Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiBəylərbəyi Tarixi

V.Minorski güman edir ki, bəylərbəyilik I Şah Abbas Səfəvinin hakimiyyəti dövründə meydana gəlmişdir. Оnun fikrincə, həmin vaxta qədər Səfəviлər dövlətini hakimlər idarə etmişlər. Halbuki bu termin və institut qabaqkı dövrlərdən mövcud idi.

Azərbaycan bu dövlətin tərkibində Cənubi Azərbaycan (paytaxtı Təbriz), Qarabağ (paytaxtı Gəncə), Şirvan (paytaxtı Şamaxı) və Çuxursəəd (paytaxtı İrəvan). Əyalətlərə mərkəzdən, şah tərəfindən təyin olunan bəylərbəyi başçılıq edirdi. Bəylərbəyilərin əsasən xan titulu olurdu. Əyalətlər vilayətlərə bölünürdü.Azərbaycan əyalətinin tərkibində Qaradağ, Ərdəbil, Urmiya və başqa vilayətlər vardı. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü.Qəzalara hakim və qazı başçılıq edirdi.Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə Ardı »

ÜmumiQazan xanın dövründə Qızıl Orda dövləti ilə münasibətlər

Qızıl Orda dövlətində siyasi vəziyyətin pisləşməsi ilə əlaqədar Azərbaycana olan yürüşlər bir müddət kəsildi. Lakin Sultan Mahmud Qazan xanın (1295-1304) hakimiyyəti dövründə şimaldan Azərbaycana basqınlar yenidən başlandı. Elxanilərin Misir məmlükləri ilə müharibələri qızılordalıları Azərbaycanı zəbt etməyə şirnikləndirdi. Qazan xan şimal sərhədlərinin daha da möhkəmləndirilməsini lazım bildi. O, Əmir Nurinin başçılığı ilə Şirvana əlavə qoşun hissələri göndərdi və qızılordalılar döyüşə girmədən geri çəkilməli oldular. Ardı »

ÜmumiMemarlıq xüsusiyyətləri

Bayıl qəsri, yan divarları tamamilə düz olmayan uzunsov bir düzbucaqlı şəklindədir. Bu forma, ehtimal ki, divarların üzərində durduğu daş qayanın relyefinə uyğunlaşdırılmışdır. Qəsrin uzunluğu 175, eni isə 35 metrdir. Qalınlığı 1,2 x 1,8 m olan divarlar dairəvi və yarımdairəvi qüllələri bir-birinə birləşdirir.

Abidənin on beş qülləsi vardır. Bunlardan yalnız şimal-qərb tindəki və cənubdakı iki qüllə dairəvi formada olub, içərisi boşdur. İçərisi bütöv qalan on iki qüllənin hamısı yarımdairə şəklindədir. Künclərdə olan üç dairəvi qüllənin qəsrə girmək üçün 1,3 m enində qapısı vardır. Səkkiz və doqquzuncu qüllələri birləşdirən cənub divarında, habelə on dörd və on beşinci qüllələri birləşdirən şimal qərb-divarında da 1,6 m Ardı »

ÜmumiIII Uğurlu xan Ziyadoğlu-Qacar

Həyatı[redaktə]
Uğurlu хаn Cavad xan oğlu 1781-ci ildə Gəncə şəhərində аnаdаn оlmuşdu. Sаrаy təlim-tərbiyəsi, təhsili аlmışdı. O, 1804-cü ilin yayında Gəncəbasarda işğalçılara qarşı üsyan qaldırsa da, məğlub olub Irana getməyə məcbur oldu. O, 1826-cı ildə Abbas mirzənin və yerli əhalinin köməkliyi ilə yenidən Gəncəyə qayıtsa da, 40 gündən sonra yenidən şəhəri tərk etməli oldu. 1826-cı il sentyabrın 13 - də baş vermiş Gəncə döyüşündə əsir düşən Uğurlu xan bir müddət ruslar tərəfindən Stavropolda sürgündə saxlanıldı. Yalnız Türkmənçay müqaviləsindən sonra o, Irana qayıda bildi.

Şаmхоr döyüşündən sоnrа Uğurlu хаn bаcısı Püstə bəyimi özü ilə Irаnа аpаrdı. 1826-ci ilin 26 iyulundа Cavad xanın оğlu Uğurlu Ardı »

ÜmumiBayraq qalmaqalı

Tarixi[redaktə]
Azərbaycan və Türkiyə arasında Bayraq qalmaqalı 14 oktyabr 2009-cu ildə Bursada keçirilən Türkiyə-Ermənistan milli matçı zamanı Azərbaycan bayraqlarının stadiona buraxılmaması ilə bağlı FİFA baş katibi və təşkilat komitəsi sədrinin imzası ilə Türkiyə Futbol Federasiyasının baş katibi Əhməd Güvənərə göndərilən məktubun icrasından sonra başlanmışdır.

