Uşaqlara tərbiyyə → Yeniyetməlikdə bəzi tipik narahatlıqlar və potensial zərərli vərdişlər (2. yazı)
İnsan, həyatı boyunca dəyişiklik və inkişaf içindədir. Yeniyetməlik bu inkişaf zamanının ən vacib hissəsini təşkil edir. Bu dövrü hər bir valideyin yaşasa da övladları ilə birgə yenidən kəşf etməli olur. Bəs öz kimliyini yeni tanımağa başlayan uşaqlarımıza necə yaxınlaşmalı və hansı narahatlıqlarına qarşı diqqətli olmalıyıq?
Ailə ilə yaxınlıq, yeniyetməlik dövründəki bir gənc üçün hər zamankından daha vacibdir. Buna görə də valideynlər öz yeniyetməlik illərini, duyğu və hisslərini xatırlayıb, özlərini uşaqlarının yerinə qoymağı bacarmalıdırlar. Sağlam və xoşbəxt yetişkin olmaq üçün "yeniyetməlik” adlanan bu dövrdə lazımi bilik, bacarıq, uyğun qərarlılıq və dəyərlər qazanılmalıdır.
İndi isə yeniyetməlikdə ən çox rastlanan bəzi narahatlıqlar və onların aradan Ardı »