Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiManna - Əhalisi

Yazılı mənbələrdə Urmiyayanı hövzə ərazisindən e. ə. III minilliyin ikinci yarısından bəhs olunur. Göstərilən əraziyə aid ən qədim etnik ad kuti adıdır. Mənbələrdə ilk dəfə yad edildikləri dövrdə əsas məşğuliyyətləri maldarlıq olan kutilərdə artıq tayfa ittifaqı təşəkkül tapmışdı. İ. H. Əliyev kuti dilini Qafqaz-hürri dil qrupuna, aid edir. İ. M. Dyakonov belə hesab edir ki, kuti dili, "hardasa müəyyən dərəcədə, bütün Zaqroş əyalətinə yayılmış elam dilləri qrupuna yaxın" ola bilərdi. Digər tərəfdən o, kuti dilinin mürəkkəb fonetik tərkibə malik olan hürri dili ilə yaxınlığı imkanını da güman edir. Sonrakı dövrün araşdırmaları onu Şərqi Qafqaz dilləri ailəsinə aid etmişdir. Q. A. Melikişvili Ardı »

ÜmumiAtropatena tarixinə dair düşüncələr

Məhəmmədhəsən xan Marağayi yazır: "Azərbaycan xüsusi müstəqil şahlığa malik idi. Belə ki, Böyük İskəndərin dövründən burda şahlar hökmdarlıq edib və müstəqil olmuşlar. Azərbaycan şahları eramızın otuzuncu ilinə qədər öz istiqlaliyyətlərini tam şəkildə saxlaya bilmişlər. Parfiya şahı Azərbaycan şahının Mark Antoniyə kömək göstərdiyini bəhanə edərək Azərbaycan ərazisinə hücum edib qələbə çalmışdır".

Məhəmmədhəsən xanın dediyindən belə bir nəticə çıxır ki, Atropatidlər sülaləsi təxminən 358 il (eramızdan əvvəl 328-ci ildən eramızın 30-cu ilinə kimi) hakimiyyətdə olmuşdur. Abdulla Fazili də bu fikrə tərəf çıxaraq qeyd edir ki, bu fikri təsdiqləyən başqa mənbələr də var. Belə ki, Strabon öz yaşadığı dövrdə bu sülalənin hakimiyyətdə olmasına işarə etmişdir. Ardı »

ÜmumiTəhmasibqulu xan Ağcaqoyunlu-Qacar

Həyatı[redaktə]
Təhmаsibqulu bəy İrəvan şəhərində аnаdаn оlmuşdu. Müкəmməl mədrəsə təhsili аlmışdı. Öncə sultаn, sоnrа хаn ünvаnlаrı ilə ödüllənmişdi. 1625-ci ildən 1634-cü ilədəк Çuхursəd əyаlətinin bəylərbəyisi vəzifəsində çаlışmışdı.

1630-cu ildə (hicri qəməri 1043-cü ildə) Səfəvi və Оsmаnlı dövlətlərinin sərhəddində, Həккаri vilаyətinin vаlisi Şаh Səfiyə ərizə yаzıb, Səfəvilər dövlətinin tərкibinə кеçməк istədi. Səfəvilər оrdusunun bаş коmаndаnı Rüstəm хаn Pörnəк-Türкmаn şаhdаn əmr аldı кi, Vаn qаlаsını ələ кеçirsin. Diyаbəкrin bəylərbəyi Mürtəzаqulu pаşа Vаn hакiminə yаrdım üçün tələsdi. Ərzrumun bəylərbəyi Хəlil pаşа dа 50 minliк qоşunlа Vаnın müdаfiəsinə yоllаndı. Şаh Səfi Səfəvi bunlаrı еşidib, Çuхursəd əyаlətinin bəylərbəyləri Təhmаsibqulu хаnı Кəlbəli хаnlа birliкdə qızılbаş оrdusunа yаrdım üçün göndərdi.

Bu Ardı »

ÜmumiAtropatena - Tarixi coğrafiyası

Atropatenanın ərazisi indiki Güney Azərbaycan vilayətlərini, Azərbaycan Respublikasının bəzi ərazilərini və İran Kürdüstanının bir hissəsini əhatə edirdi.

Pəhləvi dilində yazılmış "Şatristanhaye İran" əsərində deyilir ki, Aturpatakanın patkustına Gəncək (Qazaka), Frasyak (Fraaspa), Turkert (Tavreş) şatristanları daxildirlər. Həmin mənbədə qeyd edilir ki, Gəncək (Qazaka) şəhəri turanlı Frasiyak (sonrakı mənbələrdə Əfrasiyab, türkdilli mənbələrdə isə daha çox Alp Ər Tonqa adlandırılır) tərəfindən bina edilmişdir.

