Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiPirallahı bürcləri

Qüllər vaxtilə Pirallahı adasının qarşısında yerləşirdi.Təəssüf ki,adanın ərazisində,həmçinin yarımada ilə üzbəüz ərazidəki abidələr qalmamışdır.Yerlərdə aparılan yoxlama bu abidələrin hətta nişanələrini belə aşkar etməyə imkan verməmişdir.Bu yox olmuş maraqlı abidələri xarakterizə etmək üçün əlimizdə yalnız iki sənəd var.Birincisi bu üç bürcdən birinin XIX əsrdə çəkilmiş fotoşəklidir.İkini sənəd bu abidələrin XVIII əsr səyyahı Lerxin "Onun həyatı və səyahətləri" əsərinə əlavə edilmiş qrafik təsviridir.

Lerx XVIII əsrin sonunda çap edilmiş səyahətin təsvirində "Pir" adasının və Abşeron yarımadasının üzbəüz sahilinin sxematik planını vermişdir.Lerxin təsviri ona görə qiymətlidir ki,o coğrafi şəraiti göstərməklə məhdudlaşmamış,onun bu yerlərə gəlişinə qədər qorunub saxlanmış abidələri sxematik olsa da,kifayət qədər dəqiq təsvir etmişdir.

Şəkildə Ardı »

ÜmumiThyolo (mahal)

Coğrafiya[redaktə]
Thyolo ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Thyolo şəhəridir. Mahal şərqdə Mulanje mahalı, cənubda Nsanje mahalı, şimalda Chiradzulu mahalı və Blantyre mahalı, cənub-şərqdə Mozambik, qərbdə Chikwawa mahalı ilə qonşudur.

Əhali[redaktə]
Thyolo mahalında 587,455 nəfər yaşayır.

Şəhərləri[redaktə]
Thyolo Ardı »

ÜmumiAvesta Öyrənilməsi tarixi

Sasanilər imperiyası ərəblər tərəfindən fəth edildikdən sonra onun mədəniyyəti tədricən aradan çıxmağa başladı. Ərəblər özləri ilə tabe etdikləri ölkələrə həmin xalqların dilinə, dininə və mədəniyyətinə zidd olan mədəniyyət də gətirmişdilər. Həmçinin ərəblər Sasanilər dövləti ərazisində Atəşpərəstlik dini ənənələrinə və ədəbiyyatına qarşı ciddi mübarizəyə başladılar. Onlar tarixi və dini kitabları yandırır, atəşpərəstlərə divan tuturdular. Lakin əhalinin bir qismi belə bir mürəkkəb şəraitdə də öz köhnə dini əqidələrini və mədəniyyətlərini qoruyub saxlayırdılar. Belə bir çətin dövrdə, yəni 760-cı ildə Ruzbeh Dadviyanın oğlu Abdulla ibn Mütəffə (o, zahirən müsəlman olsa da əslində atəşpərəst idi) Avestanı ərəb dilinə tərcümə edir.

Avesta ərəb dilinə tərcümə edildikdən sonra Ardı »

Ümumi1538-ci ildə Türkiyə - Preveze dəniz döyüşü

Preveze dəniz döyüşü — 28 sentyabr 1538-ci ildə Yunanıstanın şimal-qərbindəki Prevezedə Osmanlı donanması və Papa III Pavelin səyləri ilə toplanan səlib donanması arasında baş vermiş dəniz döyüşü. Döyüşdə Xeyrəddin Barbarossanın əmrindəki Osmanlı donanması, admiral Andrea Dorianın əmrindəki səlib donanmasını məhv etdi.

