Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi → Şirvan (qədim şəhər)

Şirvan - Azərbaycan ərazisində mövcud olmuş qədim şəhər. Xəzər dənizi sahilində - Şamaxı-Dərbənd ticarət yolu üstündə yerləşirdi. Tarixi Şirvan vilayətinin mərkəzi idi.

Əlİstəxri, ibn-Havqəl və əl-Müqəddəsi Şəmaxiyyə və Şəbəranla yanaşı, Şirvan şəhərinin də adını çəkirlər. İbn Havqəlin xəritəsində Şəbərandan başlayaraq Şirvan və Şəmaxiyyədən keçib, Bərdicə, oradan da Bərdəyə gedən yol qeyd edilmişdir. Həm də, Şəbəranla Şirvan arasındakı məsafə Şirvanla Şəmaxiyyə arasındakı məsafədən üç dəfə çoxdur. Müqəddəsi (təqribən 985-ci ildə yazmışdır) Şirvan haqqında aşağıdakı məlumatları verir: "Düzənlikdə böyük şəhərdir. Binaları daşdandır, bazar meydanında Cümə məscidi vardır. Şəhərin içindən çay keçir". V. F. Minorskinin fikrincə, Şirvanşah şəhərinin bu təsviri Şəbərana Ardı »

Ümumi → Car-Balakən camaatı

Tarixi[redaktə]
Car-Balakən camaatının formalaşması prosesi əsasən XVI əsrdən başlamışdı. XVI əsrin sonu, XVII əsrin əvvəllərində şimal-qərbi Azərbaycana Dağıstandan köçüb gələn avar ailələri əsasən yerli xalqların yaşadığı Balakən, Car,Muxax, Tala və Katex kəndlərində məskunlaşırdılar. Dəniz səviyyəsindən 3000 metr yüksəklikdə, qeyri-məhsuldar və yoxsul təbiətə malik olan ərazidə yaşayan dağlı tayfalarının qış otlaqları əsasən Baş Qafqaz silsiləsinin cənub yamaclarında yerləşirdi. Əkinçi-maldar, yarımköçəri həyat sürən dağlı tayfaları öz qoyun sürülərini müntəzəm olaraq bu əraziyə sürürdülər. Qeyri-məhsuldar şərait, aztorpaqlılıq getdikcə daha çox dağlı tayfalarının vadilərə enməsinə səbəb olurdu.

Doğrudur, tarixi faktlar dağlıların vadilərə müəyyən bir zamanda və kütləvi şəkildə enməsi haqqında məlumat vermir. Belə ki, bu proses əsasən Ardı »

Ümumi → Azərbaycan müəllimlərinin IV qurultayı

Azərbaycan müəllimlərinin IV qurultayı — 25 may 1925-ci ildə keçirilmişdir.

IV qurultayın gündəliyindən[redaktə]
1925-ci il mayın 25-dən iyunun 1-dək Bakıda Azərbaycan sovet müəllimlərinin I (əslində Azərbaycan müəllimlərinin IV qurultayı) qurultayı çağırıldı.

250 nəfər nümayəndənin iştirak etdiyi qurultayın gündəliyində aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdu:

1. Şuralar İttifaqının beynəlxalq vəziyyəti.

2. Şura quruluşunda maarif məsələləri.

3. Müəllimin ictimai rolu.

4. Müəllimlər və Lenin Kommunist Gənclər İttifaqı.

5. Müəllimlər və həmkarlar hərəkatı.

Qurultayda birinci söz Azərbaycan MİK-in katibi Tağı Şahbaziyə verilmişdir. O, çıxışında müəllimlərin ictimai həyatda böyük rolundan danışmış, fəhlələrlə kəndlilərin ittifaqının möhkəmləndirilməsi zərurətinə toxunmuşdur.

D.Bünyadzadə Azərbaycan Kommunist Firqəsinin Mərkəzi Komitəsi tərəfindən qurultayı təbrik edərək müəllimlərin xüsusən kəndlərdə rolunun genişləndirilməsini vacib saymışdır.

Qurultayda Xalq Komissarlar Ardı »

Ümumi → Niyalqala ümumi məlumat

Qala İsmayıllı rayonu ərazisində yerləşir.Qalanın Qafqaz Albaniyası dövründə tikildiyi və əsas yaşayış yerlərindən biri olduğu mənbələrdə qeyd olunub.Uzun bir dövr ərzində yaşayış yeri kimi istifadə olunan qalanın xarabalıqları indi dı qalmaqdadır.

