Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi → Qasımuşağı obası

Tarixi[redaktə]
Qasımuşağı obasının ərazisi 1747-ci ildən sonra Qaraçorlu mahalının, 1840-cı ildən sonra Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının, 1930-cu ildən sonra Laçın rayonunun tərkibində olmuşdur. Laçın rayonunun tərkibində olduğu dövr ərzində Kürdhacı sovetliyi adlandırılan[1] obanın tərkibində Ərikli, Yuxarı Qarasaqqal, Aşağı Qarasaqqal, Hacısamlı, Xaçınyalı kəndlərinin ərazisini əhatə etmişdir. 18 oktyabr 1991-ci il tarixindən Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra isə Kürdhacı kənd inzibati ərazi dairəsi[2] adı ilə adlandırılmışdır.

Coğrafi mövqeyinə görə Şəlvə, Piçənis, Muncuqlu çaylarının axdığı dərin dərələr vasitəsi ilə dağ silsiləsi yaratmış Qarabağ silsiləsinin cənub-qərb yamacında yerləşən oba ərazidə ən yüksək dağ zirvəsi olan Qırxqız yaylaqlarının (2825 m) ətəyində yerləşmişdir. Ardı »

Ümumi → Kür Döyüşünün gedişi

Kəyumərsin edam olunması xəbərini alan Qara Yusif Təbrizdən çıxaraq Qarabağa yollandı. Sonra o, Şeyx İbrahimin yanına elçi göndərərək tabe olmasını təklif etdi. Müstəqilliyini itirmək istəməyən İbrahim Şirvanda böyük ordu toplayaraq Şəki hakimi Seyid Əhməd Orlat və gürcü hökmdarı I Konstantinlə ittifaqda on iki minlik süvari ilə Qara Yusifin üzərinə yeridi. İbrahim əvvəllər də gürcü hökmdarı ilə dostluq münasibətləri saxlayırdı və onunla müttəfiq idi. Qələbə çalacağına əmin olan Qara Yusif böyük qoşunla, soyurqal və hədiyyələr bağışladığı vassalları - Cənubi Azərbaycanın iri feodalları ilə birlikdə çıxış etdi.

Şeyx İbrahim Kür sahilində düşərgə saldı. Vuruşma h.815-ci ilin şaban ayında (1412-ci il noyabrın 6-dan dekabrın 4 Ardı »

Ümumi → Kutriqurlar

Tarixi[redaktə]
Kutriqurlar utiqurlar, haylantürklər və başqa türk kökənli tayfalarla V-VI yüzilliklərdə Don və Dunay çayları arasında qərar tutmuşdular.. Bizans tarixçisi Prokopi Qeysərli bir məlumata dayanaraq yazır ki, kutriqurlar və utriqurlar ilk zamanlarda bir dövlət ətrafında birləşmişdilər. 463-cü ildə bulqarlar hunları məğlub etdilər.

Bulqarlar bir çox türk soylarının birləşməsiylə 630-cu ildə ortaya çıxdılar. Böyük Bulqar xanlığını Kubrat xan qurdu. VII əsrin ilk yarısında Xan Kubrat Qaradənizin şimalında dağınıq yaşayan türk Kutrigurlar, Utiqurlar, Sabirlər və Onoqurlar kimi soyları və bundan başqa 7 slavyan qövmünü, Bizansın razılığı ilə qurduğu ilk böyük bulqar dövlətinin tərkibində birləşdirmişdir. Beləliklə Bulqar adında yeni bir boy əmələ gəlmişdir. Ancaq qurulan dövlət Ardı »

Ümumi → Eldar & Nigar

Eldar & Nigar — 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən duet. Müsabiqədə ifa etdikləri Running Scared mahnısı finalda 221 xalla birinci olmuşdur. Ardı »

Ümumi → Şəddadilər sülaləsi

Şəddadilər sülaləsi - X əsrin ortalarından XII əsrin sonunadək Cənubi Qafqazın Gəncə, Naxçıvan, Dvin və Ani əmirliklərində hakimiyyət başında olmuşlar. Əsası soykökünə görə kürd olan Мəhəmməd ibn Şəddad tərəfindən qoyulmuşdur.

