Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heyvanlar aləmiCeyranların xüsusi soyuducu sistemi

Kondisionerlər bizi qışda soyuqdan, yayda isə istidən qoruyur. Lakin soyuducu sistemləri ilk dəfə insanlar kəşf etməyib. əslində bir çox canlının bədənində kondisionerə bənzər soyuducu sistemlər var. Buna Afrikada yaşayan və çox sürətli qaçan ceyranı göstərə bilərik. Bu canlı bir çox başqa canlılar kimi başqa müdafiə vasitəsi olmadığından həyatını davam etdirmək üçün düşmənlərindən qaçmaq məcburiyyətindədir. Lakin bu sürətli qaçış ceyranın bədən temperaturunu yüksəldir. Bu hal ceyran üçün çox təhlükəlidir, çünki bədən temperaturu artdıqca ceyranın beyin temperaturu da arta bilər. Amma ceyranın yaşaması üçün beyni bədənindən sərin olmalıdır. Belə halda ağlınıza "bu halda ceyranlar nə üçün ölmür?" sualı gələcək.
Ceyranların beynini başlarının sağ Ardı »

Heyvanlar aləmiGöydələnlər tikən kor termitlər

Termitlər qarışqa kimi kiçik böcəklərdir, amma buna baxmayarıq onlar çox bacarıqlıdır. Bu kiçik canlılar qülləyə bənzər hündür yuvalar hazırlayırlar. Xarici görünüşdən sadə görünən bu qüllələr, heçdə sadə deyildir. Çünki termitlər yuvalarını eyni layihə əsasında hazırlayırlar. Burada bala termitlər üçün xüsusi otaqlar, mantar hazırlayan hücrələr, ana termitin otağı və s. otaqlar olur. ən əsas cəhət isə termit yuvalarında havanı dəyişmək üçün xüsusi bir ventilyasiya sisteminin olmasıdır. Termitlərin dərisi çox incə olduğu üçün onların rütubətli havaya ehtiyacı var. Buna görədə onlar yuvanın içindəki hərarəti və rütubəti müəyyən bir tarazlıqda saxlamalıdırlar. əks təqdirdə ölə bilərlər. Termitlər bunu necə edir bes? - termitlər havanı yuvanın Ardı »

Heyvanlar aləmiAğcaqanad

İnsanlar üçün qeyri-real görünən bir çox şey heyvanlar tərəfindən rahatlıqla həyata keçirilir. Məsələn, insanlar hamiləlik müddətini uzada bilməzlər, amma bəzi canlılar bunu asanlıqla edə bilirlər.

Allah ağıla, zəkaya və hətta bəzən beyinə belə sahib olmayan canlılara heyrətamiz işlər etdirir. Bunlar arasında ən çox qarşılaşdığımız və bəlkə də ən az əhəmiyyət verdiyimiz canlı növlərindən biri ağcaqanadlardır.

Uçuşundakı üstün dizaynından, yumurtaları üçün torpağın nəmini və temperaturunu ölçməsinə və kamuflyaja qədər bir çox fövqəladə qabiliyyətə sahib olan ağcaqanadların ən əhəmiyyətli xüsusiyyəti doğuşunu gecikdirə bilməsidir.

Yağışa aldanmayan kiçik canlı
Ağcaqanadlar yağışlarla birlikdə törəməyə başlayan canlılardır. Ancaq bəzi ağcaqanad növləri yumurtlama dövrlərinin gəlməsinə baxmayaraq, ilk yağışdan sonra deyil, ikinci, Ardı »

Heyvanlar aləmiZəhərli evkalit yarpaqları ilə qidalanan Koalalar

Koala Avstraliyada yaşayan kisəli heyvanlardan biridir. Bu canlılar həyatlarının böyük hissəsini evkalipt ağaclarının üzərində keçirirlər.

Evkalipt ağacı koalalar üçün həm ideal qorunma məkanı, həm də qida və dərman mənbəyidir. Evkalipt yarpaqları bir sıra tibbi təsirə malikdir. Bu yarpaqlar efir yağı ilə zəngindir. Bu yağın kimyəvi tərkibi bir çox heyvan üçün öldürücüdür, yəni zəhərlidir. Koalanın qaraciyəri bu maddənin zəhərini zərərsizləşdirən xüsusi sistemə malikdir. Bu səbəbdən, koalalar digər canlılardan fərqli olaraq bu zərərli bitkini rahatlıqla qida kimi istifadə edirlər.

