Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heyvanlar aləmiTırtıldan Kəpənəyə

Belə bir sual ortaya çıxır. Görəsən sizin 450-500 sayda yumurtanız olsa və bunları bayırda bütün təhlükələrə mühafizə etmək lazım gəlsə nə edər bilərdiniz? Onların külək kimi təbii şəraitin təsiri ilə açılıb dağılmalarının və korlanmamasının qarşısını ala bilən bir tədbir görməyiniz şübhəsiz ki, ən ağıllı olandır. Dünyada bir dəfəyə ən çox yumurta qoyan canlılardan biri olan ipəkqurdu (450-500), yumurtalarını qorumaq üçün çox ağıllı üsuldan istifadə edir: Yumurtaları ifraz etdikləri yapışqan maddə ilə (iplə) bir-birinə bağlayaraq ətrafa dağılmalarına mane olur.Yumurtadan çıxan tırtıllar ilk iş olaraq özlərinə münasib budaq tapır və daha sonra da eyni iplə oraya bağlanırlar. Sonra inkişaf etmələri üçün ifraz etdikləri Ardı »

Heyvanlar aləmiTutuquşular kimyaya aid bilikləri haradan bilir?

Bildiyimiz kimi bəzi bitkilərin toxumları zəhərlidir. Bu da onları yeməyə çalışan düşmənlərinə qarşı bir müdafiə üsuludur. Lakin Amerikada yaşayan bir tutuquşu növü bu toxumların zəhərli olmasına baxmayaraq onlarla qidalana bilir. Tutuquşunun bu hərəkəti çox təəccüblüdür. Çünki digər canlılar bu toxumlara yaxınlaşa bilmədiyi halda, israrla toxumları yeyən bu quşlara heç bir şey olmur. Bu təəccüblü hadisənin necə baş verdiyi ilə sizdə maraqlandınız, elə deyilmi?
Makau adlı bu tutuquşu növünün zəhərlənməməsinin səbəbi alimlərin də diqqətini çəkmişdir. Quşları müşahidə edən alimlər çox maraqlı hadisənin şahidi olublar. Makaular qidalılığı yüksək olan bu zəhərli toxumları yedikdən dərhal sonra bir qayalığa doğru uçurlar. Həmin yerə çatdıqları zaman Ardı »

Heyvanlar aləmiBayquş kəpənək

Braziliyada yaşayan Kalliqo kəpənəyi quşun ona hücum etdiyini görən kimi qəflətən bayquşa “ çevrilir “. Məsələ burasındadır ki, kəpənəyin qanadlarının üstündə bərəlmiş gözlü və iti dimdikli bayquş şəkli vardır.

Ölkəmizdə on beş minədək kəpənək növü vardır. Bunların bəziləri cəmi bir neçə gün ömür sürür və heç bir şey yemir.

Şimali Avstraliyada və Yeni Qvineyada elə kəpənəklər vardır ki, onların qanadlarının uzunluğu 26 sm-ə çatır. Yerli əhali bu nəhəng kəpənəklərin ətindən ərzaq kimi istifadə edir.

Dünyada elə böyük kəpənəklər var ki. Onları da ox və tüfənglə ovlayırlar. Titonolbas adlanan bu kəpənəklərin qanadlarının uclarındakı məsafə 25-26 sm-dir. Onu Şimali Avstraliyada və Yeni Zelandiyada yemək üçün ovlayırlar.

Kəpənəklər Ardı »

Heyvanlar aləmiSorrayya atları və Cücə meymun haqda

Dünyada ən nadir cins atlar Sorrayya adlanır. Hazırda bu atlardan təxminən 200 baş mövcuddur. Bu cins atlar öz adını Sorrayya çayının adından alıb. Məşhur portuqaliyalı ippoloq, zooloq və paleontoloq Ruy d'Andrade 1920-ci ildə bu atları ilk dəfə Sorraya cayın kənarında görüb.

Ağaclarda yaşayan Cücə Meymun, dünyanın ən kiçik meymun növüdür. 12 sm uzunluğunda və 168 qram ağırlığında olurlar. Ortalama 5-6 il yaşayırlar. Ardı »

Heyvanlar aləmiCücələr də saymağı bacarırlar

Cücələr insandan daha tez, üstəlik heç kim tərəfindən öyrədilmədiyi halda saymağı bacarırlar.

