Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heyvanlar aləmiTürklərin 4 min illik dostu

Ötən il Rusiya Zooloqlar Cəmiyyəti “ən mistik” və “Azadlığına ən çox bağlı heyvan hansıdır?” — deyə bir sorğu keçirdi. İlboyu davam edən və 5 ölkədən 10 min insan arasında keçirilən sorğunun yekunlarına görə, respondentlər canavarı nəinki ən mistik və azadlığına bağlı heyvan, həm də ən sirli varlıq kimi xarakterizə ediblər. Sorğu Azərbaycanı əhatə etməsə də, yəqin, siz də razılaşarsınız ki, eyni nəticəni bizdən də gözləmək olardı. Çünki istər folkloru, istər mədəniyyəti, istərsə də dini inancları bizim qədər canavarla bağlı olan çox az xalqa rast gəlmək mümkündür.

Canavarın hansı cəhəti türklərı özünə cəlb edib?
Bu heyvanlar azadlıqlarına həqiqətən də çox bağlıdır və demək Ardı »

Heyvanlar aləmiƏn güclü yaddaşa sahib Sidrquşu

İndiyə qədər təsbit edilmiş ən güclü yaddaşa sahib olan quş sidrquşudur. Bu quş Şimali Amerikada böyük qayalıqların, dağların ətrafında və Böyük Kanyonda yaşayır. Onlar şam ağacının toxumları ilə qidalanırlar. Lakin bu toxumlar yalnız sentyabr ayının bir neçə həftəsi ərzində yeyilməli olur. Nəticə etibarilə, quş başqa həftələrdə qidalanmaq üçün tədarük görməlidir. Hər şeydən əvvəl toxumları gizlətmək üçün yer müəyyən edir. Bəzən müəyyən edilən yer şam ağaclarından 20 kmuzaqda olur. Sidrquşu ağaclardan topladığı toxumları gizlətmək məqsədilə bu toxumları yerə basdırır. Toxumu ilk cəhddə torpağa batırır və bəzən də işarə kimi toxumun basdırıldığı yerə kiçik bir daş qoyur.

Sidrquşu sentyabr ayının 3 həftəsi ərzində Ardı »

Heyvanlar aləmiQeyri- adi heyvan növləri

1.Kit baş və ya kral hacıleylək — Китоглав иле королевская цапля.
Bu qəribə quş Şərqi Afrikanın tropik bataqlıqda yaşayır. Bu quş heç də balaca deyil, onun hündürlüyü 110-152 sm. ə qədər çata bilər.



2. Akapi — Окапи
Bu heyvan - nə zebranın, nə atların uzaq qohumudur, o nə az nə çox — zürafənin! Okapi — Mərkəzi Afrikada, Konqo Respublikası üçün tipik heyvandır.



3. Akil-in balığı — Рыба Паку
Bu həqiqi mənada dişli balıq Cənubi Amerika sularında yaşayır. Akil-in demək olar ki, insan dişlərini xatırladan tam yığım dişlərə sahibdir. Təəccüblü deyil ki, bu balığ piranyalarla qohumdur .



4. Qarışqa panda — Муравей-панда
Adına baxmayaraq, bu arı Ardı »

Heyvanlar aləmiQütb ayılarının mükəmməl xüsusiyyətləri

Qütb ayıları qar fırtınalarının 120-140 km sürətə çatdığı, ilboyu qarla və buzlarla örtülmüş bir yerdə çətin şəraitdə yaşayırlar.

Qütb ayıları 800 kq ağırlığında olub, boyları 2,5 metrə çatır.

Dəri və tüklərindəki xüsusiyyətlər

Qütb ayıları buzlarla örtülmüş yerdə yaşadıqları üçün onları soyuqdan qoruyan ağ və qalın kürkləri var. 5 sm qalınlığındakı kürkün ağ görünən tükləri, əslində, şəffafdır. Temperatur itkisinin qarşısını alan fiberoptik xüsusiyyətlərə malik olan bu tüklərin içi boş və şəffaf şar kimidir. Bu şarlar günəş şüalarının istiliyini altdakı qara rəngli tükə qədər birbaşa ayının dərisinə ötürür və ayının qızınmasını asanlaşdırır. Bundan başqa, qütb ayılarının dərisinin altındakı 10 sm-lik yağ təbəqəsi istiliyin qorunmasını təmin Ardı »

Heyvanlar aləmiFlaminqolardakı dizayn

Göz oxşayan rəngləri və estetik görüntüləri olan bu quşlar bol palçıqlı göllərdə koloniyalar şəklində yaşayırlar. Gölün dərinliyi yalnız qidalanmaq üçün deyil, eyni zamanda, yuva qurmaq üçün də əhəmiyyətlidir.

