Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəl, tanış olaqHansı qadınlar passiv intim həyat yaşayır?

Bu yaxınlarda İngiltərədə aparılan bir sorğu nəticəsində maraqlı faktlar ortaya çıxıb. Sorğunun əsas məqsədi qadınların kişiləri necə, nəyə əsasən tanıdıqlarını üzə çıxarmaq olub.
Sorğuda iştirak edən qadınların sözlərindən belə məlum olub ki, qarşı tərəfin hansı xarakterə sahib olduğunu bilmək üçün onunla sadəcə üç dəqiqə söhbət etmək kifayətdir. Bu üç dəqiqə ərzində isə qadınlar kişinin yalnız danışığına deyil, onun saç formasından tutmuş geyim tərzinə qədər hər incə detala diqqətlə fikir verirlər. Bu qısa söhbətin sonunda isə həmin kişinin onlar üçün nə dərəcədə uyğun olduğuna, münasibət qurduqları halda gələcəkdə hansı problemlərlə qarşılaşacaqlarına dair yekun qərara gəlirlər. Ən maraqlı tərəf isə ondan ibarətdir ki, sorğuya Ardı »

Gəl, tanış olaqKişilərin ilk görüşdə etdiyi səhvlər

Tərəflərin hər ikisi üçün ilk görüşün maraqlı keçməsi münasibətin gələcəyi baxımından çox əhəmiyyətlidir. Buna görə də deyə bilərik ki, möhkəm münasibət qurmağın yolu elə ilk görüşdən başlayır. Bu zaman edəcəyiniz ən kiçik səhv belə gələcək münasibətinizi zədələyə bilər. Ancaq təssüflər olsun ki, bir çox kişilər ilk görüşdə bunun qadın tərəfindən necə qəbul ediləcəyini bilmədən bəzi səhvlərə yol veririlər. İndi həmin səhvləri sizinlə bölüşmək istəyirik. Əziz kişilər, oxuyun və digər həmcinslərinizin etdiyi bu səhvləri təkrarlamaqdan çəkinin.

1. Köhnə sevgililərdən danışmaq
Qadınlar cəsur, heç nədən çəkinmədən duyğularını onlarla bölüşən kişiləri sevirlər. Amma bu heç də o demək deyil ki, siz onunla ilk görüşdə keçmiş sevgililəriniz, Ardı »

Gəl, tanış olaqQadınların ən çox söylədiyi 20 yalan

Əziz kişilər, əgər siz hələ də münasibətdə ağ, təhlükəsiz yalanlardan yalnız sizin istifadə etdiyinizi düşünürsünüzsə, təəssüflə bildirməliyik ki, yanılırsınız. Əslində o mələk hesab etdiyiniz qadın sizə qarşı elə incə planlardan istifadə edir ki, bunu heç ruhunuz da duymur. Amma həmcinsiniz kimi bu məsələdə onları deşifrə etməkdə sizə yardımçı olmağı özümüzə borc bilirik.
Buyurun, qadınların bizə qarşı ən çox istifadə etdiyi yalanlarla tanış olun. Əminik ki, münasibətiniz boyu bunlardan heç olmasa 10-unu siz də eşitmisiniz. Əgər digərlərini eşitməmisinizsə, narahat olmayın bu onları heç vaxt eşitməyəcəyiniz anlamına gəlmir.

1. Sən digərlərindən fərqlisən. Çox güman ki, bunu gözlərinizin içinə baxaraq söyləyəcək və ya söyləyir. Çox güman Ardı »

Gəl, tanış olaqQadının “hüququ” artsa, boşanar

Bir çox mütəxəssislər ailədə qadın və kişinin bərabər hüquqa sahib olmasını xoşbəxtliyin əsas prinsiplərindən hesab edirdilər. Norveçin sosial araşdırmalar qurumu olan Novanın apardığı bir araşdırma isə bu yöndə olan bütün düşüncələri alt-üst edib. Adı çəkilən araşdırma nəticəsində məlum olub ki, ailədə qadın və kişi arasında olan bərabərlik əslində o ailənin tez dağılmasına səbəb olur.
Bu nəticəyə gəlmək üçün 5000 cütlük arasında sorğu keçirilib. Sorğu nəticəsində məlum olub ki, kişi və qadının bərabər hüquqlu olduğu ailələrdənsə, kişinin daha çox hüquqa malik olduğu ailələr daha uzunömrlü olur.
Bundan əlavə “Bərabərhüquqluluq” adlı məqalənin müəllifi olan psixoloq Tomas Hansen öz məqaləsində qeyd edib “Kişinin də qadınla eyni Ardı »

