Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlara tərbiyyəNarınc Uşaq Psixologiya Mərkəzinin yeni filialı sizlərin xidmətində olacaq...

Dəyərli Valideynlər!
Zaman sürətlə dəyişir. Bu dəyişiklik həyatımıza da fiziki sağlamlıqla paralel psixoloji sağlamlığı da zərurətə çevirdi. İllərlə psixoloji sağlamlıq istiqamətində sizlərin xidmətindəyik. Psixologiya və Konsultasiya Mərkəzi olaraq qurduğumuz məkan, bir müddət sonra sizin etimadınıza güvənərək uşaq psixologiya sahəsini ayrıca – Narınc Uşaq Psixologiya Mərkəzi olaraq ixtiyarınıza verdi. Etimad göstərdik-düzəltməyə çalışdıq. Hər bir uşağa öz övladımız kimi yanaşdıq, diqqət göstərdik. Göstərdiyimiz xidmətin sizin üçün əlçatan olması üçün çalışdıq. Bir an belə dayanmadıq,yorulmadıq. Çünki sevginizi heç bir zaman bizdən əsirgəmədiniz. Buna görə də bir daha Sizlərə minnətdarlığımızı bildiririk.

Bu gün isə Narınc Uşaq Psixologiya Mərkəzinin filialını – Nizami rayon filialını ixtiyarınıza veririk. (Nizami ray, Ardı »

Uşaqlara tərbiyyəUşaq tərbiyəsi... Eqoist uşaq...

Uşaqların həyatında belə bir dönəm olur ki, onlar durmadan təkrar edirlər: " Mən hamıdan birinci yedim”, " Mən hamıdan güclüyəm”, " Ana, sənin sözünə qulaq asıram, bacı yox, hə?” , " mən heç nədən qorxmuram” və s. Bütün bunlar özündən müşdəbehlik və razılıq kimi qəbul edilməməlidir. Əslində uşaq öz gücünü və imkanlarını, istəklərini bildirmək , öz "mən” ini göstərmək istəyir ki, bu da təbiidir. O , istəyir ki, hər kəs bilsin ki, o hər şeyi edə bilər, birincini , ikincini, üçüncünü də.
Belə anlarda valideynlər laqeyd dura bilmirlər, uşağının bu sevincini gördükdə həvəslə bunu yaxınlarına , dostlarına danışırlar, hətta uşağın yanında belə Ardı »

Uşaqlara tərbiyyəUşağınızın ruh yaşı neçədir?

Uşağınızın özünü olduğu yaşdan daha çox və ya az yaşlı kimi aparmasını müşahidə edirsiniz. Bəzən elə hallar olur ki, böyük oğlunuz özünü balaca uşaq kimi aparır: şıltaqlıq edir, emosiyaların qabarıq bildirir, içini çəkə-çəkə ağlayır ya da durmadan yüksək səslə gülərək tullanır. Ürəyinizdə düşünürsünüz 10 yaşlı oğlum niyə 6 yaşlı uşaq kimi rəftar edir?! Və ya 7 yaşlı qızınızın yetişkin kimi davranması, elə situasiyalarda məntiqli, özünə hakim fikirləri diqqətinizi çəkmişdir. Xeyr! Şübhələriniz yalnışdır. Bu nə əqli gerilik, nə ləngimə, nə də disleksiya dediyimiz irəli zəkalılıqdır.
Bu sadəcə uşağınızın ruh yaşının olduğundan daha çox və ya daha az yaşa sahib olmasıdır. Bəs bunun Ardı »

Uşaqlara tərbiyyəXoşbəxt uşaq böyütməyin yolları

1. Övladınıza inanın, onu olduğu şəkildə qəbul edin və hər cür seçiminə hörmət edin.
Ona inanıb hörmət etsəniz, o da özünə və ətrafına qarşı inam, hörmət və məsuliyyət hiss edəcəkdir. Sadəcə, yaşı kiçik olduğu üçün sizin düşüncələrinizdən fərqli seçimləri olması hər şəraitdə bunların səhv olduğunu göstərməyəcəkdir.
Xoşbəxt uşaq böyütməyin yolları

2. Onu özünüzə oxşatmağa çalışmayın.
Onlar sizə oxşamağa çalışdıqları üçün siz də öz valideynlərinizin yoluyla getməyin. Xatırlayın ki, siz bundan heç xoşlanmamışdınız. O halda eynisini övladlarınıza yaşatmayın. Sizin üçün doğru olanlar uşaqlarınız üçün doğru olmaq məcburiyyətində deyil, çünki o, sizdən tamam fərqli biridir.
Xoşbəxt uşaq böyütməyin yolları

3. Çox kiçik yaşlardan etibarən ona iradə qazanmağa yardım edin
Hər Ardı »

Uşaqlara tərbiyyəUşağa kitabı necə sevdirməli?

