Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi → Gavurarx

Gavurarx — Güney Azərbaycan ərazisindən Quzey Azərbaycan ərazisinə qədər uzanan və Atropatena dövrünün yadigarı olan qədim arx.

Arxın adı bir çox tarixi mənbələrdə xatırlanır. T.Bəhrami "Əkinçilik mədəniyyəti" adlı əsərində yazır: ”Muğanda görünməkdə olan bir arx Gavurarx adı ilə məşhurdur. Daha doğrusu Gavurların arxı. Bu arx qədimdə Muğan atəşpərəstləri tərəfindən çəkilmişdir. Muğanı Arazın suyu ilə bu arx vasitəsi ilə suvarırmışlar. Gavurarxın hal hazırda dolmasına baxmayaraq onun nişanələri hələ də qalmaqdadır.”

Güney Azərbaycanda arxın uzunluğu 100 kilometrdən artıqdır. Teymur Bünyadov yazır ki, Gavurarx adı yəqin ki, ona İslamın qəbulundan sonra verilmişdir. Şəmsəddin Saminin fikrincə Gavurarxın adındakı gavur sözü “gəbr” sözündən törəmədir və gavur atəşpərəst deməkdir.

T.Bünyadov Ardı »

Ümumi → Saak Süni

Saak Süni — 821 - 831/832 - ci illərdə Qeqarqunik hakimi. Sünik knyazı Vasak Süninin kiçik oğlu olan Saak atası Vasakın ölümündən sonra Sünikin şimal-qərb ərazisində yerləşən Qeqarqunik ərazisində və Göyçə gölünün ətrafında hakimiyyətə gəlmiş və Sünik sülaləsinin bir qolu olan Qeqarqunik Haykazunları nəslinin əsasını qoymuşdur. 831—832-ci illərdə ərəblərə qarşı Zəngi çayı sahilində Kavakert döyüşündə öldürülmüş və nəşi katolikos II David Kakagetsi tərəfindən dəfn edilmişdir. Ölümündən sonra taxta oğlu I Qriqor Supan keçmişdir.

“Kavakert dastakerti qarşısında Xurastan çayı sahilində böyük ərlər onları qarşıladılar. Hulun onların üzərinə hücum əmri verməsindən sonra tərəflər arasında vuruşma başlandı və bir çoxlarının qanı töküldü. Öldürülənlər arasında Sünik Ardı »

Ümumi → Naxçıvan şəhəri - Xürrəmilər hərəkatı

IX əsrdə Azərbaycanda Ərəb Xilafəti əlehinə qalxmış Xürrəmilər hərəkatının ən geniş yayıldığı və dəstəkləndiyi bölgələrdən biri də Naxçıvan idi. Naxçıvan inzibati baxımdan Ərəb Xilafətinin III əmirliyinin tərkibinə daxil idi. IX əsrdə Naxçıvan Basfurracan (Vaspurakan) vilayəti ilə birlikdə Ərəb Xilafətinin xəzinəsinə 100 min dirhəm xərac verirdi. Ardı »

Ümumi → Likoma (mahal)

Coğrafiya[redaktə]
Likoma ölkənin üç bölgəsindən biri olsan Şimal bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Likoma şəhəridir. Mahal Malavi gölündə bir-birilərindən 10 km aralıqda yerləşən Likoma və Chizumulu adalarından ibarətdir. Sahəsinə görə ölkənin ən kiçik mahalıdır. Malavi gölünün Mozambik hakimiyyəti altında olan hissəsində yerləşən bu adalar Malavinin başqa ölkə sərhədlərində yerləşən ərazisi sayılır.



Əhali[redaktə]
Rumphi mahalında 10,445 nəfər yaşayır.

Şəhərləri[redaktə]
Likoma Ardı »

Ümumi → Urartu

Urartu dövləti — Cənubi Qafqazda Göyçə gölündən Van gölünə qədər olan ərazilərdə yaranmışdır.

