Qafqaz və Zaqafqaziya diyarının idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında Yelizavetpol quberniyası yaradılmışdı. Bakı quberniyasından Şuşa və Nuxa qəzaları, Tiflis quberniyasından Yelizavetpol qəzası, İrəvan quberniyasından ləğv edilmiş Ordubad qəzasının bir hissəsi onun tərkibinə daxil edildi, yeni Qazax və Zəngəzur qəzaları yaradıldı. 1873-cü ildə Yelizavetpol quberniyası tərkibində Ərəş, Cəbrayıl və Cavanşir qəzaları təşkil olundu. Sonralar Cəbrayıl qəzasına Azərbaycana qarşı işğalçılıq müharibəsində iştirak etmiş rus zabiti P.M.Karyaginin adı verildi. Qafqaz təqviminin (1917) məlumatına görə Yelizavetpol quberniyasında 4 şəhər (Gorus, Yelizavetpol, Nuxa, Şuşa) və 8 qəza (Ərəş, Cavanşir, Yelizavetpol, Zəngəzur, Qazax, Karyagin, Nuxa, Şuşa) var idi. Yelizavetpol quberniyasının ərazisi Ardı »