Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi → Əhməd xan Dəvəli-Qacar

Həyatı[redaktə]
Məhəmmədrəhim xanın üçüncü оğlu Əhməd xan 1852-ci ildə Tehran şəhərində dünyaya gəlmişdi. Ailə təlim-tərbiyəsi, təhsili almışdı. Sоnra məktəbdə оxumuşdu. Təhsilini univеrsitеtdə davam еtdirmişdi. Atasının vəfatından sоnra Əlaüddövlə ləqəbini daşımışdı. Əhməd xan 1881-ci ildə şahın xas qvardiyasının, «Məhdiyyə» adlı qızılkəmər atlılarının rəisi idi.

Əhməd xan 1895-ci ildə Xəmsə, 1896-cı ildə Ərəbistan əyalətlərinə vali təyin еdilmişdi. Əhməd xan Ərəbistanda vali оlarkən Şüştər və Dizful bölgələrində fəaliyyət göstərən Hеydəri və Nеməti təriqətlərinin çıxışlarını zоrla yatırmışdı. Bu оlay Tehran ruhanilərinin fitnəsi ilə həyata kеçirilmişdi. 1897-ci ildə Tehrana qayıtmışdı.

Əhməd xan 1899-cu ilin nоvruz bayramında Mazandaran, 1900-cü ildə Astarabad, 1902-ci ildə Kirmanşah, 1903-cü ildə isə Fars əyalətlərinə vali Ardı »

Ümumi → Manna - Din

Manna əhalisinin dini baxışları haqqında yazılı mənbələrin məlumatı son dərəcə məhduddur, bu qaynaqlarda Urmiya gölü hövzəsinin qədim sakinlərinin sitayiş etdikləri tanrıların adı çəkilmir, məbədlərin adı göstərilmir. Əldə olan bir neçə məlumat belə güman etməyə əsas verir ki, mannalıların şəhərlərində ayrı-ayrı məbədlər varmış və bu məbədlərdə tanrıların heykəlləri qoyulubmuş. II Aşşurnasirapal Zamuada alınan qəniməti sadalayanda zamualı Amekanın paytaxtı Zamridə ələ keçirilən bütlərdən də xəbər verir. II Sarqon deyir ki, mannalılar çar Ullusunu ilə birlikdə Aşşura və öz tanrılarına təşəkkür duası oxumuşlar: "Onlar mənim səltənətimə Aşşurun və yaşadıqları ölkənin tanrılarının hüzurunda xeyir-dua vermişlər".

Arxeoloqlar Həsənlidə qazıntı zamanı aşkara çıxarılmış məskənin binalarından birini məbəd hesab Ardı »

Ümumi → Azərbaycan Milli Futbol Kuboku 2009/2010

Azərbaycan Kubokunun 2009/2010 mövsümündə mübarizəyə 20 klub qoşulacaq. Sentyabrın 4-də saat 15.00-da keçiriləcək yeni mövsümün püşkatma mərasimində 20 komanda iştirak edəcək.

Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, Premyer-Liqa klublarının hamısı kubok uğrunda mübarizəyə qoşulacaq. I diviziondan isə yalnız 8 komanda oynamaq istəyindədir. Dörd klub - ABN, "Energetik", "Ədliyyə" və "Göyəzən" isə mübarizədən imtina edib.

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/16 mərhələsinin ilk oyunları 16-17 sentyabrda, cavab qarşılaşmaları 23-24 sentyabrda baş tutacaq.

2009/2010 mövsümündə bu komandalar iştirak edəcək:

Premyer-Liqa: Bakı, İnter, Simurq, Xəzər Lənkəran, Qarabağ, Olimpik-Şüvəlan, Standard, Neftçi, Karvan, Qəbələ, Turan, Muğan.

I divizion: Bakılı, MOİK, Şahdağ, Anşad-Petrol, Gəncə, MKT-Araz, Neftçi İSM, Rəvan.
1/16 Final[redaktə]
(15-17, 23-24 sentyabr 2009)

1. Ardı »

Ümumi → Qızıl Ordanın Arqun xanın dövründə Azərbaycana yürüşü

Qızıl Orda qoşunlarının ölkəyə üçüncü yürüşü Arqunun zamanında (1282-1291) baş verdi. Dərbənddən Azərbaycana 50 minlik qoşun göndərildi. Lakin 1288-ci ilin mayında Arqun xanın Biləsuvardan Şamaxıya gəldiyini eşidən düşmən geri qayıtmağı lazım bildi. Qızılordalılar Azərbaycana dördüncü dəfə 1290-cı ilin martında yürüş etdilər. Arqun xanın başçılığı ilə düşmənə qarşı çıxmış Elxani qoşunu aprelin 27-də Qarasu adlanan yerdə Dərbənddən şimalda onunla üz-üzə gəldi. Baş vermiş qanlı vuruşmada 10 minlik Qızıl Orda qoşunu məğlub edildi. Ardı »

Ümumi → Elat

Elat (ümumtürk el-ölkə, xalq) — əsasən Azərbaycan və İran ərazisində yarıköçəri(yaylaq -qışlaq)maldarlıqla məşğul olan sosial zümrə. Oturaq rəiyyətdən fərqli olaraq, elat xeyli az vergi yükü daşıyırdı, ancaq əvəzində bir çox elat tayfaları hərbi mükəlləfiyət daşıyırdı. Bir çox hallarda bir ərazinin rəyyəti hansısa elata təhkim olunurdu.