Bu quşların tüklərinin rəngi flaminqonun növündən asılıdır. Açıq çəhrayıdan qırmızıya qədər dəyişən rənglərə sahib olurlar. Yedikləri alfa-karotinli və beta-karotinli qidalar tüklərin rəngini müəyyən edir.

Diatomları, toxumları, mavi-yaşıl yosunları və qabıqlı canlılarısudansüzərək yeyirlər. Flaminqonun dimdiyində kiçik buğumayaqlıların qabıqlarını süzmək üçün ələyə bənzər xüsusi yer var.

Flaminqolar koloniyada cüt-cüt yaşayırlar. Cütlər hər il törəmirlər. Törəmək üçün müəyyən dövr yoxdur. Yağış yağan zaman cütləşmə üçün uyğun olur. Çünki yuvanın istehsalı yağış yağdığı dövrlərdə daha asan olur. Ayrıca, Ardı »

Heyvanlar aləmiMilçəklərin əllərini ovuşdurma səbəbi

Milçəklər bir müddət gəzdikdən sonra ayaqlarından yapışqan maddə çıxır. Bu maddələr tükləri isladır. Bunun sayəsində milçək tərs ya da düz səthlərdə rahatlıqla dura bilirlər.

Təxminən 1 milyon böcək növü bu formada özünə yapışqan təmin edir. Hamımızın ən çox gördüyü isə onların tez-tez qabaq ayaqlarını (əllərini) başlarına çəkməsi olur. Bu hərəkətin əsas səbəbi milçəklərin göz qapaqlarının olmamasıdır. Milçəklər gözlərini təmizləmək üçün qıçlarını gözlərinin üstünə sürtərək onların təmizlənməsini təmin edirlər.

Qeyd edək ki, milçəklərin ən müdafiəsiz anları məhz təmizlik vaxtıdır. Ardı »

Heyvanlar aləmiZürafə | Ən uzun boyunlu heyvan

Bəlkədə onları dünyanın en qəribə heyvanı saymaq olar. Zürafələr haqqında çoxlu məlumatlar olsada onlar haqqında tam dəqiq məlumat almaq çətindir. Onlar haqqında ən çox bilinən xüsusiyyətlər verilşişdir. Qeyd etmək yerinə düşər ki, zürafələrin olduqca heyrətamiz xüsusiyyətləri var. Bunlardan biri o qədər uzun olan boyunlarının digər bütün məməlilər kimi sadəcə 7 fəqərə vasitəsilə daşına bilməsidir. Heyrətamiz digər bir xüsusiyyətləri də vücudlarının uzun boyunlarının üzərində olan beyinlərinə qan çatdırmada çətinlik çəkməmələridir. Bir az düşünüldüyü zaman o qədər uzağa qanın verilməsinin nə dərəcədə çətin olduğunu görə bilərik. Ancaq zürafələr bu mövzuda çox çətinlik çəkmirlər, çünki ürəkləri qanı lazım olduğu qədər uzağa apara bilən xüsusiyyətlərə Ardı »

Heyvanlar aləmiQarışqaların maraqlı mikrob təmizləmə üsulu

Elm adamları qarışqaların çox təsirli mikrob təmizləmə üsulundan istifadə etdiyini aşkar etmişlər. İsveçli tədqiqatçılar müəyyən etmişlər ki,tüklü meşə qarışqaları (formica paralugubris) yuvalarına qatran yığırlar. Ancaq qarışqaların seçdiyi qatran bizim bildiyimiz qatranlara bənzəmir. Çünki onun malik olduğu xüsusi kimyəvi maddələr xəstəlikləri qarışqa yuvalarından uzaq tutur.

Qarışqalar yuvalarını əhatə edən qozalı ağaclardan bərkimiş şirə dənəciklərini yığırlar. Yığılan qatranın miqdarı 20 kiloqrama çatır.

Lozanna Universitetinin professoru Michel Chapuisat və tədqiqat qrupu qatranın antiseptik xüsusiyyətini test etmiş, qatran olan və olmayan yuvalarda müşahidələr aparmışlar. Qatransız yuvada üç qat daha çox göbələk törəməsi və xəstəliyə səbəb olan bakteriyaların artması təsbit edilmişdir.

Bildiyimiz kimi, qarışqaların bədəni çox kiçikdir və Ardı »