Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heyvanlar aləmiMövsümə və torpağa görə dəyişən tük rəngi

Mühitə görə rəng dəyişdirmə hadisəsi heyvanların bədənlərində yaradılmış olan olduqca kompleks mexanizmlər sayəsində reallaşır. Günəşdə qalan insan dərisinin qızarıb-tündləşməsinə bənzədilə biləcək bu mexanizmlər heyvanların dəri və tüklərində rəng dəyişikliklərinə gətirib çıxarır.

Əhəmiyyətli olan bu tük dəyişməsinin heyvan üçün böyük bir qorunma mexanizmi meydana gətirməsidir. Qışın qarlı günlərində ağ, digər mövsümlərdə torpaq rəngində olan tüklər kamuflyaj baxımından böyük üstünlük təmin edir.

Bunun əksi də ola bilər və heyvan qışda torpaq rəngi, ya da yayda dümağ qala bilərdi. Ya da heç rəng dəyişdirməyə bilərdi. Qısacası, rənglərin mövsümlərə görə dəyişməsində böyük ağıl və hesablama var. Bədənimizin günəşdə yanmasına mane ola bilmədiyimiz (xüsusi qorunma üsulları xaric) Ardı »

Heyvanlar aləmiDoğum zamanı bir-birlərinə kömək edən heyvan cinsləri

Xüsusilə məməli heyvanların doğumları olduqca təhlükəli olur. Həm doğan ana heyvan, həm də yeni doğulan balalar yırtıcı heyvanlar üçün asan ovdur. Ancaq, adətən, bu canlıların doğuş zamanı yanlarında sürülərindən bir köməkçi olur.

Məsələn, dişi maral doğacağı zaman sürüdən kənarda kolluqların arasında bir məkan seçir. Doğuş zamanında isə tək deyil. Yanında sürüdən olan başqa bir dişi ona kömək etmək üçün hazır gözləyir.

Doğuş zamanı bir-birlərinə kömək etmələri ilə məşhur olan digər canlılar isə delfinlərdir. Delfin balaları doğulandan dərhal sonra su səthinə çıxmalıdırlar. Buna görə də dişi delfin doğuş zamanı balaya kömək edərək onu burnu ilə su səthinə doğru itələyir. Doğuşdan əvvəl dişinin hərəkət Ardı »

Heyvanlar aləmiDelfinlər haqqında qısa məlumat...

Delfinlərin əhliləşdirilməsinə 8 ay vaxt lazım olur. Bu ağıllı heyvan insanı çox tez başa düşmək qabiliyyətinə malikdir. Hovuzlarda bəslənən delfinlər az bir zamanda nimçədən səliqə ilə balıq götürüb yeməyi, yanan şamı üfləyib söndürməyi, voleybol oynmağı öyrənirlər.
Delfinlər balıqları ultrasəslə axtarıb tapır. Yarasalar kimi, delfinlər də şaqqıltılı səslər və ya ucadan qırıq- qırıq fit səsinə oxşar ultrasəslər buraxır və balıqlara toxunub qayıdan bu səsləri tutmaqla ovlarını tapırlar.
Delfinlərin bu cür səmtbilmə qabiliyyətinin çox yaxşı inkişaf etdiyini bir çox təcrübələr sübut etmişdir.
Məhşur Amerika fizioloqu Lilli əhliləşdirdiyi Elvar adlı delfinə öz əməkdaşı kimi baxır. Çünki Lillinin təcrübələrinin bir hissəsini Elvar özü apara bilər. Ardı »

Heyvanlar aləmiHavada, quruda və suda sürətlə hərəkət edən heyvanlar

Havada sürtünmə daha azdır. Bu vəziyyət və möhtəşəm uçma qabiliyyətləri quşları planetdəki ən sürətli canlılar edir. Quşlar arasında ən sürətlisi isə təxminən qarğa böyüklüyündə olan şahinlərdir. Şahinlər xüsusi ovlama texnikaları ilə sürətlərini nümayiş etdirirlər. Bir şahin havaya yüksəldikdən sonra özündən aşağıda uçan ovunun üstünə saatda322 kmsürətlə şığıyır. Havadakı bu toqquşma nəticəsində ölümcül hala gətirdiyi ovunu pəncələri ilə birdən tutaraq ovlama əməliyyatını sona çatdırır.

Şübhəsiz, digər quşlarla müqayisə edildiyində havada rekord sürətə çatan bu quşun toqquşma yerini hesablaya bilməsi və ovunu havada tuta bilməsi təsadüfən meydana gələ bilməz. Bununla yanaşı, şahin həyatını davam etdirmək üçün ovunu çox uzaq məsafələrdən də görə bilməlidir. Bu Ardı »

Heyvanlar aləmiSəhraların möcüzəvi canlısı | Dəvə

Dəvələrin burnu səhraların yaşıllaşdırılmasına necə ilham mənbəyi olub?