Şəddadilər[redaktə]
Gəncə və Dvin

Məhəmməd bin Şəddad (951-971)
Əli Ləşkəri bin Məhəmməd (971-978)
Mərziban bin Məhəmməd (978-985)
Fəzl bin Məhəmməd (985-1031)
Əbülfəth Musa (1031-1034)
II Əli Ləşkəri (1034-1049)
Ənuşirvan bin Ləşkəri (1049)
I Əbül-Ənsar Şapur (1049-1067)
II Fəzl bin Şapur (1067-1073)
III Fəzl bin Fəzl(1073-1075)
Ani qolu

Mənuçöhr bin Şapur (1072-1118)
II Əbüləsvar Şapur (1118-1124)
IV Fazl bin II Şapur (1125-?)
Mahmud (?-1131)
Huşçöhr (1131-?)
Şəddad (?-1115)
V Fəzl (1115-1161)
Şahənşah (1164-1174) Ardı »

Ümumi → Vəqf

Vəqf (ər.) – dini məqsədlə və ya xeyriyyə məqsədi ilə dövlətin, yaxud ayrı-ayrı şəxslərin könüllü olaraq bağışladığı daşınar və daşınmaz əmlak. V. XII-VIII yüzilliklərdə yaranmış, orta əsrlərdə müsəlman ölkələrində geniş yayılmışdır. Əmlakın v. edilməsi xüsusi fərmanla (vəqfnamə ilə) rəsmiləşdirilirdi. V. edilmiş əmlak satıla və ya bağışlana bilməzdi. V.-ə ayrı-ayrı kəndlər, tikililər, yol kənarlarında və yaşayış məntəqələrindəki su quyuları, dəyirmanlar, meyvə ağacları və i.a. verilə bilərdi. V. bəzən bütöv vilayətləri dəMütəvəllini çox zaman v. qoyan şəxs təyin edirdi. Bu vəzifə irsən keçə bilərdi. Mütəvəlli v. gəlirlərinin toplanması və xərclənməsinə nəzarət edirdi. Sultan Qazan xanın dövründə iri v. yerlərinə xüsusi idarə divanı (divan-i) Ardı »

Ümumi → Böyük Bolqar xanlığı

Böyük Bolqar xanlığı (Bolqar dili: Стара Велика България) - VII əsrin ilk yarısında Avropada, indiki Bolqarıstan, Ukrayna və qərbi Rusiyada mövcud olan xanlıq.

Tarixi[redaktə]
Bulqarlar bir çox türk soylarının birləşməsiylə 630-cu ildə ortaya çıxdılar. Böyük Bolqar xanlığı nı Kubrat xan qurdu. VII əsrin ilk yarısında Xan Kubrat Qaradənizin şimalında dağınıq yaşayan türk Kutrigur, Utrigur, Sabirlər və Onogurlar kimi soyları və bundan başqa 7 slavyan qövmünü, Bizansın razılığı ilə qurduğu ilk böyük bolqar dövlətinin tərkibində birləşdirmişdir. Beləliklə Bolqar adında yeni bir boy əmələ gəlmişdir. Ancaq qurulan dövlət uzun ömürlü olmadı. VII əsrin ikinci yarısında, Kubrat Xanın 665-ci ildə ölümündən sonra digər bir Türk xalqı Ardı »

Ümumi → Azərbaycan Milli-Azadlıq Hərəkatı (1988-1991)

Azərbaycan Milli-Azadlıq Hərəkatı - Azərbaycan SSR-də baş verən anti-sovet xalq hərəkatı (1988-1991-ci illər).
1988-ci ildə Azərbaycan SSR-də anti-sovet xalq hərəkatı başladı. İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda başladı. Topxana hadisələri ilə mitinqlərin yeni dalğası - Meydan hərəkatı (1988-ci il 17 noyabr - 5 dekabr) yarandı və dekabrın 4-də hakimiyyət orqanları Azadlıq meydanındakı oturaq mitinqi ordunun köməyi ilə dağıtmağa nail oldular.

XX əsrin 80-ci illərinin sonunu Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirmək olar. Azərbaycan xalqının siyasi oyanışı 1987-ci ilin axırları – 1988-ci ilin əvvəlində başlanmış, 1990-cı ilin yanvar hadisələrindən sonra keyfiyyətcə yeni hərəkata – milli azadlıq Ardı »