Valideynə məsləhət → Yeniyətməlik dövrünün problemləri
Yeniyetməlik dövrü hamımızın həyatında şübhəsiz ki, ən böyük dəyişikliklərdən biri olub. Bu dövrdə baş verən dəyişikliklər tək yox, çox istiqamətli xarakter daşıyır. Gözlə görünən fiziki dəyişikliklərlə bərabər, psixoloji dəyişikliklər də özünü göstərir.
Heç bitməyəcəkmiş kimi təsəvvür etdiyimiz uzun və yorucu yeniyetməlik dövrünü biz artıq geridə qoyduq. İndi isə uşaqlarımız bizim keçdiyimiz o yollardan keçir, onları nə qədər yaxşı anlasaq və bu anlayışımızı göstərsək onlar da bu dövrü bir o qədər yüngül keçirdəcəklər.
YETKİNLİK DÖVRÜ DOSTLUQ MÜNASİBƏTLƏRİNİN ƏN SIX OLDUĞU DÖVRDÜR
"Mənə yoldaşını söylə, sənə kim olduğunu söyləyim!" sözü yetkinlik dövrü üçün doğru yanaşmadır. Yeniyetməlik çağında olan insan ətrafdakı insanların təsirinə daha asanlıqla düşür. İstədiyi Ardı »