Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözlərini isidən balıq

Tunes balığı, bəzi akula növləri və qılınc balığı bədən temperaturlarını ətrafın istiliyindən daha yüksək edə bilirlər. Balıqlar əzələlərdəki və sinir sistemindəki temperaturun yüksəlməsi ilə əldə edilən enerji sayəsində daha sürətli hərəkət edir, bu da ovlanmada onlara üstünlük qazandırır.

İsidilmiş gözlərin üstünlüklərini Avstraliyadakı Kvislend Universitetinin elm adamları sübut etmişlər. Kerstin Fritsçes və tədqiqat qrupu qılınc balığının soyuq suda daha yaxşı görmək üçün gözlərini isitdiyini tapmışdır. Yırtıcı balıqlar bir əzələ ilə toxumalarını ətrafdan 15 dərəcə çox isidə bilirlər.

Araşdırma zamanı qılınc balıqlarına hərəkətli işıq siqnalları göstərilərkən, temperatur, işığın parlaqlıq dərəcəsi və titrəməsi dəyişdirilmişdir. Qılınc balıqları 10 0C-də saniyədə 40 siqnal qət edə bilmişlər. Lakin işıq siqnalı zəif olduqda balıqlar yüksək temperaturda yaxşı görə bilməmişlər.

Elm adamları qılınc balıqlarının təbii mühitdə isidilmiş gözlərindən 500 m dərinliyinə qədər faydalana bildiklərini təxmin edirlər. İsidilmiş gözlər istiliyin su səthinin altına düşdüyü yerlərdə əhəmiyyət daşıyır. Bu səviyyələrdə qılınc balıqları temperatur səviyyəsinin enişini asanlıqla tarazlayırlar. Bu isə balıqlara 100 m dərinlikdə isidilmiş gözlərlə 12 dəfə, 300 m dərinlikdə isə 7 dəfə daha yaxşı görmə imkanı təmin edir.


Tarix: 09.12.2014 / 15:27 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Heyvanlar aləmi
loading...