Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Valideynə məsləhətDaun sindromu

Daun sindromu 1866-ci ildən məlumdur. İngilis həkimi Lanqdan Daun xarakter xüsusiyyəti hesab olunan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu "monqolizm” adlandırıb. Sonralar bu xəstəliyi kəşf edən alimin şərəfinə "Daun sindromu” adını alıb. Belə uşaqlar bir-birinə oxşayır, streotipləri eyni olur. Yəni, boy qısa olur, əqli inkişafdan geri qalırlar, kəlləsi kiçik və yumru olub üz nahiyəsində yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik göz yarığı çəp, göz bucağında dəri büküşlü, ağzı yarı açıq, dili böyük, qarnı köpmüş, dişləri seyrək, əzələ və oynaqları zəif inkişaf etmiş olur. Yəni monqoloid irqinə mənsub şəxslərə bənzəyirlər.

Daun sindromlu xəstələrin Ardı »

Valideynə məsləhətUşağım niyə danışmır?

Bəzi uşaqlar yaşıdlarına nisbətən gec danışmağa başlayırlar. Bəzən uşaqların hansı yaşlarda necə danışdığını bilməyimiz onlarda nitqindəki geriliyişləri aşkar etməyə imkan verir. Uşaqlar əsasən 6-cı aydən etibarən səslər çıxarmağa (ma-ma,ba-ba-ba və s.), 1 yaşdan müəyyən sözləri söyləməyə, 1 yas 6 ayından sadə cümlələr qurmağa başlayırlar. Əgər övladınızda bu dövrlərdə geriləmə hiss edirsinizsə demək ciddi narahatcılıqlar var deməkdir, bu zaman mütləq mütəxəssisə müraciət etməlisiniz. Əks təqdirdə uşağın zehni və psixi inkişafında ciddi geriləmələr peyda olacaqdır. Uşağın gec danışmasına və ya heç nə danışmamasına bir neçə amil təsir göstərir. Bunlar:
1. Zəka geriliyi
2. Eşitmə problemi
3. Görmə problemi
4. Epilepsiya
5. Xroniki depressiya
6. Psixoloji səbəblər

Bu dəfə biz Ardı »

Valideynə məsləhətƏkiz psixologiyası: fərd olaraq əkizlər

Ana bətnindən etibarən əkizlərin fərqli fərdlər olduqları , göstərdikləri fərqli reaksiyalardan müəyyən olunur. Biri daha hərəkətliykən digəri daha sakit ola bilər. Tək yumurta əkizləri genetik xüsusiyyətlər səbəbiylə bir-birlərinə çox bənzərlər amma bu fərdi xüsusiyyətlərinin də bir-birinə bənzəyəcəyi mənasını verməz ,hətta tam tərsinə bəzən əkizlər iki zidd qütb kimidirlər. Genetik xüsusiyyətlər qədər ekoloji faktorlar da onların şəxsiyyətlərinin fərdiləşməsinə böyük təsir göstərir.

Ana- ata olaraq əkizləri bir bütün şəklində görmək , onlara bir bütünü meydana gətirən parçalar kimi davranmaq fərd olaraq formalaşmalarına , öz şəxsiyyətlərini inkişaf etdirmələri mənfi təsir göstərir.

Eyni paltarları geyinmələri , saç modellərinin eyni olması digər insanların onları ayırd etməsini , adlarını Ardı »

Valideynə məsləhətQadınlar və Kişilərin fərqlili bucağında-Ana və Ata

Fərqliyik, təbii ki.Ana Ata Fərqi bəs…
Biz hormonların əsiri olmuşuq, dəyişən ruh hallarımızla kişilərin başını çeviririk,bunu da qəbul edirik.Amma ana ata olunca fərq bu qədər açılmaz ki!!!Zarafat bir yana, Ana kimə deyilir, Ata kimdir? sualına həqiqi cavablar verirəm:
* Eyni anda öz çantasını, uşağının çantasını, uşağının oyuncaq qutusunu, market torbasını, uşağının ayaqqabısını və bir tərəfdən də ev açarını tapmağa çalışan adama ana; kompüter çantasını arvadına verərək oğulunu qucaqlayana da ata deyilir.
* 5 dəqiqədə duş alıb 10 dəqiqə içində həm özünü həm də uşağını hazırlayana ana; o 15 dəqiqə boyunca köynəyinə jaket axtarmaqla məşğul olduqdan sonra qapının qarşısında çantasını yığışdıran arvadına ‘daha hazırlanmadınmı?' deyə Ardı »

Valideynə məsləhət“Tərif”ləri vurğulamaq

Təhqir insana yönəlik edilən özgüvəni sarsıdıcı mənfi şərhlərdir. Ailəcə yığışın və təriflərlə təhqirlər barəsində söhbət edin. Hər kəsə eşitdiyi təhqirləri düşünməsi üçün 3 dəqiqə verin: "axmağın birisən”, "Heç bir şey bacarmırsan”, "donuzsan”, "kimsə səni sevmir”. Sonra 3 dəqiqə tərifləri düşünün: "yaxşı iş bacarmısan”, "yaxşı qərardı”, "Səninlə fəxr edirəm”. Hansı eləmək daha asandır? Hansını eşitmək asandır? Hansı özünüzü daha yaxşı hiss etdirir?

