Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi → Sumqayıt hadisələri (1963)

Sumqayıt hadisələri — 1963-cü ilin noyabrında Sumqayıt şəhərində baş vermiş hadisələr.

1963-cü il noyabrın 7-də keçirilən nümayiş zamanı bir qrup fəhlə əsas dəstədən ayrılaraq tribunaya sarı getmiş, Nikita Xruşşovun böyük portretini qopararaq ayaqlar altına atmışdılar. 600-800 nəfərə qədər adam 3 gün ərzində Sumqayıtı bir-birinə qatmışdı.

Tom De Vallın "Qara bağ" kitabının rus dilindəki nəşrində bu hadisəyə qismən aydınlıq gətirilib. Müəllif yazır: "1963-cü ildə-Xruşşovun hakimiyyəti illərində Sumqayıtda ciddi çaxnaşma baş verdi. 1963-ci il noyabr ayının yeddisində Oktyabr inqilabının növbəti ildönümünə həsr edilmiş nümayişdə Boru Prokat Zavodunun bir qrup fəhləsi əsas dəstələrdən ayrılaraq şəhər rəhbərliyinin dayandığı tribunaya üz tuturlar və mədəniyyət evinin fasadından Xruşşovun böyük Ardı »

Ümumi → Çalxanqala (qala)

Ümumi məlumat[redaktə]
Çalxanqala - Naxçıvan şəhərindən 22 km şimal – qərbdə, təbii cəhətdən əlverişli mövqedə yerləşən Tunc dövrünə aid qala.

Qala Paiz kəndi yaxınlığında, Cəhriçayın sağ sahilində, hündür təpə üstündədir. İri qaya daşlarından bərkidici məhlul işlədilmədən hörülmüşdür. Qalaya təkcə cənub tərəfdən giriş yolu vardır. Tunc dövrü siklop tikililərinin ən yaxşı qorunmuş nümunlərindən olan Çalxanqalanın dövrümüzədək gəlib çatmış divarlarının uzunluğu 450 m, hündürlüyü 2,5 – 3 m, eni 2,7 – 3 m – dir.

Çalxanqalanın Naxçıvan ərazisində e.ə. II minillikdə təşəkkül tapmış iri tayfa ittifaqının əsas müdafiə qalası olduğu güman edilir.

Tədqiqi[redaktə]
Çalxanqala ərazisində arxeoloji tədqiqatlar 1978 – ci ildə Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən aparılmışdır. Tədqiqatlar Ardı »

Ümumi → Qalaboynu qalası

Qala Kəlbəcər rayonu ərazisində yerləşir. Böyük bir sahəni əhatə edən qala həm də strateji yaşayış məntəqəsi olmuşdur. Qalanın içində 200-dən çox binanın kalafa yerləri var. Uluxan qalasında olduğu kimi bu qalaya da gizli sualtı yol çəkilib Ardı »

Ümumi → Yelizavetpol quberniyası - İqlimi

Yelizavetpol quberniyasının iqlimi olduqca müxtəlifdir. Meşə zonasının hüdudlarından yuxarıya uzanan dağlıq ərazilər ilin demək olar ki, üç rübü qarlarla örtülü olur və orada tamamilə əhali yaşamır. Yay aylarında burada atmosfer və torpaq rütubətinin bolluğu zamanı, burada ot bitkisinin inkişafı köçərilərin buraya öz heyvanlarını otarmaq üçün gəlməsinə səbəb olur. Onlar burada avqustun sonuna qədər qalırlar. Dağ yaylalarından aşağıda, meşələrin yerləşdiyi zolaqda, iqlim hərçənd hələ sərt olmasına baxmayaraq, dənli bitkilərin (qarğıdalı və düyüdən başqa) becərilməsi ilə məşğul olmağa icazə verir; qışlar burada bol qarlı və kifayət qədər sərtdir, yay aylarında isə yağıntılı keçir, bəzən əkinlərə güclü ziyan vuran sıx dolu yağır. Dağ ətəklərində, Ardı »

Ümumi → When the Music Dies

When the Music Dies (azərb. Musiqi öləndə) — 2012 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün seçilən Səbinə Babayevanın müsabiqədə ifa edəcəyi mahnı.

Mahnı qabaqcıl Avropa musiqi istiqamətləri və Azərbaycan ənənəvi musiqisinin müstəsna qarışığından yaranmışdır. Mahnının yazılmasında milli musiqi alətləri olan kamança, balaban, qaval və davuldan istifadə edilmişdir. Mahnıda həmçinin muğam elementlərini də eşitmək olar.

Mahnı üzərində Oqtay Şərifov, Sərxan Vahabov, Şirzad Fətəliyev, Yaşar Baxış və muğam ustası Alim Qasımov birlikdə işləmişlər. Ardı »

Ümumi → Elxanlılar sülaləsi

Elxanlar[redaktə]
Hülaku xan (1256-1265)
Abaqa xan (1265-1282)
Əhməd Təkudar xan (1282-1284)
Arqun xan (1284-1291)
Keyxatu xan (1291-1295)
Baydu xan (1295)
Sultan Mahmud Qazan xan (1295-1304)
Sultan Məhəmməd Xudabəndə Olcaytu xan (1304-1318)
Sultan Əbu Səid Bahadur xan (1318-1335)
Sultan Arpa xan (1335-1336)
Sultan Musa xan (1336-1337)
Satıbəy xatun (1337-1338)
Sultan Süleyman xan (1339-1344)
Sultan Ənuşirəvan xan (1343-1356)
II Qazan xan (1356-1357)
Cahan Teymur xan (1339-1340)
Fars (Xorasan) hakimləri

Toğay Teymur xan (1338-1353)
Loğman xan (1353-1388) Ardı »

Ümumi → Gəncə üsyanı (1826)

Gəncə üsyanı - 27 iyul, 1826-cı ildə Gəncədə Rusiya müstəmləkəçiliyi əleyhinə güclü üsyan. 1826-cı il Gəncə üsyanı Gəncə xanlığının 1804-cü ildə Rusiya tərəfindən işğalından sonra çar üsul-idarəsinə qarşı ilk kütləvi çıxış idi.

Üsyan rus qoşunları tərəfindən amansızlıqla yatırılıb. Ardı »

Ümumi → Ullusununun hakimiyyəti

Azanın ölümündən sonra hakimiyyətə onun qardaşı Ullusunu keçirildi. Aşşurlular, əlbəttə müttəfiq dövlətni itirilməsi ilə razılaşa bilməzdilər və II Sarqon öz hakimiyyətinin VI, VII və VIII illərində Mannanın özünü və ondan ayrılmış əraziləri tabe etmək üçün yürüş edir. II Sarqon sonra Mannanın özünün paytaxtı İzirtunun üzərinə hucuma keçdi, mannalılarla qanlı döyüş təşkil etdi, İzirtu yaxınlığında yerləşən Zibia və Armait qalalarını ələ keçirdi. Görünür həmin qalalar İzirtuya girəcəyi qoruyurmuşlar. Bu haqqda II Sarqonun Dur – Şarukkin sarayındakı kitabəsində deyilir:

"[Mannalı Ullusunu....] ilahi Aşşurdan [....] ölkəsinin pərən-pərən olmasına [....] Urartulu Ursaya arxalandı və Karallalı Aşşurleni və Allabriyalı İttini mənim əleyhimə qaldırdı, Urartuya qulluq etməyə çağırdı. Ardı »