Dəvə qanından tibb sahəsində necə istifadə edirlər?

Möcüzəvi şəffaf göz qapağı

Dəvələrin həzm sistemi necə qüsursuz tənzimlənir?

Bu canlılar çətin səhra şəraitində balalarını necə qidalandırırlar?

Dəvələr haqqındakı Quran möcüzəsi necədir?

Ərəb dilində “dəvə”, yəni “إبل – ibil” gözəlləşdirən, gözəllik verən mənalarındadır. Bədənindəki hər təfərrüat bir yaradılış möcüzəsi olan dəvəni uca Allah, həqiqətən, mənası kimi insanlara xeyir verməsi və xidmət etməsi üçün yaratmışdır.

Uca Allahın Quranda “Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?” (Ğaşiyə surəsi, 17) ayəsi ilə diqqət çəkdiyi dəvə Rəbbimizin mükəmməl yaratma sənətini göstərən möcüzəvi xüsusiyyətlərə malikdir.

Dəvənin burnu Afrikanın ən böyük enerji layihəsinə ilham mənbəyi olub

Dəvələrin yaşadığı qızmar səhralarda Ardı »

Heyvanlar aləmiBu keçi növü özünü necə müalicə edəcəyini bilir

«Bezuar» Farsca dərman deməkdir. Bezuar keçisini ilan sancarsa heç vaxt itirmədən, yaşadığı ətrafda yetişən sütleğen bitkisi növlərindən yeməyə başlar. Bezuar keçisinin bu davranışı bizi çox maraqlı bir gerçəyə aparır. Sütleğen bitkisinin içindəki mayedə olan "Öforbon" maddəsi, qana qarışmış olan ilan zəhərini tamamilə təsirsiz hala gətirər. Yəni bu keçi növü, öz özünü necə müalicə edəcəyini bilir. Ən qəribəsi isə odur ki, gündəlik otlamaları əsnasında əsla sütleğen yeməyən Bezuar keçiləri bu bitkini yalnız müalicə məqsədli olaraq istifadə etmələridir. Ardı »

Heyvanlar aləmiGözlərini isidən balıq

Tunes balığı, bəzi akula növləri və qılınc balığı bədən temperaturlarını ətrafın istiliyindən daha yüksək edə bilirlər. Balıqlar əzələlərdəki və sinir sistemindəki temperaturun yüksəlməsi ilə əldə edilən enerji sayəsində daha sürətli hərəkət edir, bu da ovlanmada onlara üstünlük qazandırır.

İsidilmiş gözlərin üstünlüklərini Avstraliyadakı Kvislend Universitetinin elm adamları sübut etmişlər. Kerstin Fritsçes və tədqiqat qrupu qılınc balığının soyuq suda daha yaxşı görmək üçün gözlərini isitdiyini tapmışdır. Yırtıcı balıqlar bir əzələ ilə toxumalarını ətrafdan 15 dərəcə çox isidə bilirlər.

Araşdırma zamanı qılınc balıqlarına hərəkətli işıq siqnalları göstərilərkən, temperatur, işığın parlaqlıq dərəcəsi və titrəməsi dəyişdirilmişdir. Qılınc balıqları 10 0C-də saniyədə 40 siqnal qət edə bilmişlər. Lakin Ardı »

Heyvanlar aləmiBöyük yanaqlı sevimli sincab

Kisə yanaqlı sincab digər sincablardan daha fərqlidir. Bu sincab növünü digər sincablardan ayıran xüsusiyyət yemədiyi qidasını yanaqlarındakı kisəsində saxlamasıdır. Sincab daha sonra bunlardan qida ehtiyatı kimi istifadə edir. Yanağındakı kisələr əslində çox elastik quruluşa malik dəri qırışlarıdır. Bunların içəri hissəsi boş olsada rütubətli deyil, yəni qida orada xarab olmadan uzun müddət qalır. Bu kisələr ağızın hər iki tərəfində yerləşir. Sincab kisələrini doldurmaq üçün bir qozu pəncələrinin arasında tutaraq bunun hər iki ucundakı iti hissələri düzgün şəkildə dişləyib qoparır. Sonra qozu kisələrindən birinin işinə qoyur. Ondan sonrakı qozu isə digər kisəyə yerləşdirir. Kisələr bu minvalla doldurulur. Heyvan hər kisəyə dörd qoz Ardı »