Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəl, tanış olaqCinsi istəklərini üz cizgisindən anla

İngiltərədə aparılan araşdırma nəticəsində məlum olub ki, bir insanın üz quruluşuna diqqət yetirərək onun uzunmüddətli, yoxsa tək gecəlik münasibət tərəfdarı olduğunu anlamaq mümkündür. Yəni, bundan sonra tərəf müqabilinizin sizin haqqınızada nə dərəcə ciddi fikirləşdiyini öyrənməyiniz üçün onunla uzun müddət bir yerdə olmağınız lazım olmayacaq.
Bir insanın çənəsinin, gözlərinin, burnunun quruluşu onun daxili dünyasından, sağlamlıq vəziyyətindən xəbər verdiyi kimi, bu həm də o insanın ətrafdakılara münasibəti, qarşı tərəfdən gözlədikləri haqqında da müəyyən təsəvvür yaradır.
İngiltərənin “Evolution and Human Behaviour” jurnalında bu barədə araşdırma yazısı ilə çıxış edən Aberdeen Universitetinin professoru Dr. Ben Jones öz yazısında bildirib ki, qarşı tərəf əslində öz siması ilə bizə Ardı »

Gəl, tanış olaqEvlilik haqqında bilmədiklərimiz

Əgər evlənib evlənməmək məsələsində qərarsız qalmısınızsa, ətrafınızdakı evli dostlarınız ən müxtəlif yollarla sizə bunun necə gözəl hiss olduğunu inandırmağa, öz həyatlarından (çox vaxt xəyallarındakı ailə modelindən) nümunə gətirərək ailə həyatının müsbət tərəflərini sübut etməyə çalışacaqlar. Xəbəriniz olsun ki, onların söylədiyi hər şey heç də həqiqətdən xəbər vermir. Amma buna görə dostlarınızı yalançılıqda günahlandırmaq lazım deyil. Evliliyin müsbət tərəfləri də çoxdur, lakin bu o demək deyil ki, heç bir mənfi tərəfi yoxdur. Bu dəfəki məqaləmizdə biz sizə elə həmin mənfi tərəflər barəsində danışmaq istəyirik.

“Xoşbəxt evlilik üçün sevgi kifayətdir”
Əgər evlilikdə xoşbəxtlik axtarırsınızsa, xəbəriniz olsun ki, yalnız sevgi ilə xoşbəxtlik olmur. Qarşınızdakı insanı nə Ardı »

Gəl, tanış olaqKişilər daha küsəyəndirlər

Həm kişilər, həm də qadınlar daim qarşı tərəfin diqqətini cəlb etməyə, onlarda özlərinə qarşı müsbət təəsurat yaratmağa çalışırlar. Bunun üçün isə onlar qarşı tərəf haqqında yazılanları maraqla izləyir, onları anlamağa çalışırlar. Elə buna görə də bu dəfəki məqaləni kişilər haqqında az bilinən gerçəklərdən xəbərdar olmaq istəyən xanımlarımıza həsr edirik. Hazır olun, əziz xanımlar, indi sizə kişilər haqqında bir neçə sirr vermək istəyirik.

– Bilirsiniz ki, əslində kişilər də ən az qadınlar qədər duyğusaldırlar? Amma onlar bu xasiyyətlərinin həmcinsləri tərəfindən normal qarşılanmadığını bildikləri üçün əksər hallarda bunu göstərməməyə çalışarlar.

– Kişilər hər nə qədər idarə etməyi sevən varlıqlar olsalar da, əslində onları da idarə Ardı »

Gəl, tanış olaqSevgilinizi hansı hədiyyə təəccübləndirə bilər?

Sevgililər günü yaxınlaşdıqca həm kişilər, həm də qadınlar arasında “Görəsən nə alım?”, “Bunu alsam, bəyənərmi?” kimi düşüncələr artır.
Bu problemin sizi də narahat etdiyini bilirik. Buna görə də bu dəfə sizə sevgililər günündə qarşı tərəfin zövqünə uyğun olan hədiyyələr barədə sizə məlumat verməyə çalışacağıq. Əminik ki, aşağıdakı məsləhətləri nəzərdən keçirib onlara əməl etsəniz, seçdiyiniz hədiyyə mütləq onun xoşuna gələcək.