Əl-Məsudi Şirvanşahın Qabh dağındakı Niyal adlanan qalasını xatırladır və onun "dünyada misli-bərabəri olmayan qala" olduğunu göstərir. Niyalqaladan bir fərsəx aralı, ondan 7-8 km şərqdə şahın zindanının yerləşdiyi daha bir möhkəm qala, ehtimal ki, Sulut qalası yerləşirdi. Ardı »

Ümumi → Rövzə mahalı

Tarixi[redaktə]
Mahal şimaldan Sumay, şərqdən Nazlı, cənubdan Tərgəvər, qərbdən Urmiya ilə sınırlanır. Sənədlərdən görünür кi, Rövzə mahalına 25 böyüк və кiçiк кənd bağlı idi. Əhali əsasən hеyvandarlıqla və əкinçiliкlə məşğul idi. Mahal bəyləri Lar adlı böyüк bir кənddə yaşayırdılar. Urmiya hakimi Kəlbəli xan İmanlı-Avşar elin Qırxlı оymağını Rövzə çayının sahilində yеrləşdirmişdi. Ardı »

Ümumi → Yelizavetpol quberniyası - Məhkəmə sistemi

Yelizavetpol quberniyasının Yelizavetpol dairə məhkəməsinin tərkibində Yelizavetpol şəhəri üzrə 5, Göyçay şəhəri üzrə 2, Nuxa (Şəki) şəhəri üzrə 1, Şuşa şəhəri üzrə 4 notarius fəaliyyət göstərmişdir. Notariuslar olmayan yerlərdə bu vəzifələri barışdırıcı hakimlər, onlar olmayanda isə həmin hakimlərin köməkçiləri yerinə yetirirdi.

1870-ci ildə Yelizavetpol quberniyasında 6 cəza yeri vardı. Həcminə görə həmin binalar 365 nəfərdən ötrü nəzərdə tutulmuşdur. Buna baxmayaraq 1870-ci il ərzində burada saxlanılanların sayı 743 idi. 1870-ci ildə Yelizavetpol qəsrinə 640, Şuşa qəsrinə 640 və Nuxa qəsrinə 528 nəfər gətirilmişdir. Yelizavetpol dairə həbs evində saxlanılanların sayı 162 nəfər, Qazax həbs evində 555 nəfər, Zəngəzur həbs evində isə 207 nəfər olmuşdur. Ardı »

Ümumi → Soyqırıma xarici ölkələrdə münasibət

Meksikanın paytaxtı Mexiko şəhərinin mərkəzi tarixi rayonunda yerləşən "Tlakskoake-Xocalı" meydanında Azərbaycan Respublikası ilə Mexiko şəhər rəhbərliyinin birgə apardığı təmir-bərpa işlərindən sonra orada Xocalı soyqırımı qurbanlarına abidə qoyulub.

2011-ci ildə Xocalı soyqırımı qurbanlarına abidə Almaniyanın Berlin şəhərində ucaldılıb.

2014-ci ildə İspaniyanın Atletiko Madrid FK klubunun oyunçuları Osasuna FK və Real Madrid FK komandaları ilə keçirəcəkləri görüşlərdə Xocalı faciəsinin ildönümü ilə əlaqədar qara bilərzik və yaxalarına matəm lenti taxib ve yad edilib. Klubun aparıcı oyunçusu Arda Turanın simasında faciə qurbanlarını yad edib və "Azərbaycan xalqının acısını paylaşırıq" ifadəsi ilə cıxış edib.Həmin il, Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Təbrizin Traktor Sazi FK komandası ilə Ardı »

Ümumi → Bərzənd

Bərzənd qalası Ərdəbil vilayətində, Muğan mahalında yerləşirdi. Əl-Yaquta görə Ərdəbildən 14-15 fərsəx şimalda Bolqarçayın sahilində qərar tuturdu. Bəzz, Ərdəbil, Muğan və Varsana gedən dörd yol ayrıcında idi. Bərzənd sonralar burda yerləşdiyi qaladan dolayı Qəleyi-Bərzənd adlanırdı.

Bərzənd Xürrəmilər hərəkatı dönəmində Ərəblərin düşərgəsi olmuşdu. Əz – Zəhəbi bildirir ki, təkcə 837-ci ildə Mötəsim Babək ilə müharibəyə bir milyon dirhəm xərcləmişdi. Afşinin ordusu arası kəsilmədən ərzaq, sursat və silahla təchiz olunurdu. Afşin Ərdəbil qərargahına gələn kimi Əbu Səid Məhəmmədə əmr etdi ki, xürrəmilərin dağıtdığı qalaları bərpa etməyi sürətləndirsin. Qalalar bərpa edilib möhkəmləndikdən sonra Afşinin əmrilə bunların ətrafında xəndəklər qazıldı. O öz qərargahını xürrəmilərin istehkamlarına yaxın Ardı »