Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heyvanlar aləmiBayquş

Bayquş insanların pis münasibət bəslədiyi uçan canlılardan birincisidir. Bunun əsas səbəbi onun uğursuzluq əlaməti hesab edilməsi və xarabalıqlarda yuva qurmasından irəli gəlir. Əsrlər boyu xalq inanclarında bayquşun ulaması həmişə pis tərəfə yozulub. Bəzən onu hətta ölüm quşu da adlandırırlar. Bayquşa əsasən Afrika və Asiya ölkələrində, müsəlman aləmində mənfi münasibət bəslənilir.bayquş

Bayquş mənəm, bayquş mən,
Hər quşlardan say quş mən.
Viran bağ-bağçalarda
Sızıldaram yay-qış mən.

Xalq inanclarında bədniyyətli quş kimi xarakterizə olunan bayquşun vahimə yaradan səsi (bayquş ulartısı) guya, hansı zamanda və məkandasa ölüm-itimin olacağa işarədir.
Deyirlər ki, bayquş üzünü kimin həyətinə tərəf çevirib ulayarsa, o evə ya bəla gələr, ya da ölüm.
Əksər xalqların folklorunda olduğu kimi Azərbaycanda Ardı »

Heyvanlar aləmiKobradan daha zəhərli balıq

Dünyanın ən zəhərli heyvanları arasında ilk 5-likdə yer alan daş balığı İstanbul akvariumunda nümayiş etdirilir.

Kral kobradan, sarı əqrəbdən daha zəhərli olan bu balığın belindəki 13 zəhərli tikana dəyən canlılar iflic olurlar. Qayaya bənzəyən daş balıq Hind və Sakit okeanında yaşayır. Adətən qayaların və mərcan riflərinin yanında olan balıq bəzən 48 saat hərəkət etmədən gözləyə bilir. O kiçik balıqları yeyərək bəslənir. Ardı »

Heyvanlar aləmiBayquşlar başlarını necə 270 dərəcə çevirir

ABŞ-dakı Con Hopkins Universitetinin tibb fakültəsindən doktor Filip Qeyllud (Philippe Gailloud) bayquşların bunu müxtəlif səbəblərə görə bacardığını bildirir.

Bayquşlar gecə ov ovlamaq üçün başlarını 270 dərəcə çevirməlidirlər. Çünki gözləri kəllədəki göz çuxurlarında sabit durur. Odur ki, görmə bucağını dəyişdirmək üçün başlarını hərəkət etdirməlidirlər.

Bayquşların boynu insanın boynundan daha elastikdir. Onlarda 14, bizdə isə 7 boyun fəqərəsi var. Bundan başqa, bayquşda oksigenli qanın beyinə daşınma forması çox maraqlı yaradılış möcüzəsidir.

F.Qeyllud və elmi dizayner Fabian de Kok-Merkado (Fabian de Kok-Mercado) 12 ölü bayquş üzərində dəqiq anatomik tədqiqatlar aparıb. Tədqiqat nəticəsində məlum olub ki, bayquşlarda böyük arteriya damarı insandakı kimi boyunun yan tərəfində deyil, onurğa Ardı »

Heyvanlar aləmiPişiklər sahiblərinin aynasıdır

Bəlkə də siz sevimli ev heyvanınızın sizə və yaxud da ailənin digər üzvlərinə bənzədiyinə diqqət yetirmisiniz. Messina Universitetinin tibbi baytarlıq araşdırmaları göstərir ki, pişik və onun sahibinin oxşarlığı sadəcə xoş bir təsadüf deyil: pişiklər tədricən bizim alışqanlıqlarımızı mənimsəyirlər.

Tədqiqatçılar ev pişiklərinin iki növünü araşdırıblar. Birinci qrup ev pişiklərinin sahibləri öz sevimlilərini kiçik evlərdə, özlərinə daha yaxın saxlayıb, demək olar ki, onları küçəyə çıxarmırdılar. İkinci qrup pişiklərin sahibləri isə, böyük və təmiz evlərdə yaşayıb, pişiklərinə hətta gecə belə küçəyə çıxmağa icazə verənlər olub.

