Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəl, tanış olaqQadınlar kişilərdən nə istəyir?

Əslində qadınlar münasibətləri boyunca qarşı tətəfdən çox sadə şeylər gözləyirlər: əsas olaraq, hörmət, əyləncə, sevgi. Amma bunlar da qədərində olmalıdır.Bu dəfəki məqalədə sizə qadınların kişilərdə görmək istədikləri əsas cəhətlər haqqında məlumat verəcəyik.

Hörmət
Bir qadının kişidən gözlədiyi ən əsas davranış forması qarşı tərəfin ona olan hörmətidir. Qarşınızdakı qadına onun sizin üçün nə qədər dəyərli olduğunu hiss etdirmək istəyirsinizsə, ən xırda nüanslarda onun fikrinə əhəmiyyət verdiyinizi hiss etdirin. Ən əsası isə heç bir zaman dostlarınızın və qohumlarınızın yanında onun qüruruna toxunacaq hərəkətlər etməyin, ifadələr işlətməyin.

Sürprizlər
Qadının kişidə görmək istədiyi digər bir xüsusiyyət də onun sürprizsevər olmasıdır. Qadınlar onları heç düşünmədikləri vaxtda sevindirməyi bacaran kişiləri sevir, Ardı »

Gəl, tanış olaqUzun müddətli münasibətin sirrləri

Münasibətə başlamaq hələ işin asan hissəsidir, ancaq onu qoruyub saxlamaq… Bax bu mürəkkəb məsələdir. O qədər mürəkkəbdir ki, bir çox insan münasibətini 5-6 aydan çox davam etdirə bilmir. Bu cür bədbin sonluq yaşamamağınız üçün dünyanın ən məhşur və nüfuzlu sevgi ekspertlərinin məsləhətlərini sizinlə bölüşmək istəyirik. Buyurun faydalanın və öz həyatınızda istifadə edin:

Xarakterinizin sizi saldığı çərçivədən qurtulun.
Adətlərinizə görə hərəkət etməyin. Məsələn, hansısa bir məişət probleminə görə onunla dava etməyi adət etmisinizsə, bir dəfə onun üstünə qışqırmaq əvəzinə mülayim şəkildə danışmağa çalışın. Beləliklə, onun da sizə qarşı münasibətinin müsbət istiqamətdə dəyişdiyini görəcəksiniz. Bu metod həmişə işə yarayır.-Psixoterapeft və münasibət instruktoru Toni Kolmen

Toxunuşlara və Ardı »

Gəl, tanış olaqKişilər bu yaşda daha romantik olur

Demək olar ki, əksər gənc qızların xəyalındakı ağ atlı şahzadə obrazı eyni olur: ucaboylu, enlikürəkli, bir o qədər də yaraşıqlı olsun. Bu yaxınlarda ingiltərəli mütəxəssislərin apardığı bir araşdırma isə demək olar ki, bütün gənc qızların xəyallarını puç edib. Bu araşdırmaya görə, romantik sevgili axtaran qadınlar hələ uzun müddət gözləməli olacaqlar, çünki kişilərin ən romantik olduğu yaş dövrü 53 yaşdır.
Bu nəticəyə gəlmək üçün mütəxəssislər 18 və 65 yaş arası iki min kişi üzərində araşdırma aparıblar. Araşdırmalar zamanı məlum olub ki, 51 ilə 55 yaş arası hər dörd kişidən üçü mütləq hər gün həyat yoldaşına onu nə qədər çox sevdiyini bildirir. Bununla yanaşı Ardı »

Gəl, tanış olaqOnu saç rənginə görə tanı

Psixoloqların fikrincə, insanın saç rəngi, forması onun xasiyyətindən xəbər verir. Əgər sevdiyiniz insanı daha yaxşı tanımaq istəyirsinizsə, onun saç rəngini yadınıza salın və aşağıdakı uyğunluqları oxuyun.

* Tünd qara rəngli saç sahibləri – qənaətcil və sərt insandırlar. Saturunun təsiri altında olan bu insanlar iradəli və güclü xarakterlərinin sayəsində əksər istədiklərinə nail olmağı bacarırlar. Dostlarına və sevgililərinə qarşı xüsusi həssaslıqla yanaşan bu insanlar eyni zamanda çox qısqancdırlar.

* Açıq qara saçlılar – yaradıcı, cəzbedici və qorxmaz insanlardır. Plutonun enerjisi qara saçlılara güc, qüdrət verir. Nə qədər güclüdürlərsə, bir o qədər də təvazökardırlar. Daim yeniliklərə can atan bu saç sahibləri tez-tez sevgili dəyişirlər.

