Fəlsəfə → Cəmiyyətin sosial varlığı
«Sosiallıq» anlayışı Latınca-ictimailik, birgə yaşayış, vətəndaşlıq, cəmiyyət haqqında qarşılıqlı münasibət və vəzifələr yerinə yetirmək mənasını verir. Sosial fəlsəfə dedikdə-cəmiyyət, onun strükturu, hərəkətverici qüvvələri və qanunauyğunluqları haqqında elm başa düşülür. Sosial inkişafın inkişaf etmiş pilləsinə uyğun olaraq sosial strükturda mərkəzini (nüvəsini) insanın təşkil etdiyi etnik, demoqrafik, məsgən, peşə-təhsil və sinfi strükturları bir-birindən fərqləndirmək olar. Öz qarşılıqlı təsiri və məcmusunda cəmiyyətin sosial strükturu iki cür mənşəyə malikdir. Onlardan ikisi etnik və demoqrafik strükturlar öz mənşəyinə və köklərinə görə insanın bioloji təbiəti ilə bağlı olub biososial mahiyyət daşıyırlar. Digər üç strüktur isə, yəni məskən, sinfi və peşə-təhsil strükturları sözün tam mənasında sosialdırlar, üç əmək Ardı »