Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kitablar və mütaliəDünyanın ən qəliz kitabları

«Millions» adlı ədəbiyyat şəbəkəsi bu günə qədər yazılmış 10 ən çətin kitabı seçib. Üç il davam edən araşdırma zamanı oxumağın çətinliyi baxımından kitabların uzunluluğu, dili və üslubu, qeyri-ənənəvi texnikası, struktur fərqliliyi nəzərə alınıb. Seçim yalnız qərb dillərində yazılmış kitablar arasında aparılıb.

1. Amerikalı yazıçı Djuna Barnesin (1892-1982) «Nightwood» (Türk dilinə — “Gecəni danış mənə” adı ilə tərcümə edilib) adlı romanı. Bu kitab qeyri-adi dil strukturu ilə müasir ədəbiyyatın kult əsərləri arasına girib.

2. İngilis ədəbiyyatının möhtəşəm abidəsi olan “Qulliverin səyahəti”nin müəllifi Conatan Sviftin “Çəlləyin nağılı” adlı əsəri.

3. Alman filosofu Hegelin əsas əsərlərindən biri olan “Ruhun fenomenologiyası” kitabı.

4. İngilis yazıçısı Virciniya Vulfun texniki bacarığını Ardı »

Kitablar və mütaliəOxuma sürətini necə iki dəfə artırmaq olar?

Gün ərzində kitabların oxunmasına bir neçə dəqiqə, elektron ünvanınızdakı məktubaların oxunmasına bir dəqiqə yarım vaxt sərf etmək istəyirsiniz? Oxuma sürətini iki dəfə artırmaqla vaxta necə qənaət etmək olar?

Buna nail olmaq çox asandır. Sizə taymer və beyninizdən istifadə etməyin yeni üsullarını kəşf etmək lazım olacaq.

1-ci addım: Fiziki duruş

Düz oturun, çiyinlərinizi boşaldın və döşəmədə ayaqlarınızı rahat şəkildə yerləşdirin. Tədqiqatçılar bu duruşun sizin tez oxumağınıza və yaxşı qavramağınıza kömək edəcəyini bəyan edirlər. Bunu indi edin. Daha sonra isə üzünüzün gərginliyini atın və gülümsəyin. Fərqi hiss edirsiniz?

Kitabı masaya və yaxud döşəməyə nisbətən 40 – 50 dərəcədə saxlayın və başınızı bir az önə əyin. İndi Ardı »

Kitablar və mütaliəOxumaq, oxumaq yenə də oxumaq

Oxucuların təsnifatının müxtəlif modelləri mövcuddur. Çalışacam sizi bu modellərin bəziləri ilə tanış edim.

R. Başbergerin modelinə görə uşaq və gənc oxucuları 4 -tipə bölmək olar.

1-Romantik tip. Nağılları,macəra ədəbiyyatını daha çox sevən, realist və intellektual-əxlaqi bədii ədəbiyyatı bəyənməyən tipdir. Uşaqlar arasında tez-tez təsadüf olunur və bu tip oxucular yeniyetməlik yaşlarında fantastik ədəbiyyatı böyük həvəslə oxuyurlar.

2-Realist tip. İnsanlar arasında qarşılıqlı münasibət və onları əhatə edən xarici aləm haqqında yazılan kitabları oxuyur, nağıllara maraq göstərmir. Bu xüsusiyyətlər yeniyetmə yaşlarında özünü biruzə verir.

3-İntellektual tip. Bədii ədəbiyyatda əməli nəticə çıxarmağa çalışır, biliyini artırmğa cəhd göstərməsi ilə əlaqədar olaraq maraqlı məlumatlarla zəngin kitablar oxumağı daha çox sevir. Bu Ardı »

Kitablar və mütaliəDünyanın ən bahalı kitabları

Alman filosoflarından biri deyirdi ki, kitablar bəşəriyyətin yeganə qalıcı yaddaşıdır.

Həqiqətən də bu belədir.

Dövlətlər, şəxsiyyətlər, mədəniyyətlər, sivilizasiyalar gəlir və gedir, lakin kitablar bəşər cəmiyyəti durduqca durur, bir nəsildən digər nəslə ən dəyərli mülkiyyət kimi ötürülür.

Məhz bu xüsusiyyət də, kitabların dəyərini, qiymətini müəyyənləşdirin başlıca amildir. Bəs görəsən dünyanın ən bahalı kitabları hansılardır?

