Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlara tərbiyyəYumruqla tərbiyə olarmı? (Araşdırma)

Fiziki zorakılıq körpədə valideynə qarşı nifrət yaradır
Son zamanlar mətbuatda azyaşlı, hətta bir neçə aylıq uşaqların dayələri tərəfindən vəhşicəsinə döyüldüyünə dair məlumatların şahidi oluruq. Belə dayələrin işgəncəsindən uşağı valideynlər xilas edərək körpəsinə şiddət tətbiq edən dayəni cəzalandırırlar. Bəs öz övladını döyməklə tərbiyə edən valideyndən körpəni kim xilas etsin?
"Tərbiyə etmək” adı altında balacaların döyülməsi, fiziki cəzalara məruz qalması, söz demək hüquqlarının pozulması uşaqların normal inkişafını zərbə altına qoyur. Körpə ikən uşağa gülərək söyüş söyməyi öyrədən valideyn, böyüdükdə nalayiq söz işlətdiyi üçün onu döyməklə cəzalandırır...

Döymək — tərbiyə üsuludurmu?
Psixoloq Hüseyn Xəlilov bizimlə söhbətində bildirdi ki, ailədə uşaqların şiddətə məruz qalması, ailədaxili zorakılıq, uşağa qarşı Ardı »

Uşaqlara tərbiyyəBalaca xəbərçilər

Cəmiyyətdə xəbərçilik, iftira, söz gəzdirmək həmişə pis qarşılanıb. Buna görə də, analar övladı hər gördüyünü danışanda narahatlıq keçirir: "Xəbərçilik etmə!", "Başqasının sözünü danışma!" deyə sözünü yarıda kəsir. Amma, körpəyə "xəbərçi" demək nə qədər doğrudur?

Körpə, sənin neçə yaşın var və ya xəbərçinin yaşı
Üç yaşa qədər
2-2.5 yaşlı uşaq ağ kağız kimidir. O, hələ xeyir və şərin nə olduğunu dərk etmir. Buna görə də 3 yaşı tamam olmamış uşağa xəbərçi deməyə tələsməyin. O, hələ yeni-yeni danışmağa başlayır, təzə sözlər və onların mənalarını öyrənir, etdiyi hərəkətin necə nəticələnəcəyini təxmin edə bilmir. Körpə sadəcə gördüyünü sizinlə paylaşmaq istəyir. Ardı »

Uşaqlara tərbiyyəUşaqlarınız sözə qulaq asan olsun

Ana-atalar olaraq ən böyük istəklərimizdən biri uşaqlarımızın sağlam, dinc, söz dinləyən, sakit, bizə problem çıxarmayan uşaqlar olmalarıdır.
Yaxşı, möhkəm xarakterli uşaq tərbiyə etmək bizə bağlıdır, amma necə?
Uşaqlarınızın sizlə inadlaşmadan, sözə qulaq asan, ağıllı, dinc uşaqlar olması mövzusunda, pedaqoq tövsiyələrini nəzərinizə çatdırırıq.

Uşaqlarınıza müsbət yaxınlaşın
Uşağınıza yumşaq bir tonla, nəyin doğru nəyin səhv olduğunu məlumatlandırın.
Uşaqlar sakit-sakit və nəzakətli şəkildə onlara yaxınlaşıldığında, daha yaxşı cavab verərlər.
Lakin mövzu mühümdürsə və uşaqlarınız sizi dinləmirsə şirin sərt olaraq onlara yaxınlaşmaqda fayda var.
Əgər tez-tez səsinizi yüksəldir, etdirmək istədiklərinizi ciddi bir şəkildə tələb edirsinizsə, uşaqlarınız bu tonunuza öyrəşəcək və edilməsi lazım olanları da
etməyəcəklər.

"Mən dili" istifadə edin
Uşaqlarınıza lazımı bir davranışı öyrətmək üçün Ardı »

Uşaqlara tərbiyyəUşaqlar da zorakılığın qurbanı olur

Biz bəzən uşaqlara elə çox əsəbləşirik ki,özümüzdən asılı olmadan ağzımızdan pis sözlər çıxa bilir .Amma zorakılıq təəssüf ki, hal-hazırda hələ də ən böyük problemlərdəndir.
Uşaq tərbiyəsinin ən əhəmiyyətli ünsürü həyata sevincidir. Ailə içindəki çətinliklər bəzən elə bir hala gələr ki, uşaq tərbiyəsində ən birinci məsuliyyət daşıyan ana həyata sevincini itirə bilər. "Sabahın bu gündən fərqi nə olacaq ki?" sualı ananı ümidsizliyə sala bilər. Ümidsizlik, bədbəxtliyin yaranmasına səbəb yaradar. Ümidi qalmamış, həyata sevinci olmayan bir ananın, uşağını tərbiyə etməsi qeyri-mümkündür.
Ana və ataların bir qismi, xüsusilə də analar əsəblərinə hakim ola bilmir və uşağın etdiyi bir səhv, işlətdiyi bir qüsur ya Ardı »