Bursadakı matçdan sonra Azərbaycan və Türkiyə arasında münasibətlər gərginləşib. Azərbaycan da Bakıda türk əsgərlərinin abidəsindən Türkiyə bayrağını endirib. Türkiyə bununla bağlı Azərbaycana nota da vermişdir.

Bakıdakı Şəhidlər xiyabanında 1918-ci ildə Bakının azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuş türk əsgərlərin xatirəsinə 1999-cu ilə qoyulmuş abidənin ətrafından bayraqlar 2009-cu il oktyabrın 16-da götürülmüşdü. Dəmir bayraq dirəkləri kəsilib çıxarılmış, yerinə daş plitələr Ardı »

ÜmumiI Vasak

I Vasak (doğum tarixi naməlumdur — 1040) – Sünik knyazlığının 998 – 1040 – cı illərdə hakimiyyətdə olmuş II knyazı.
I Vasak taxtda atası I Smbatı əvəz etmişdi. Ani çarı I Qagikdən vassal asılılığını qəbul etməyə məcbur olmuş I Vasak onun 1003-cü ildə Azərbaycanın Parisos vilayətinə təşkil edilmiş yürüşündə də iştirak etmişdi. Baqratuni sülaləsindən olan Ani çarı I Qagik I Vasakın qızı Ketramidə ilə evlənmişdi.

O, kəndli hərəkatını yatırmış, X əsrin ortalarında erməni katolikosu I Ananiya Mokaçi tərəfindən dağıtdırılaraq lənətlənmiş Tatev monastırını yenidən bərpa etdirmiş və müdafiə sistemini möhkəmlətmişdir. Onun hakimiyyət dövrü əsasən sülhlə keçmişdir ki, bu da ölkənin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına Ardı »

ÜmumiÇobanilər sülaləsi

Çobanilər — XIV əsrdə Azərbaycanda və İranda hakimiyyət uğrunda mübarizə aparmış monqol sülaləsi.
Sülalənin kökü[redaktə]
Çobanlılar sülaləsi Sulduz ulusundan yaranmışdır. Rəşidəddin yazır: "Sulduz tayfasından bir çox əmirlər çıxmasına baxmayaraq, biz daha çox məşhur və Çingiz xanın xidmətində olanlar haqqındaki hekayələri və bilgiləri verməklə yetinəcəyik. Çingiz xan gənc olduğu zaman Tayçıut tayfası onunla muxalifət edirdi. Bir gün Çingiz xan önəmli bir iş üçün yola düşmüşdü. Yolda öz-özünə hərəkət edən bir daşa rastlandı.Çingiz xan düşündü ki, burada bir uğursuzluq olmalıdır. Yola davam edib-etməməsi barədə tərəddüd etdi. Sonunda yoluna davam etmə qərarı aldı. Çingiz xan bu yolçuluğunda xoşagəlməz hadisə ilə qarşılaşdı. Onun düşməni olan Tayçıut tayfasının Ardı »

ÜmumiRəiyyət

Rəiyyət — mülkədardan asılı, onun torpağını icarəyə götürən(çox vaxt irsən) kəndli. İcarə haqqı əsasən natural(ərzaqla), bəzən isə pulla ödənilirdi.Bundan başqa rəyyətin üzərində bir çox mükəlləfiyətlər var idi: yol, arx, körpü tikmək; müharibə və sülh vaxtı vaxtı ərazidə yerləşən qoşunu və məmurları təmin etmək. Avropa kəndlisindən fərqli olaraq Müsəlman Şərqində rəyyət biyara əsasən getmirdi. Mülkədarın torpağı bütünlüklə rəiyyətin arasında bölüşdürülürdü. Zaman-zaman kəndlilərin təhkim olunması baş versə də Avropada olduğu kimi burada kəndlilər klassik mənada təhkimli sayılmırdılar, onlar nəzəri olaraq istənilən vaxt ağanı tərk edib başqa ağanın torpağına köçə bilərdilər, ama praktikada bu elə də asan deyildi. Elatdan(yarıköçəri mardarlar) fərqli olaraq rəyyət daha Ardı »