Sevgilinizin stilinə və maraq dairəsinə uyğun olan hədiyyə alın və ya hazırlayın. Bunun üçün isə onun nələri sevdiyini bilməlisiniz. Bilmirsinizsə, sevgilinizlə daha çox vaxt keçirin. Biryerdə keçirdiyiniz vaxt zamanı onun nələri xoşladığına fikir verin. Məsələn, hansı kinoları, yeməkləri, hansı rəngi və musiqini sevdiyini bilmək Ardı »

Gəl, tanış olaqCinsi istəyi ödənməyən qadın xəyanət edir

Münasibətdə tərərflərin bir-birinə xəyanət etmə səbəbləri əksər hallarda eyni olur. ABŞ-ın İndiana Universitetində mütəxəssislərin apardığı bir araşdırma nəticəsində məlum olub ki, qarşısındakı insanın onun cinsi tələblərini ödəmədiyini düşünüən qadın və kişi əksər hallarda xəyanət edir. Bu araşdırmada göstərilir ki, orqazm olmayan və qarşısındakı kişinin aktivliyindən narazı qalan qadın kişi ilə müqayisədə 8% daha çox xəyanət edir. Bunun qarşılığında isə yataqda öz cinsi aktivliyindən narazı olan kişilərin 6%i öz qadınları ilə deyil, başqa qadınlarla intim münasibət yaşamaqda maraqlı olurlar.
Kristen Markın rəhbərlik etdiyi bu təcrübədə iştirak edən kişilərin yüzdə 23-ü, qadınların isə yüzdə 19-u həyat yoldaşlarının onları başqa biri ilə aldatdığını öyrəndikləri halda Ardı »

Gəl, tanış olaq50 yaşdan sonra qadınların cinsi istəyi artır

İngiltərədə aparılan bir araşdırmanın nəticəsində belə məlum olub ki, 50 yaşdan sonra qadınların cinsi istəyi artır, onlar 20 yaşlı qadınlara nisbətən daha aktiv həyat tərzi keçirməyə çalışırlar.
Bu nəticəyə gəlmək üçün tədqiqatçılar təxminən 50-55 yaş aralığında olan 1500 qadın arasında anket sorğu keçiriblər. Sorğu nəticəsinə görə bu yaşda həyat yoldaşını itirən, boşanan qadınlarla yanaşı, ailəli qadınlar da yeni sevgili axtarışına çıxırlar. Bu qadınların yüzdə 15-i öz yarını internet mühitində tapmağa çalışır.
20 yaşlı qadınlarla müqayisədə bu yaş aralığında olan qadınlar rəfiqələri ilə daha çox görüşməyə çalışırlar. Təcrübədə iştirak edənlər özləri etiraf ediblər ki, əgər onlar 30-40 yaş aralığında səs-küylü mühitlərdən qaçıb sakit həyat Ardı »

Gəl, tanış olaqKişilərin xoşbəxtlik yaşı

İngiltərədə aparılan bir araşdırmaya görə kişilər 37 yaşdan sonra özlərini daha xoşbəxt hiss edirlər. Bu yaşdan sonra həm iş həyatında, həm də ailə həyatında müəyyən uğurlar qazanan kişilər həyatlarının bundan sonrakı dövründə qarşılarındakı hədəfləri daha da artırır və məqsədə çatmaq üçün çalışırlar. Ümumilikdə isə onlar bu yaşda arzuladıqlarının demək olar ki, yarısına nail olurlar.
Araşdırmada iştirak edən kişilərin böyük bir qismi isə bildirib ki, onlar üçün övladlarının dünyaya gəldiyi günü ömrlərinin ən xoşbəxt anı kimi yaddaşlarınnda qalıb. Kişi geyim mağazalarından birinin bu yöndə apardığı digər bir araşdırma nəticəsində isə belə məlum olub ki, kişilərin 35%-I üçün həyatlarının ən xoşbəxt dövrü ailə həyatı Ardı »

Gəl, tanış olaqKişilər ona görə xəyanət edir ki…

DTK International şirkətinin keçirdiyi anket sorğu olduqca maraqlı faktlar ortaya çıxarıb. Sorğuda 15 minə yaxın insan iştirak edib. Onların sözlərindən belə məlum olub ki, qadın və kişilərin 47%-i həftədə ən azı bir dəfə porno izləyir.
Həmçinin bu sorğunun nəticəsində məlum olub ki, qadın və kişilərin orqazma çatma müddəti 1-20 dəqiqə arasında dəyişir. Lakin bununla yanaşı sorğuda iştirak edən qadınların yüzdə 33-ü, kişilərin isə yüzdə 12-si bu müddəti istədikləri qədər artıra bildiklərini qeyd ediblər.

“Sevgilinizə xəyanət etdinizmi?”

Sorğu iştirakçılarının bu suala verdikləri cavablardan belə məlum olub ki, kişilərin yüzdə 47%-i, qadınların isə yüzdə 33-ü bu vaxta qədər sevdikləri insana ən azı bir dəfə xəyanət ediblər. Ardı »