* Xurmayı saçlılar Ardı »

Gəl, tanış olaqQırmızısifət kişilər daha cazibədardır

İngiltərə universitetləri tərəfindən aparılan tədqiqata görə qadınlar qırmızıyanaq və utancaq kişiləri daha cazibədar hesab edirlər.
“Evolutionary Psychology” jurnalında yayımlanan tədqiqata görə 45 qadına müxtəlif görünüşlü kişi şəkilləri paylanılıb və onlardan bu şəkillərə dəyişiklik edib cazibədar hesab etdikləri formaya salmaları xahiş olunub. Müşahidələrə görə, bu zaman qadınlar ilk olaraq həmin kişinin dəri rəngini dəyişdirməyə başlayıblar və əsas rəng kimi qırmızı rəng üzərində qərarlaşıblar. Bunun səbəbini St. Andrews Universitetinin mütəxəssisi prof. David Perett belə izah edib: “Qırmızıyanaq kişilər qadınlar üçün cazibədarlığın və aqressivliyin simvoludur. Elə buna görə də qadınlar əksər hallarda bədən quruluşu ideala yaxın olmasına baxmayaraq, üzündə heç bir ifadə olmayan, donuq sifət Ardı »

Gəl, tanış olaqXoşbəxt evlilik yaşamaq istəyirsənsə, bunları mütləq bilməlisən

Yaş və ictimai status evliliyin gələcəyini təyin edir. Xoşbəxt bir evlilik üçün cütlüklər arasında uyğunluq şərtdir. Ortaq cəhətlərin, xüsusiyyətlərin azalması, bölüşülməyən hisslər, sirrlər isə uyğunluğu yox edir. Bu isə qaçınılmaz sonu- boşanmanı da tezləşdirir. İndi evliliyiniz zamanı bu kimi problemlərlə qarşılaşmamağınız üçün sizə bir neçə məsləhət verəcəyik.

Xoşbəxt evlilik üçün

Memorial Şişli Xəstəxanasının həkimi prof. Sedat Özkan evliliklərin uğurla davam etməsi üçün cütlüklər yaş və sosial status cəhətdən bir-birinə yaxın və ya bərabər olmalıdır deyir: “Fərqli yerlərdə xoşbəxt olan, fərqli maraq sahələrinə sahib cütlərin ayrılığı qaçınılmazdır”. Mütəxəssis əsas boşanma səbəblərinin cütlüklər arasındakı sosial, iqtisadi, cinsi və psixoloji problemlərdən irəli gəldiyini bildirir. Qadın və Ardı »

Gəl, tanış olaqBu sözlər kişiləri əsəbiləşdirir

Bəzən qarşımızdakı insanı nə qədər çox sevdiyimizi desək də, bilməyərəkdən onun sevmədiyi cümlələrdən istifadə edib xətrinə dəyə bilirik. Yəqin ki, heç birimiz bu səbəbə görə sevdiyimiz insanla mübahisə yaşamaq istəmərik. Elə buna görə də,
əziz xanımlar, bu dəfə sizə kişilərin sevmədiyi cümlələr, suallar haqqında danışmaq istəyirik. Oxuyun və münasibətinizi ziyan verməmək üçün belə ifadələrdən maksimum uzaq olun.

Yalnış sual 1. Səncə, münasibətimizdə yolunda getməyən nədir?
Kişilərin heç vaxt eşitməyi arzulamadığı suallardan birincisi. Bir şeyi dəqiq bilin ki, əziz xanımlar. Kişilər sizin qədər hər incə detal barəsində uzun-uzun düşünməyi sevmirlər. Ona görə də siz hər bu sualı verdiyinizdə onu bir az daha yoracaq və özünüzdən Ardı »

Gəl, tanış olaqİncə səsli kişilər xəyanətkardır

Qadını kişinin gözündə cazibədar edən bir neçə xüsusiyyət var. Ancaq, əziz kişilər, bir xanımla uzunmüddətli münasibət qurmaq istəyirsinizsə, bundan sonra həm də onun səsinə diqqət yetirməyə çalışın. Psixoloqların apardığı bir araşdırma sübut edib ki, insanların səsləri, daha dəqiq desək, səs tonları onların münasibətdə nə qədər sadiq olmalarından xəbər verir.
Aparılan araşdırmalar belə deməyə əsas verir ki, səs tonu aşağı və incə olan kişilər daha çox aldadır. Bunun əksinə olaraq, incə səs tonuna sahib qadınlar, yüksək səsli qadınlara nisbətən daha etibarlı hesab edilirlər. Bəs, bunun səbəbi nədir?

Bu araşdırmalara rəhbərlik edən Jillian O’Connor bunun səbəbini belə izah edir: “Yalnızca bu təcrübə nəticəsində əldə edilən Ardı »