Ümumi → Salarilər dövləti
Salarilər dövləti — 941-981-ci illərdə indiki Azərbaycan ərazisində Gilan hakimi Mərzban ibn Məhəmməd tərəfindən yaradılmış, paytaxtı Ərdəbil şəhəri olan tarixi dövlət.
Tarixi[redaktə]
X əsr Azərbaycanın siyasi tarixində mövcud dövlətlərin möhkəmlənməsi və yenilərinin yaranması dövrü olumuşdur. Burada hakimlik edən sülalələr müsəlmanların mənəvi-siyasi rəhbəri xəlifəyə zahiri itaətlərini saxlayır, lakin bir sıra hallarda siyasi hakimiyyəti ələ keçirirdilər. Azərbaycanda çəkişmələrdən istifadə edən Deyləm (Gilan) hakimi Mərzban ibn Məhəmməd axırıncı Saci hökmdarı Deysəmə (Sacilər dövlətində hakimiyyəti ələ keçirən qulam) 941-ci ildə qalib gəlib ölkənin paytaxtı Ərdəbili ələ keçirdi. Mərzban ibn Məhəmməd Salarilər (941-981) sülaləsindən olduğu üçün bu dövlət Azərbaycan tarixində Salarilər dövləti kimi tanınır. Mərzban ibn Məhəmməd çətin Ardı »