Təhqir ediləndə xəbərdarlıq işarəsi olaraq hərəkət seçib qərarlaşdırın: basketbol oyununda əllərlə edilən "fasilə” işarədi, fit çalmaq ya da sülh mənasına gələn V formasında açılmış barmaq işarəsi kimi. Uşaqlar fasilə işarəsi etməyi və fit çalmağı sevirlər.

Qarşınızdakı insanın mövqeyini dəyişdirmək üçün bağırıb qışqırmaq Ardı »

Valideynə məsləhətUşaqları təcavüzdən qorumaq üçün bunları edin!

Fiziki və cinsi zorakılıq uşaqlarda ömür boyu silinməyən izlər buraxır.

Tabloid.az xəbər verir ki, günümüzdə tez-tez uşaqlara qarşı baş verən təcavüz halları həm ölkə daxilində, həm də bütün dünyada xüsusilə aktual problemdir. Bəzi hallarda baş verən təcavüz hallarının qətl və ya intiharla nəticələnməsi cəmiyyət daxilində artıq həyəcan təbilinin çalınmağın vacibliyini önə çıxarır.

Hər gün xəbərlərdə və müxtəlif informasiya portallarında eşitdiyimiz təcavüz hadisələrində uşaqları necə qoruya bilərik?

İlk olaraq bütün valideynlər heç bir təcavüz və istismar hadisəsinə səssiz qalmamağı bilməlidirlər. Bununla yanaşı, əvvəlcədən bəzi tədbirləri də görmək vacibdir. Bunlardan ən vacibi uşaqlara özünü qorumağı öyrətməkdir. Biz lazımi qədər uşaqları qorusaq da, onlara özlərini qorumağı Ardı »

Valideynə məsləhətPsixoloq: "Bu yaş dönəmində uşaqları qətiyyən sünnət etdirmək olmaz!"

Azərbaycana Narınc Uşaq Psixologiya Mərkəzinin dəvəti ilə gələn klinik psixoloq, cinsi terapiya üzrə uzman mütəxəssis Sibel Dinç Çalışkan yenə də "Müsahibələr" rublikamızın qonağı oldu. Sibel xanımla uşaqların psixologiyası, uşaqlarda cinsi tərbiyə, cinsi maarifləndirmə nədir, bu uşağa kim tərəfindən verilməlidir və .s kimi mövzularda geniş bir söhbətimiz oldu. Dəqiq, anlaşıqlı cavabları və səmimi aurası üçün Sibel xanıma təşəkkür edirik!

- Uşaqlarda "Cinsi tərbiyə" nə deməkdir?
- Uşağın öz cinsiyyətini dərk etməsi, cinsinə uyğun davranması, öz bədənini tanıması, sevməsi, özünə və hər iki cinsdən olan insanlara hörmət edə bilməsi, insanların haqqlarına qarşı həssas olması, ən önəmlisi də cinsəlliklə bağlı olan mövzulardan qorxmaması, çəkinməməsi, bu mövzuda Ardı »

Valideynə məsləhətÖvladlığa götürülən uşaqlara gerçəklərin söylənməsi

Uşaq sahibi ola bilməyən çox ailə, əgər müalicələrdən də müsbət nəticə alına bilməzsə övladlığa götürmə yoluna gedir və beləcə həm uşaq sahibi olma istəklərini qarşılaya bildikləri kimi evsiz eşiksiz bir uşağa da sığınma, təhsil və ailə dəstəyi təmin edərək daha sağlam gələcək nəsillərin və cəmiyyətin meydana gəlməsinə iştirak edirlər.
Əlbəttə övladlığa götürmək həm valideynlər həm də uşaqlar üçün olduqca gözəl bir fikir və tətbiq ancaq yetişmə müddətində bəzi səhvlər də reallaşdırıla bilir və bu da edilən yaxşılığın və işlənən savabın yaralanmasına səbəb olur. Xüsusilə ana və atasını heç bir şəkildə xatırlatmayan uşaqlar daha bir neçə yaşındaykən özlərindən şübhələnərək gerçək ana atalarını sorğulaya Ardı »