Bunu İngiltərənin Bristol Universitetinin professoru Kristina Nikol 20 il ərzində apardığı araşdırmalara əsasən bildirmişdir.

Belə ki, onun apardığı elmi təcrübələrə əsasən məlum olub ki, cücə yumurtadan çıxandan cəmi bir neçə saat sonra 5-ə qədər saya bilir. Təcrübə zamanı cücələri 2 yuvanın yanına yerləşdirmişdilər. Yuvanın birində çox, digərinə isə nisbətən az sayda yumurta qoyulmuşdur. Cücələr yumurtanın çox olduğu yuvanı seçmişlər. Hətta cücələri çaşdırmaq üçün yuvaların yerini və yumurtaların sayını belə dəyişmişlər, amma nəticə eyni olmuşdur – yenə də yumurtanın çox olduğu yuvanı seçmişlər.

Bununla yanaşı elmi təcrübələr zamanı məlum olmuşdur ki, cücələrin Ardı »

Heyvanlar aləmiMərcanların heyrətamiz rəng nümayişi

Onurğasız canlılar olan mərcanlar sahib olduqları rəng müxtəlifliyini ilə sanki rəng nümayiş etdirirlər. Zooloq Fanny Houlbreque və tədqiqat qrupu son araşdırmalarında bu heyrətamiz rəng nümayişinin səbəbini ortaya çıxarmışlar.

Aparılan araşdırmaya görə, mərcanlar yalnız yaxşı qidalandıqda canlı rəngə bürünürlər. Təcrübələrində mərcanların bir qismini ac saxlayan, bir qismini də kiçik xərçənglərlə qidalandıran zooloqlar mərcanların içində yaşayan və onlara rənglərini verən yosunların mərcanların normal qidalandığı zaman sürətlə çoxaldığını təsbit etdilər.

Araşdırmanın nəticəsi heyrətamizdir. Mərcanlar yaxşı qidalandıqda mərcan yosunları da yaxşı qidalanmış və yosunların çoxalmalarına səbəb olmuşdur. Nəticədə, mərcanlar daha gözəl rəng almışlar. Ardı »

Heyvanlar aləmiArıların həyatı - erkək arıları gözləyən son

Arı ailəsində bütün arıların işi var. Təkcə erkək arılar istisnadır. Erkək arılar nə pətəyin qorunmasında, nə təmizliyində, nə də qida tədarükündə iştirak edərlər. Onların pətəkdəki yeganə funksiyaları ana arını mayalandırmaqdır. Cütləşmə orqanlarından başqa digər arılarda olan xüsusiyyətlərin demək olar ki, heç birinə sahib olmadıqlarından sadəcə ana arını mayalandırmaqla məsuliyyət daşıyırlar.

Qış aylarında pətəkdə ancaq ana və işçi arılar olur. Çünki qış gəlməmiş erkək arılar ya pətəkdən bayıra atılır, ya da öldürülürlər. Lakin qış mövsümü bitdiyində işçi arılar erkək arılar üçün pətək inşa etməyə başlayırlar. Ana arı isə şan qovuqcuğuna erkək arıları yetişdirən yumurtalarını qoyur. May ayının əvvəlində erkək arılar qovuqcuqlardan çıxmağa Ardı »

Heyvanlar aləmiAlimlərin heyvanlar aləmi ilə bağlı daha bir sübutu

Alimlər yeni bir faktla heyvanlar aləmi üzrə aparılan araşdırmalarda indiyə qədər elmdə mübahisəlı bir mövzunu sübüta yetiriblər. Bələ ki, alimlər sübut ediblər ki, hətta 300 milyon il əvvəl də həşəratlar mövcud olub.

Fransa, Almaniya, Çexiya, ABŞ və Rusiyadan olan bir qrup alim 300 milyon il əvvəl həşəratların olduğunu sübuta yetiriblər.

Rusiya mətbuatına istinadən, bu barədə «Nature» jurnalı məlumat yayıb.
Alimlər daşların muzey kolleksiyalarını araşdırdıqdan sonra bu faktı sübut edə biliblər.

Fransa və Almaniya ərazisindən götürülmüş daşlara mikroskop altında baxdıqda kiçik həşəratları görə biliblər. Bu həşəratlar çox kiçik olublar. Qanadları tam açıldıqda isə 4 mm-dən 14 mm-ə qədər olub. Ardı »