Koala evkalipt budaqlarında hərəkət edərkən, bu yarpaqların yağları heyvanın bədəninə də sürtülür. Bədənə sürtülən yağın bir hissəsi havaya sovrulur, digər hissəsi isə bədəndə qalır. Bu isə Ardı »

Heyvanlar aləmiƏn ağıllı heyvanlar

Planetin ən ağıllı heyvanının hansı olduğunu araşdıran tədqiqatda ilk yeri şimpanzelər tutmuşdur. Onların intellektual bacarıqları kifayət qədər uzun müddətdə insanları heyrətləndirməyi bacarmışdır. Onlar öz problemlərini özləri həll edə, jestlərin dilini öyrənərək insanlarla ünsiyyət zamanı istifadə edə bilərlər. Bu heyvanlar rəqəmlərin yadda saxlanılması testində insanları geridə qoyur. Onlar hətta adi riyazi tapşırıqları həll etmək üçün kompüterdən də istifadə edə bilirlər.


İkinci pillə delfinlərə məxsusdur: onların dili çətindir, onlar özləri arasında ünsiyyət qura və komanda davranışına reaksiya verə bilərlər. Müharibələr zamanı onlardan “poçtalyon” qismində istifadə edirdilər. Delfinlərin baş beyinlərinin alın və qabıq hissəsi insanda olduğundan 40% çoxdur.


Üçüncü pillədə isə oranqutanlar yer alıb – Ardı »

Heyvanlar aləmiPinqvinlərin maraqlı xüsusiyyətləri

Pinqvinlər təxminən -400 C – lik bir mühitdə yaşamaq üçün xüsusi təchizatlara sahibdirlər. Buzun üzərində yaşayır, qidalanır, ovlayır və balalarını böyüdürlər. Bu, şübhəsiz, böyük əmək tələb edən işdir. Ancaq pinqvinlər bir insanın əsla yaşaya bilməyəcəyi belə bir mühitdə varlıqlarını problemsiz davam etdirə bilirlər.

Pinqvinlərin sərt hava şəraitindən mənfi təsirlənən balalarının xüsusi qayğıya ehtiyacı var. Dişi pinqvin, adətən, bir yumurta çıxarır və bu yumurtanın bütün məsuliyyəti erkək pinqvinə aid olur. Kürtə erkək pinqvin yatır və təxminən -40o C – də 65 gün boyunca yerindən heç tərpənmədən bu vəzifəni yerinə yetirməyə çalışır. Bu 65 gün onlar üçün, həqiqətən də çətin mərhələdir. Bu müddət boyu Ardı »

Heyvanlar aləmiMükəmməl eşitmə sisteminə malik güvələr

Bir heyvan həyatda qalmaq üçün düşmənini və ya ovunu müəyyən etməlidir. Bunun üçün qarşısındakı canlını çox yaxşı tanımalıdır. Bu baxımdan güvələr ən böyük düşmənlərinin, yəni yarasaların yem ovlayarkən istifadə etdikləri yüksək tezlikli səsləri eşidib tanıma xüsusiyyətlərinə malikdirlər.

Güvəyə bu xüsusiyyəti qazandıran mərkəzi sinir sistemini öyrənmək və güvənin yarasadan necə xilas olduğunu müəyyən etmək məqsədilə tədqiqatlar aparan Tafts Universitetindən bir neçə tələbə və elm adamı gecə güvələrinin mərkəzi sinir sistemini tədqiq edərək möcüzəvi nəticələr əldə etdilər. Tədqiqatlar nəticəsində güvələrin qulaqlarındakı xüsusi sistemlə yarasalardan qorunduqları məlum oldu. Sadə görünən bu sistem, əslində, güvənin ultrasəs dalğalarını eşitməsini təmin edən mükəmməl quruluşa malikdir.

Yarasalar qaranlıqda necə Ardı »