Gəl, tanış olaqKişilər üçün ideal qadın obrazı

Bəlkə hələ də aramızda “Xarici gözəllik önəmli deyil, əsas insanın daxili gözəlliyidir” deyə düşünənlər var. Amma yəqin başqalarının yanında bu fikri söyləyənlər ən azından özlərinə etiraf edirlər ki, fikirlərində səmimi deyillər. Çünki bir insanın daxilini tanımaq üçün əvvəlcə onun xarici görünüşünü sevmək lazımdır. Çoxlarımız xarici görünüş baxımından ürəyimizə yatmayan insanların daxili dünyasını tanımaqda maraqlı olmuruq. Əziz qadınlar, əmin ola bilərsiniz ki, kişilər üçün də sizin xarici gözəlliyiniz çox böyük əhəmiyyətə malikdir. Elə biz də bu dəfəki məqaləmizdə sizə kişilərin qadınların xarici görünüşündə diqqət etdiyi əsas özəlliklər barəsində məlumat vermək istəyirik.

Dodaqlar çox önəmlidir
Qadınların dodaq quruluşu və istifadə etdikləri pomada kişilərə təsir etməkdə Ardı »

Gəl, tanış olaq30 yaşdan sonra qadınların kişilərə qarşı marağı ölür

Qadın və kişinin bir-birinə qarşı olan münasibəti, bu münasibətdəki sərhədlər uzun illər müzakirələrə səbəb olub və bu yöndə müzakirələrin hələ də tam sona çatdığnı deyə bilmərik. Bütün bunlarla yanaşı son illərdə aparılan təcrübələr isə tamam başqa yöndə maraqlı nəticələr ortaya çıxarıb.
Adı çəkilən araşdırmalardan biri Amerika Southern Connecticut Universitetində reallaşdırılıb. 1734 qadın arasında aparılan bu təcrübə əsasında belə məlum olub ki, müəyyən yaşdan sonra qadınların cinsi istəyi dəyişir. Əvvəlki münasibətlərindən kişilər haqqında müəyyən təcrübəyə yiyələnən, onları tanımağa çalışan qadınlar 30 yaşdan sonra öz həmcinslərini maraq dairələrinə daha uyğun hesab edirlər. Mütəxəssislərin sözlərinə görə çox vaxt buna səbəb ya kişinin qadını bir neçə Ardı »

Gəl, tanış olaqYanınızdakı insan sizə nə dərəcədə uyğundur?

Həyatda hər zaman qarşımıza doğru insanlar çıxmır. Bəzən heç düşünmədiyimiz zaman elə insanlardan elə hərəkətlər görürük ki, harada səhv etdiyimizi özümüz də anlaya bilmirik. Sonradan bu cür peşmanlıqla rastlaşmamağınız üçün indi sizə bəzi məsləhətlər vermək istəyirik. Oxuyun və qarşınızdakı insanın sizə nə dərəcədə uyğun olduğunu özünüz üçün aydınlaşdırın. Ətrafınızda aşağıda göstərilən xüsusiyyətlərə sahib insanlar varsa, onlardan maksimum dərəcədə uzaq durmağa çalışın. Bu insan sevdiyiniz şəxsdirsə, ümumiyyətlə, münasibətiniz haqqında ciddi-ciddi fikirləşin.

Yanında təbii ola bilmədiyiniz insanlar

Əgər tərəf müqabilinizin yanında həmişə özünüzü fərqli biri kimi göstərməyə çalışır, heç vaxt olmadığınız kimi davranırsınızsa, deməli yanlış insanla birlikdəsiniz. Əslində sizin özünüzü fərqli aparmağınıza səbəb olan Ardı »

Gəl, tanış olaqSevginin ürəklə əlaqəsi yoxdur

“Mən onu bütün qəlbimlə sevirəm”, “Filankəs filankəsə bir könüldən, min könülə vurulub” dilimizdəki bütün bu ifadələr insanın ürəyi ilə sevdiyi təsəvvürünü formalaşdırıb. Amma bu mövzuda aparılan araşdırmalar göstərir ki, əslində sevginin ürəklə heç bir əlaqəsi yoxdur. O, bilavasitə beyində yaranan və inkişaf edən hissdir. Bu fikir ilə çıxış edən mütəxəssislər məsələyə belə münasibət bildiriblər: “Beynimizdəki eşq funksiyasına genlərimiz nəzarət edir. Bu səbəbə görə deyə bilərik ki, sevginin təməlində əslində genlərimizin nəzarət etdiyi sinir hüceyrələri dayanır”.
Bəzilərimiz üçün anlaşılmaz olan bu fikirə aydınlıq gətirmək üçün alimlər bir təcrübə keçiriblər. Təcrübə zamanı bir-birini heç tanımayan cütlüklərə qarşı tərəfin fotoşəkilləri təqdim olunub və onlardan özlərinə Ardı »