Ümumi → Atropatenada din
Atropatenada zərdüştilik[redaktə]
Güman etmək olar ki, artıq e.ə. I minilliyin ilk əsrlərində Qərbi Madada, xüsusilə gələcək Kiçik və yaxud Atropat Madası zonasında müxtəlif mazdaist təlimlər yayılmışdı. Burada və ona qonşu olan ərazilərdə təxminən həmin minilliyin başlanğıcında gənc Avesta inamları ocaqlarının mövcud olduğunu ehtimal etmək olar.
Lakin bizə o da məlumdur ki, artıq Atropatena dövlətinin mövcudluğunun ilk onilliklərində bizi maraqlandıran ərazidə, Şərqin digər Hellinist dövlətlərində olduğu kimi, yunan-makedon işğalçıları tərəfindən gətirilmiş müxtəlif yunan ayinləri, xüsusilə Herakla sitayiş də yayılmışdı.
Avestaya gəldikdə göstərmək lazımdır ki, bu abidənin bizə gəlib çatmış nüsxəsi Sasanilər dövründə dövlət dini kimi elan olunmuş "Avesta" məcmuəsinin bir hissəsidir.
Belə güman edirlər ki, Sasanilər Ardı »