Valideynə məsləhət → Uşağı döşdən necə ayırmaq olar
Uşağın əmizdirilməsinin dayandırılması həm ana, həm də uşaq üçün çox ağrılı mövzulardan biridir.
Uzun müddət ərzində uşağın müvəffəqiyyətlə əmizdirilməsi çox vacib olduğu kimi, onun düzgün şəkildə başa vurulması da çox əhəmiyyətli bir məsələdir. Çox vaxt anaları düşündürən əsas suallardan biri də - "əmizdirməni uşağın hansı yaşına qədər aparmaq lazımdır?” - sualıdır. Allahın kitabı olduğuna heç bir şübhə olmayan Qurani-Kərimdə əmizdirməni tamamlamaq üçün uşağı tam 2 il əmizdirmək tövsiyə olunur. 2 il əmizdirmənin faydasını mütəxəssislər və tibbi araşdırmalar da dəstəkləyir.
Mütəxəssislərin gəldiyi ümumi rəyə görə, əmizdirilmənin dayandırılmasının ən aşağı həddi uşağın 1-1,5 yaşında olmasıdır. Bu, əmizdirilmənin erkən dayandırılması hesab olunur və ananın, yaxud da Ardı »