Dünyanın ən ciddi elmi dairələrində ən güclü urartoloq kimi qəbul edilən, amma məhz erməni "elmi dairələri" tərəfindən bir çox hallarda aldadılmış və bu səbəbdən də ciddi yanlışlıqlara yol vermiş akademik B.Piotrovskinin qənaətlərinə görə,

"...Uruatri adına ilk dəfə eramızdan əvvəlki XIII əsrin əvvəllərində, Assuriya çarı I Salmanasarın yürüşlərinə dair salnamələrdə rast gəlinir. Eramızdan əvvəlki XIII-XII əsrlərə dair kitabələrdə Uruatri kəlməsinə nadir hallarda təsadüf olunsa da, hər halda əldə olunan məlumatlara əsasən bu dövlətin Assuriya çarlığının şimalında, Van gölü hövzəsində olduğunu söyləmək mümkündür. Assuriya ilə Urartunu bir-birindən assuriyalıların Nairi dənizi adlandırdığı Van Ardı »

Ümumi → Teofor ad

Ön Asiyada bir çox tayfaların, Azərbaycanda isə arattaların, kutilərin, lulubilərin, kasların, daha sonra mannalar və madayların şəxs adlarının mənalarını və kökənlərini üzə çıxarmaq olduqca çətindir. Bunun bir neçə səbəbi var. Əvvəla bu etnoslarda şəxs adlarının bir çoxu kökən etibarilə qədim şumerlərlə bağlıdır. Şumerlərin adları isə semit mənşəli akkad adları ilə qarışmışdı.İkincisi şumer və akkad adları əksər hallarda teofor adlar idi. Yəni qəbilə tanrılarınn adları şəxs adlarının bir hissəsini təşkil edirdi. Ümumiyyətlə, qədim qəbilələrdə dini görüşlərdə, fərdlərlə qəbilə tanrısı arasındakı münasibətin aspekti, bu əlaqənin əqidələrdə və ianamlarda əksinitapmanın mahiyyəti etnoqrafiya elmində mübahisəli məsələlərdəndir.

Qəbilə tanrıları qəbilənin və ailənin himayəçiləri ilə sayıldığına görə uşaqlara Ardı »

Ümumi → Rəvvadilər sülaləsi

Rəvvadilər sülaləsi - 981-1054-ci illərdə Cənubi Azərbaycan ərazisində əsası Əbülhica tərəfindən qoyulmuş xanədan.
Tarixi[redaktə]
Bu sülalənin soykökü qədim ərəb nəsillərindən birinə bağlanırdı. Xilafət işğalları zamanı Azərbaycanın Güney bölgələrinə də çoxlu ərəb köçürülmüşdü. Ərdəbil, Təbriz, Marağa, Qaradağ və Əhər bölgələrində müxtəlif ərəb nəsilləri yurd salmışdılar. Onlardan biri də əzdilər nəsli idi. Bu nəslin banisi əslən Yəmənli olan ər-Rəvvad əl-Əzdi idi. Azərbaycanda məskən salmış başqa ərəb nəsilləri kimi rəvvadilər də yerli əhali ilə qaynayıb-qarışmışdılar. Hələ VIII yüzilin sonlarında yarımmüstəqil dövlətə çevrilmiş Rəvvadi əmirliyi zaman-zaman tamamilə müstəqilləşir, az qala Azərbaycanın bütün Güney torpaqlarını öz nəzarəti altında saxlayırdı.

Salariləri məğlubiyyətə uğratdıqdan sonra Rəvvadilər Azərbaycanın Güney torqaqlarını qəti olaraq Ardı »

Ümumi → Matəm (film, 1990)

Məzmun[redaktə]
Film 20 yanvar, 1990-cı il şəhidlərinin xatirəsinə həsr olunmuşdur.
Burada şəhidlərimizin qırxı ilə əlaqədar "Şəhidlər Xiyabanı"nda keçirilən ümumxalq matəmindən söhbət açılır.
Filmin heyəti[redaktə]
Film üzərində işləyənlər[redaktə]
Rejissor : Teymur Bəkirzadə
Ssenari müəllifi : Teymur Bəkirzadə
Operator : Elxan Əliyev, Azər Salayev, Şərif Şərifov, Nemət Rzayev, Yuri Varnovski
Bəstəkar : Aqşin Əlizadə
Səs operatoru : Şamil Kərimov Ardı »