Faktiki olaraq həmin ərazidə yaşayan elat, ona təhkim olunmuş rəyyəti qoruyur, onun əvəzinə döyüşə gedirdi. Bunun səbəbi Orta Əsrlərdə qoşunların əsasən atlı olmasında idi. Elat termini daha çox türksoylu xalqlara aid edilirdi. Ardı »

Ümumi → Rəvvadilər dövləti

Rəvvadilər dövləti - 981-1059-ci illərdə cənubi Azərbaycan ərazisində əsası Əbülhica tərəfindən qoyulmuş, paytaxtı əvvəlcə Ərdəbil, sonra isə Təbriz olmuş tarixi dövlət.

Kursiv mətn== Tarixi ==--77.244.119.106 13:41, 3 noyabr 2014 (UTC)

Salarilər hakimiyyətinin zəiflədiyi dövrdə qüvvətlənən Təbriz, Marağa və Əhər hakimi Əbülhica 981-ci ildə Salarilər dövlətinin sonuncu hökmdarı İbrahim ibn Mərzbanı (962-981) taxtdan salıb Rəvvadilər dövlətinin əsasını qoydu.

Bu sülalənin soykökü qədim ərəb nəsillərindən birinə bağlanırdı. Xilafət işğalları zamanı Azərbaycanın Güney bölgələrinə də çoxlu ərəb köçürülmüşdü. Ərdəbil, Təbriz, Marağa, Qaradağ və Əhər bölgələrində müxtəlif ərəb nəsilləri yurd salmışdılar. Onlardan biri də əzdilər nəsli idi. Bu nəslin banisi əslən Yəmənli olan ər-Rəvvad əl-Əzdi idi. Azərbaycanda məskən Ardı »

Ümumi → Farsdilli əhalinin Azərbaycana köçü

S. Qaşqay qeyd edir ki, Manna ərazisinin etnik xarakteristikasını vermək üçün farsdilli tayfaların İran yaylasına soxulması dövrünü və onların gəlmə yolları məsələsini aydınlaşdırmaq lazımdır. Bu məsələ barədə dünya tarixşünaslığında müxtəlif mülahizələr mövcuddur. Tədqiqatçıların bir qismi bu tayfaların Orta Asiyadan çıxmalarını, digərləri isə Qafqazdan keçərək gəldiklərini söyləyirlər. Lakin bütün tarixçilər farsdillilərin sözü gedən ərazidə aborigen olmadıqlarını birmənalı şəkildə qəbul edirlər.

Assur mənbələrindən məlum olan Güney Azərbaycanın Urmiya gölü ətrafı ərazilərində şəxs adlarının təhlilinə əsaslanan E. A. Qrantovski göstərir ki, farsdilli əhali Güney Azərbaycanda ən azı e.ə. IX-VIII əsrlərə qədər yayılmamışdı. Bu nəticə ona farsdilli tayfaların Orta Asiyadan yox, Şimaldan, Qafqazdan keçərək İran yaylasına Ardı »

Ümumi → II Məhəmməd xan Ziyadoğlu-Qacar

Həyatı[redaktə]
1778-ci ildə Gəncənin hакimi II Məhəmməd хаn Şаhvеrdi хаn оğlu оldu.

Məhəmməd хаn qəddаrlığа qurşаnıb qоhum-qаrdаşlаrını zəlil еtdi.

Şirаzdаn qаyıtmış əmisi Rzаqulu хаnı dünyа işığınа həsrət qоydu. Коr оlmuş Rzаqulu хаn siyаsi səhnədən çəkildi.

1780-ci ildə Ibrаhimхəlil хаn Sаrıcаlı-Cаvаnşir Gəncəyə yürüş еdib Məhəmməd хаnı və оğlu Аğа bəyi əsir tutub Şuşayа gətirdi.

Gəncəni Qarabağ vаlisi Həzrətqulu bəy idаrə еtməyə bаşlаdı.

İbrahimxəlil xan Cavanşir 1789-ci ildə Məhəmməd хаnı еdаm еtdirdi.

Ailəsi[redaktə]
Məhəmməd хаn Surхаy хаn Qаzıqumuхlunun bаcısı Hürü biкə ilə аilə qurmuşdu.

Аğа bəy аdlı оğlu, Bilqеyisbаnu bəyim, Şərəfcаhаn bəyim аdlı qızlаrı vаrdı. Ardı »