Uşaqlara tərbiyyə → Uşaq tərbiyəsi haqqında
Məlumdur ki, valideyn himayəsində yaşayan uşaqların məktəbə qədər yaş dövrü, əsasən ata və ananın nəzarəti altında keçir. Bu dövrdə böyükləri uşaq üçün əsl etalon hesab etmək olar. Uşaq valideynlərinin səsini, yerişini, demək olar ki, evdəki bütün hərəkətlərini yamsılayır. Balacalarda beynin sintez və analitik fəaliyyəti formalaşdıqca, artıq onlar valideynlərinin hərəkətlərini götür qoy etməyə, onlara tənqidi yanaşmağa, necə deyərlər ata ananın nöqsanlarını görməyə başlayır. Ona görə də gənc ailələr öz davranışları ilə övladlarına nümunə olmalıdırlar. Biz öz uşaqlığımızı yada salsaq, balacaları ən çox onların ehtiyacını ödəyən münasibət qane etdiyinə əmin olaraq. Məhz uşağın ehtiyacı ödənildikdə o, valideynlərinə böyük rəğbət və məhəbbət hissi ilə Ardı »