Fəlsəfə → İctimai şüur və onun formaları
İctimai şüur - cəmiyyətin mənəvi istehsalının böyük bir hissəsini təşkil etməklə ictimai varlığın inikasıdır. Sosial hadisələrin inikasına və onun məna dərinliyinə görə adi və nəzəri şüur da bir-birindən fərqləndirilir. Adi gündəlik şüur ictimai şüurun ən küütləvi forması olmaq etibarı ilə konkret ictimai varlığa, adi gündəlik həyata münasibətdə fərdlərin əldə etdikləri konkret bilikləri, təsəvvürləri, insan birgəyaşayışına, milli və etnoqrafik xüsusiyyətlərinə, əxlaq normalarına, ailə və məişətə və həyat şəraitinə aid olan şüur səviyyəsidir.
Elmi-nəzəri şüur sosial gerçəkliyin elmi və nəzəri cəhətdən sistemli və ümumiləşdirilmiş inikasıdır. O, daxili mahiyyətli qanun və kateqoriyalar vasitəsilə ifadə olunan inikasıdır. Son vaxtlar elmi ədəbiyyatda «mentalitet» anlayışından istifadə Ardı »