Uşaqlara tərbiyyəAilədə uşaq tərbiyəsinin Azərbaycan modeli

Azərbaycan xalqının özünəməxsus mütərəqqi uşaq tərbiyəsi üsulları var ki, dünyanın heç bir yerində bunlar yoxdur. Olsa belə, Azərbaycandakı qədər dolğun, mükəmməl və bir-birini tamamlaya biləcək səviyyədə özünü göstərmir. Çünki Azərbaycan ailələrində uşağın tərbiyə olunması üsulları o qədər zəngin, spesifik xüsusiyyətlərə malikdir ki, bunlar saymaqla qurtarası deyil. Məhz bunun nəticəsidir ki, bir sıra Qərb ölkələrində Azərbaycan xalqının mütərəqqi uşaq tərbiyə üsullarına bir növ qibtə ilə yanaşırlar.
Həmçinin, bizdən bir çox hallarda örnək götürürlər. Məsələ ondadır ki, Azərbaycan ailələrində valideynlərin uşaqların təlim-tərbiyəsində xüsusi rolu var. Həmin rol ondan ibarətdir ki, valideynlər mümkün olduğu qədər uşaqları zərərli vərdişlərdən uzaq tutmağa çalışır. Məsələn, bütün valideynlər çalışır Ardı »

Uşaqlara tərbiyyəUşaqlıq dövründə yaşanan depresiyalar

Depressiya Dünya Sağlamlıq Təşkilatı tərəfindən ən əhəmiyyətli on sağlamlıq problemindən biri olaraq qəbul edilmişdir.

Aparılan araşdırmalar, ilk dəfə majör depressiyanın çox kiçik uşaqlarda belə xronikiləşə biləcəyini göstərmişdir.

Uşaqlarda depressiya tək bir səbəbə bağlana bilməz. Uşağın təməl xüsusiyyətlərinə, psixoloji xüsusiyyətlərinə və ətrafın təsirlərinə görə ortaya çıxa bilər. Hansı faktorun daha ön planda olduğu uşaqdan-uşağa dəyişir.

Ana-ata həyatdakı rollarını nizamlaya bilmədikdə uşaq, özünü tək və çarəsiz hiss edər. Çoxu vaxtı valideynlər, uşağın yaşadığı böhrandan xəbərsizdir. Uşaqların fərqli bir iç dünyaları olduğunu, yaddaşlarının çox güclü olmadığını və bəzi şeylərə əhəmiyyət vermədiklərini düşünərlər. Halbuki uşaqların hissləri, nə qədər maraqsız görünsədə, son dərəcə açıqdır. Ətraflarında olan bitənlərin fərqindədirlər. Ardı »

Uşaqlara tərbiyyəUşağa xərclik necə verilməli?

Böyük yaşlarda puldan doğru istifadə etmə,balaca vaxtlardan öyrədilən vərdişdən çox asılıdır.Ailələr uşaqlarına xərclik verərkən özünü nəzarətdə saxlamalı və konkret mövqeləri olmalıdırlar.
Xərclik yaxşı bir hərəkətə mükafat və ya hər hansı öhtəliyində olan işinə ödəmə deyildir.Xərclik uşağa seçməyi məsuliyyət hissi daşımağı öyrətmək üçün vasitə olmalıdır.
Ümumiyyətlə,uşaqlara 3-cü sinifin sonlarında,yəni 9-10 yaşlarında pul verilməlidir.Az yaşda uşağa pulun verilməsi ondan(pulu tanımadığına görə ) doğru istifadə edə bilməməmsini,aldığı hər hansı şseyin qalığını geri istəməməsi lazımsız fasd-fooda xərcləməsinə gətirib çıxarır ki,bu da özünü göstərir.

Bəs xərclik necə verilməli?
Uşağa qədərindən çox xərclik vermək ona xoşbəxtlik deyil,bədbəxtlik və doyumsuzluq gətirir.Uşaq gərəkdiyindən çox xərcliyi doğru formada istifadə etmir.Olan dəftər və qələmlərinin yanına Ardı »

Uşaqlara tərbiyyəUşağa kitab oxumaq vərdişi aşılamağın yolları

Mütaliə etmək insanın biliyini artırmaqdan əlavə qavrama, təxəyyül və yaradıcılıq qabiliyyətini, dünya görüşünü də artır.
Adətlərimiz bizi idarə edir və həyatımızı təşkil edir. Məsələn, insanın gecikmə kimi bir vərdişi varsa, bu, onun münasibətlərinə ciddi surətdə təsir edir. Dəqiq insan ətrafdakılarda özü haqda müsbət fikir yaratdığı kimi, gecikmə vərdişi olan insan, əksinə özü haqda mənfi fikir yaradır. Sözsüz ki, bu da onun həyatına təsirsiz ötüşmür. Misal üçün, bu cür insan iş üçün müraciət edib və "adətinə sadiq qalırsa” ilk görüşlərdən artıq işinin etiraz ilə qarşılanacağı qaçılmazdır.
Kitab oxumaq da bir alışqanlıqdır. Bu alışqanlığı olan insanın başqalarında xoş təəssürat yaradır və daha uğurlu olur. Lakin Ardı »