Ümumi → Azərbaycan torpaqlarının bölünməsi faciəsi
Son beş yüz ildə Azərbaycan təxminən 20 dəfə bölünmə siyasətinin qurbanı olmuş və bu faciələri yaşamaq məcburiyyətində qalmışdır. Həmin faciələrin xronoloji ardıcıllığı belədir:[1]
1534 – cü il
Azərbaycanın cənub-qərb bölgəsi olan Mosul, Kərkük, Ərbil, Süleymaniyyə şəhərləri Səfəvi dövləti ilə Osmanlı dövləti arasında baş verən müharibə zamanı Osmanlı imperiyasının tərkibinə keçmiş və 1926-ci ildə Türkiyə ilə İngiltərə arasında bağlanan “5 iyun müqaviləsi” nəticəsində İngiltərənin himayəsinə verilmişdir.
1736 – cı il
Gəncə bəylərbəyi Cavad xan Ziyad oğlu Nadirinin Muğanda şah elan olunmasının əleyhinə çıxdığı üçün Nadir şah Borçalını Qazax mahalı ilə birlikdə Gəncə bəylərbəyliyindən ayırıb Kartli-Kaxeti çarlığına bağışlamış, sonralar isə 1801- ci ildə Rusiya ilə Gürcüstan arasında Ardı »