1. Leonardo Da Vinçi – “Lester əlyazmaları”, 30.8 milyon dollar, (1994)

1500-cü ildə nəşr olunub. Bu kitab tarixə “bu günə qədər satılan ən bahalı kitab” adı ilə düşüb. Maraqlıdır ki, bu kitabın sahibi dünyanın ən zəngin adamı Bill Geytsdir. O, kitabın çox sayda şəkillərindən “Microsoft”un ekran qoruyucuları kimi istifadə edib və həmçinin kitabı Ardı »

Kitablar və mütaliəOxucunun tələbləri

А. Ümumi:

1. Bütün kitabları bir qaydada oxuma. Oxuma qaydası qiraətin məqsədi (hədəfi) ilə uyğun gəlməlidir.

B.Maariflənmək üçün oxunan zaman:

2. Yadda saxla, mütaliə — “sözgəlişi”, “bekarçılıq” deyil, vacib, lazım olan, ciddi işlərdən biridir.

3. Heç olmazsa, oxuduğun kitablardan birini tədqiq edərək, oxu.

4. Mütaliəyə sərf etdiyin vaxt və qüvvəyə heyfsilənmə: artıqlamasilə ödəniləcək. Bütün qüvvəni mütaliəyə sərf et.
5. Durmadan təfəkkür və təxəyyül tənbəlliyi ilə mübarizə apar. Bunlar ən pis düşməndir.

6. Çalış, (mütaliə etdiyin) kitabın hər yeri mükəmməl və aydın surətdə anlaşılsın

7. Ciddi səbəb olmadan heç nəyi nəzərdən qaçırma.

8. Ciddi səbəb olmadan kitabı tamamlanmamış (yarımçıq) qoyma.

9. Ehtiyac olmadan Ardı »

Kitablar və mütaliəDünya kitabxanaları

Kitabxanalar mədəniyyətin bir qoludur və onlarsız mədəniyyəti təsəvvür etmək mümkün deyil. Bu yazıda dünyanın müxtəlif şəhərlərində yerləşən tanınmış kitabxanaların bir neçəsi haqqında qısa söhbət açacağıq.

Kopenhagen Kral Kitabxanası
Kopenhagen Kral Kitabxanası Danimarkanın milli kitabxanası sayılır və Skandinaviya ölkələrində ən böyük kitab saxlancıdır. Kitabxananın fondunda böyük sayda tarixi əhəmiyyətli nəşrlər saxlanılır. Burada Danimarkada ilk dəfə 1482-ci çap edilmiş kitabdan tutmuş, XVIII əsrdən başlayaraq çap olunan kitablar saxlanılır. Kitabxana 1648-ci ildə Danimarka kralı II Frederik tərəfindən açılıb. Ümumi istifadə üçün isə kitabxana 1793-cü ildən fəaliyyət göstərir. 1989-cu ildə o, universitet kitabxanasına çevrilib və 2005-ci ildə Danimarkanın Milli Kitabxanası adlandırılıb. İndiki rəsmi adı isə Danimarka Ardı »

Kitablar və mütaliəMüasir Qırmızı papaq

Tanınmış yazıçılar “Qırmızı Papağın nağılı”nı yazsaydılar necə alınardı?

Haruki Murakami

Mən oyananda, Qırmızı Papaq hələ yatırdı. Mən dalbadal yeddi siqaret çəkdim və mətbəxə keçib əriştə bişirməyə başladım. Mən həmişə əriştəni çox diqqətlə bişirirəm və kiminsə məni bu prosesdən ayırmağını sevmirəm. Radioda Pink Floyd oxuyurdu. Əriştənin sousunu hazırlayanda qapının zəngi eşidildi. Mən qapıya yaxınlaşanda otağa da göz atdım. Qırmızı Papaq hələ də yatırdı. Onun qulaqlarına tamaşa etdim. Bir qulağını səhər günəşi işıqlandırırdı. Mən ömrümdə belə qulaqlar görməmişdim… Qapını açanda Canavarı gördüm. Dərhal yadıma qoyun düşdü.

Viktor Hüqo

Qırmızı Papaq titrədi. O tək idi. O, səhrada iynə kimi tək idi, ulduzların arasında Ardı »

Kitablar və mütaliəTarixsiz səhifələr

Məncə ən yaxşısı qeydləri hər gün etməkdir. Gündəlik tutmaq lazımdır ki, məğzinə varasan. Heç bir xırdalığı, kiçik faktları hətta onlar qeyri mümkün görünsələr belə itirməmək lazımdır, ən başlıcası onları sistemləşdirmək lazımdır. Bu stolu, küçəni, tənbəki kisəmi necə görürəmsə eləyazmalıyam, çünki məhz BU dəyişilib. Bu dəyişikliyin ölçüsünü və xarakterini dəqiq müəyyən etmək lazımdır.

Məsələn elə bu karton qabı götürək, mən onun içində mürəkkəb qabarcıqlarını saxlayıram. Gərək çalışıb onu əvvəl və sonra necə gördüyümü müəyyən edəm. Bax bu fonda görünən düzbucaqlıparallelepiped… Boş şeydir, bu barədə danışmağa dəyməz. Məhz elə bundan qaçmaq lazımdır- ən kiçik qəribəliyin belə olmadığı nəyisə qəribə təsvir Ardı »