Ümumi → Bakı Soveti azərbaycanlılara qarşı
Eser və daşnaqlara arxalanan Bakı Soveti İcraiyyə Komitəsi müsəlmanları, o cümlədən azərbaycanlıları əksinqilabçı, Bakı istisna olmaqla Azərbaycanın digər yerlərini isə əksinqilab yuvası elan etmiş, Azərbaycan zəhmətkeşləri arasında böyük nüfuza malik olan müsavatçıları isə əksinqilabı burjua millətçiləri kimi damğalayırdı. Belə antiazərbaycan siyasət 1918-ci ilin mart hadisələrində özünü tam açıqlığı ilə əməli sür’ətdə büruzə verdi.
1918-ci il martın sonlarında türk ordusunun Qafqaz cəbhəsində əməliyyatları gücləndirməsi Bakıdakı daşnaqları və onlara havadarlıq edən bolşevikləri qorxuya saldı. Vahid cəbhədə birləşən bu mənfur qüvvələr vəziyyətdən istifadə edərək Bakıda qanlı 1918-ci il mart hadisələrini törətdilər.
Mahiyyətcə milli soyqırımı olan "Mart döyüşləri" Bakı sovetinə qısa müddət ərzində vəziyyətə nəzarət etmək imkanı Ardı »