Uşaqlara kitab seçərkən uşaqların yaşı nəzərə alınmalıdır, çünki seçilən kitab uşağın yaş dövrünə uyğun olmadıqda uşaq o kitabdan zövq ala bilməz və kitaba marağı azalar. 2-3 yaşlı uşaqların nağıl qəhrəmanları onların hər hansı bir əşyası olmalıdır. Məsələn: sevdiyi oyuncaq, xoşladığı cizgi qəhrəmanı və s. Bu yaşda uşaqlar hər hansı təkrarlayıcı hərəkətləri olan nağılları sevirlər.

4-6 yaşlı uşaqlar daha çox sehrli nağılları dinləməyi sevirlər.

7 yaşdan sonra uşaqlar sehrli nağıllarla bərabər, döyüş, müharibə, faciə, eyni zamanda tərbiyəvi süjetli (xeyir və şər, pislik və yaxşılıq və s.) müxtəlif nağılları dinləyə bilərlər. Valideynlər bu nüansları nəzərə alıb uşaqlarına kitablar seçsələr, uşaqlarında kitablara maraq yaradarlar.

Uşaq kitab oxumursa, Ardı »

Uşaqlara tərbiyyəUşaq tərbiyəsi bir sənətdir

Uşaq tərbiyəsi bir sənət əsərinə bənzəyir. Necə ki, rəssam bir tablo yaradır, yazıçı bir yazı yazıb ortaya cıxarır, hər bir uşaq da oz valideynlərinin tərbiyəsi ilə formalaşıb kimlik tapan insan adlı bir əsərə çevrilir. Bu baxımdan bu, valideynlərin üzərinə duşən, həssaslıq və məsuliyyət tələb edən bir işdir. Ata-ana bu çətin, şərəfli və məsuliyyətli işlə Allah tərəfindən vəzifələndirilmiş və müqabilində də onlara böyük savablar vəd edilmişdir.
NƏDƏN BAŞLAMALI?
Anton Semyonoviç Makarenkoya görə ilk öncə uşaq sağlam mühitdə doğulmalıdır. Yəni, ailənin özünün formalaşmiş ailə normalari, ailə rolları olmalıdır. Ailə rolları dedikdə, əsasən valideynlərin, sonra da digər ailə üzvlərinin özlərinə məxsus funksiyalari yerinə yetirməsi nəzərdə tutulur. Ardı »

Uşaqlara tərbiyyəUşaqların pis vərdişi: saçla oynamaq

Bəzi uşaqlarda, əsasən də qız uşaqlarında saçları barmağına dolayaraq onlarla oynamaq vərdişi olur. Adətən uşaqlar yatarkən saçları ilə oynayır. Bununla da onlar sanki əsəblərini sakitləşdirir, özlərinə lay-lay çalırlar. Lakin yaşı daha çox olan uşaqlarda bu hərəkətin altında başqa səbəblər gizlənə bilər.

Yaşı 1- 3 arası olan qız və ya oğlan uşaqlarında bu cür vərdişlər daha çox olur. Bununla onlar özlərini güvəndə hiss edirlər. Əgər uşağınızda saçı ilə oynamaq vərdişi varsa, çalışmaq lazımdır ki, o bu hərəkətini tərgitsin. Bunun üçün siz müxtəlif üsullara müraciət edə bilərsiniz.

1. Övladınızın gün ərzində nəylə məşğul olmasına nəzarət edin. Onunla oynamağa, daha çox vaxt keçirməyə çalışın ki, onun Ardı »

Uşaqlara tərbiyyəUşaqlara heyvanları sevdirin

Uşağınızın heyvanlara yaxın böyüməsini təmin etmək üçün edə biləcəyiniz bir neçə şey var.

- Əvvəlcə uşağınızı qorxduğu heç bir mövzuda məcbur etməməniz lazım olduğu kimi heyvanlara yaxın olmaq mövzusunda da məcbur etməməlisiniz.
- Bir anda qarşısına çıxan bir heyvandan ürkdüyündə zorla sevdirməyə çalışmamalısınız. Bu davranış uşağınızın daha çox qorxmasına səbəb olar.
- Uşağınızın heyvanları daha yaxşı tanımaları üçün onlara fürsətlər yaradın. Zooparkına gedərək uşağınızın fərqli bir çox heyvanı bir yerdə görməsini təmin etməniz faydalı ola bilər.
- Əgər eviniz uyğunsa, evcil heyvan saxlamaq yaxşı bir fikir ola bilər. Evcil heyvanlar uşaqlarda sevgi, sevilmə duyğusu, sevgi bağı kimi xüsusiyyətləri gücləndirər. Pişik, it kimi heyvanların baxımının çətin Ardı »