Birinci qrup pişiklərin həyat tərzi, hətta yuxu vaxtı sahiblərinin həyat tərzinə oxşayır. Bundan başqa, öz yemək vaxtlarının nə vaxt olduğunu bilərək Ardı »

Heyvanlar aləmiİşıldaquş

Yaz gecələrinin qaranlığında otların arasında və ya havada uçarkən parıldayan, yanıb sönərək sarı-yaşıl işıq verən bir böcəyi görmüsünüz. Yanına yaxınlaşıldığında işığını söndürən, gecə qaranlığında izini itirən bu böcəyin adı işıldaquşdur. Əslində bu böcəyin verdiyi işığın odla da, istiliklə də bir əlaqəsi yoxdur. Bunun elmi adı 'soyuq işıqdır ki günümüzün texnologiyası bu işığı hələ süni olaraq yaratmağı bacara bilməmişdir. Elm adamları dünyada milyonlarla ildir mövcud olan bu təbiət texnologiyasının əvvəl iş mexanizmini həll etmək sonra da təqlid edərək insanlıq xidmətinə təqdim edə bilmək üçün işlərinə sürət vermişlər. Qısa bir zaman əvvəlinə qədər sürtünmə və ya istilik olmadan işıq əldə etmənin qeyri-mümkün olduğuna Ardı »

Heyvanlar aləmiGizli sualtı sığınacaq olan mərcanlar

Mərcanları ilk dəfə gördüyünüz zaman onları rəngli daş yığını zənn edə bilərsiniz. Lakin bu, yalnış bir ehtimaldır. Çünki mərcanlar canlıdır. Milyardlarla mərcan bir yerdə yaşayır, xüsusi ifrazat maddələri ilə bir-birinə birləşir və bu daş görünüşlü quruluşu meydana gətirir.
Mərcanlar öldükdən sonra qalıqları daşlaşır və bu qalıqlar müəyyən müddət ərzində bir çox canlının birlikdə yaşadığı mərcan yuvalarına çevrilir. Burada yaşayan balıqların özünə xas xüsusiyyətləri var. Məsələn, mələk balığı kimi gündüzlər ov edən balıqlar Günəş batdıqdan sonra mərcan riflərindəki gizli yerlərdə və yarıqların içində gizlənirlər.
Mərcanlarda yaşayan balıqların əsas davranışı da bir-birindən fərqlənir. Məsələn, tutuquşu balığı kimi bəzi balıqlar gecələr yataq örtüyü içində Ardı »

Heyvanlar aləmiHeyvanlarda albinizim

Albinizm (latınca albus- ağ, beyaz)
Albino ya da albinizm, soydan keçən bir maddələr mübadiləsi xəstəliyidir. Bu xəstəliyi daşıyanlara albinizm ya da albino deyilir.
Minlərlə insanı ya da heyvanı təsir edən genetik bir pozuqluq olan albinoluk rənglənmələrə təmin edən melanin piqment yoxluğu ya da azlığından qaynaqlanar. Gözlər, dəri, saçlar və bədənin o biri hissələrini təsir edə bilər. Akvarium balıqlarında da sıx olaraq görülməkdədir.
Albinolarda ( gərək insan, gərək heyvan ) dəri çox incə və ağımtıl ( ya da yüngülcə çəhrayı), etlər (və ya tüklər ) ağdır. Gözlərin gözbebekleri çəhrayı, şəbəkə təbəqədən əks olunan işıq qırmızıdır. Gözlər işığa həssasdır və ümumiyyətlə astigmattır. Albinoluk nadir də olsa, Ardı »

Heyvanlar aləmiQarışqalar

Elm adamları uzun illərdir qarışqaların qida axtarmaq üçün uzun məsafələr qət edib, sonra heç azmadan yuvalarına necə qayıtdıqlarını araşdırırlar. Xüsusilə Saxara səhrasında yaşayan səhra qarışqalarının günəş vasitəsilə istiqaməti müəyyən etdikləri məlum olsa da, onların bu diqqətçəkən xüsusiyyəti elm adamlarını bu sahədə daha dərin tədqiqatlara təşviq etmişdir.

Səhralarda istiqaməti müəyyən etməyə kömək edən heç bir iz və ya işarə olmadığı halda, ziqzaq xətt üzrə yem axtaran Saxara qarışqalarının yem tapdıqdan sonra gəldikləri ziqzaq yolun əksinə, düz xətt üzrə yüz metrlərlə yolu qət edib yuvalarına qayıtdıqları və bunun üçün Günəşdən istifadə etdikləri bundan əvvəl elmə məlum idi.

Ancaq Almaniyanın Ulm və İsveçrənin Sürix Universitetinin mütəxəssisləri Ardı »