Bu dəniz müharibəsi nəticəsində Aralıq dənizində Osmanlı donanmasına müqavimət göstərə biləcək donanma qalmadı və Aralıq dənizində türk hakimiyyəti başlamış oldu.
Əvvəli[redaktə]
1537-ci ildə böyük bir Osmanlı donanmasına başçılıq edən Xeyrəddin Barbarossa Venesiyadan Egey və İon dənizlərində olan Siros, Egina, İos, Paros, Tinos, Kerpe, Kasos və Naksan adalarını alaraq Naksan çarlığını Osmanlı torpaqlarına qatdı. Daha sonra yenə venesiyalıların əlində olan Korfu adasını mühasirəyə aldı Ardı »

ÜmumiQozluçay döyüşü

Qozluçay döyüşü-Qarabağın Dizaq qəzasının Qozluçay vadisində osmanlılarla qızılbaşlar arasında baş vermişdir.

1604-cü ildə Gəncə bəylərbəyi Davud paşa yeddi min nəfərlik qоşunu ilə I Şah Abbas tərəfindən Qarabağa göndərilən Hüseyn xan Ziyadоğlu-Qacarı Qоzluçay ətrafında məğlub edərək оnu geri çəkilməyə məcbur etmişdir. Ardı »

ÜmumiZaqatala qalası

Ümumi məlumat[redaktə]
Zaqatala qalası — 1830-cu ildə Zaqatala şəhəri ərazisində tikilmişdir. Qalada toplarla təchiz edilmiş güclü qarnizon saxlanılırdı. Zaqatala qalası Çar hakimiyyətinə qarşı bir sıra kəndli çıxışlarının yatırılmasında əsas dayaq məntəqəsi olmuşdur. Çar hakimiyyəti Potyomkin zirehli gəmisinin inqılabçı matroslarını Zaqatalaya sürgün etmiş və onlar Zaqatala qalasında yerləşdirilmişdi.

Zaqatala qalası tarixi abidə kimi dövlət tərəfindən qorunur. Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə yazıçı Qılman İlkin "Qalada üsyan" romanını yazmış və həmin əsər əsasında "Yenilməz batalyon" bədii filmi çəkilmişdir. Ardı »

ÜmumiLənkəran qalası Tarixi

Lənkəran qalası 1726-cı ildə tikilməyə başlanmış, 1727-ci ilin payızında tikintisi tamamlanmışdır.

Lənkəranlıların "Qələ" adlandırdıqları məhəllə bu qalanını içərisində yerləşmişdir. Qala Birinci Rus-İran müharibəsində (1804-1813) İran ordusunun mühüm dayaq məntəqəsi olmuşdur. Qalada İran ordusunun 4 minlik qoşunu yerləşdirilmişdir. Rus qoşunlarının şərqə yürüşündə bu qala çox çətinliklər törədirdi. 1812-cü il dekabrın 31-də rus əsgərləri qala divarlarının yanında mövqe tutur və top atəşləri altında xəndəkləri keçib döyüşü qalanın içərisində aparmalı olurlar. 1813-cü ilin yanvarın 1-də Lənkəran qalası rus qoşunlarının əlinə keçir. İranlıların məğlubiyyətindən sonra sülh müqaviləsi bağlanır. Gülüstan sülh müqaviləsinə (1813) əsasən Lənkəran Rusiyaya birləşdirilir. Ardı »

ÜmumiBakı metrosunda terror (3 iyul, 1994)

Bakı metrosunda terror — 3 iyul 1994-cü ildə Bakı Metropolitenin "28 May" və "Gənclik" stansiyaları arasında elektrik qatarında Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış terror.

Terror nəticəsində 14 nəfər həlak oldu, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarəti aldı.

Terror aktını törətməktə şübhəli bilinən Azərbaycan respublikasının vətəndaşı, Azər Aslanov Moskva şəhərində həbs olunur, və Azərbaycana ekstradisiya edilir.

1998-ci ildə Aslanov öz ifadələrində bildirir ki o, Bakı metropolitenində teror aktı törədmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına layiq görülmüşdür.

İstintaq nəticəsində müəyyən edilmişdir ki, 13 yanvar 1994 cü ildə Qarabağda erməni əsirliyinə düşmüş Azər Aslanov, Ermənistanda Ardı »