkişafının qarşısını alır.
Hər birimizə məlum olduğu kimi xalq təbabətində eşşək südünün bir çox xəstəliklərin dərmanı olması haqqında geniş fikirlər yayılıb. Bu gün Avropa təbabətində isə eşşək südündən bir çox kosmetik vasitələrin tərkibində istifadə edilir.
Araşdırmanı həyata keçirən komandanın üzvlərindən Çetin Akcanın sözlərinə görə, onlar eşşək südünün tozlaşdırılmış formasından hüceyrələr üzərində istifadə ediblər. Bu zaman məlum olub ki, eşşək südü xərçəng xəstəliyi üçün zərərli hesab edilən hüceyrələrin inkişafının qarşısını alır, sağlam Ardı »

Həkim babaQalstuk kişilərdə Xərçəng yaradır

Ciddi şirkətlərdə işləyən kişilər hər gün qalstuk taxmaq məcburiyyətində qalır. Bəs qalstukun sizin sağlamlığınız üçün yarada bilkəcəyi təhlükələrdən xəbəriniz var?

Türkiyəli mütəxəssis və həkim Mehmet Yavuz bu barədəki araşdırmaları nəticəsində belə qənaətə gəlib ki, gün ərzində 8 saatdan çox qalstuk taxmaq kişiləri əməlli-başlı stressə salır. Sıx bağlanan qalstuklar kişilərdə baş ağrısına və damarların sıxılmasına səbəb olur. Hətta boğaz xərçənginin yaranmasına də yol açır. İşdəki gərginlik bir yana qalsın, məcburi ciddi geyim stili stressi daha da artırır. Beyin və boyunda da bəzi problemlər yaradır.

İflic edə bilər

8 saatdan çox qalstuk taxarkən bədəndən beynə qan göndərən damaralar sıxılır və qan dövranı zəifləyir. Bunun nəticəsində baş Ardı »