Midiyadan dağlar vasitəsiylə ayrılan bu ölkə, Fasiddən Hirkan dənizinə (Xəzər) kimi geniş bir ərazini əhatə edirdi[25]. Matiana ilə Midiya arasında olan bu ərazinin hüdudlarında Spavta gölü yerləşirdi. Yay iqamətgahı Qazaka, qış iqamətgahı isə Vera idi.

Strabon Atropatenanın sərhədləri haqqında yazır: "Bu ölkə Ermənistan və Ardı »

ÜmumiSavə vilayəti

Savə vilayəti—Səfəvilər dövlətinə bağlı bölgələrdən biri.

Tarixi[redaktə]
Azərbaycanın tarixi vilayətlərindən biri də Savədir.Savə vilayətinin tərкibində 5 bölgə və 729 кənd və qəsəbə qərar tutur.Savənin tabеçiliyində olan bölgələr Cəfərabad, Xarqan, Məzliqan, Zərənddən ibarətdir. Xarqan Savənin ən iri bölgəsi sayılır. Bu bölgənin ümumi sahəsi 2500 min кv-кm-dir. Təкcə Xarqan bölgəsi 200 кənd bağlıdır. Bu mahalın əhalisi 200 000 nəfərdir. Məşhur Azərbaycan yazıçısı, hüquqşünas Əli Кəmali də Savəlidir. O, Savənin Xarqan bölgəsində anadan olmuşdu. Savə ərazisinin böyüк bir hissəsi və Həmədan əyalətinin çölləri Кalaiz, Taкistan, Avşariyyə və Boyunzəhra düzənliкləri Xarqan dağlarından axan sularla suvarılır.

Günеy Azərbaycanın ayrılmaz hissəsi olan Savə, amma Iran dövlətinin ərazi islahatı nəticəsində inzibati Ardı »

ÜmumiAzərbaycan 2009 Avroviziya Mahnı Müsabiqəsində

Azərbaycanı 2009 Avroviziya Mahnı Müsabiqəsində Aysel Teymurzadə və Arəş birlikdə ifa etdikləri Always (Azərbaycanca:"Həmişə") mahnısı ilə təmsil etdilər.
Milli seçim[redaktə]
2009-cu ildə milli seçimdə Azəri Star, Yeni Ulduz və bir neçə başqa televiziya mahnı müsabiqələrinin iştirakçıları olmuş müğənnilər iştirak edirdi. İctimai Televiziya isə 2009-cu il yanvarın 15-i təmsilçini dəqiqləşdirdi. Yanvarın 15-i İctimai Televiziyanın binasnda Azərbaycanı təmsil edən Aysel Teymurzadənin mətbuata tanıtım mərasimi keçirildi. Lakin sonra Arəşin müəllifi olduğu mahnı ilə təmsil olunacağımız məlum olduqdan sonra həmin mahnını Arəşlə Ayselin birgə ifa edəcəkləri dəqiqləşdi.

Münsiflər heyətinin tərkibi[redaktə]
İsmayıl Ömərov – İTRYŞ-nin baş direktoru (sədr)
Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru, professor
İbrahim Quliyev – AMDF-nun icraçı direktoru
Lalə Ardı »

ÜmumiAzərbaycan Ermənistan Konfransı

Azərbaycan Ermənistan Konfransı — Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan Respublikası arasındakı mübahisəli məsələləri, o cümlədən sərhəd məsələlərini müzakirə etmək məqsədilə 1919-cu il dekabrın 14-21-də Bakıda keçirilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti konfransın keçirilməsi üçün bir sıra hazırlıq işləri görmüşdü. 1919 il oktyabrın 29-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi konfransın keçirilməsi ilə bağlı Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin 1919 il 7 oktyabr tarixli teleqramına cavab olaraq birdirmişdi ki, Cümhuriyyət Hökuməti öz qonşuları ilə mehriban münasibətlər qurmağa, bütün mübahisələri razılıq əsasında həll etməyə səy göstərir. Azərbaycan Hökuməti hələ 1919 ilin aprelində Ümumqafqaz konfransının çağırılmasına dair Gürcüstan hökumətinin təklifinə də razılıq vermiş və öz nümayəndələrini Ardı »

ÜmumiNamərdqala

Azərbaycanın dağ qalaları içərisində Gədəbəydəki Namərd qala yaxşı durumda olması, tikinti materialı, ən başlıcası isə memarlıq biçimlərinin son dərəcə monumentallığı ilə seçilir. Bu qala elmi ədəbiyyata Namərd qala adı ilə daxil olsa da yerli əhali qalanı daha çox Qız qalası adlandırır.

İndiki halda Namərdqalanın nə vaxt və hansı tarixi zərurət üzündən tikilməs məlum deyil. Əsas inşaat materialı və tikinti-memarlıq xüsusiyyətlərinə görə araşdırmaçılar onu XII yüzil – Eldənizlər dövrünün əsəri sayırlar Ardı »