Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kitablar və mütaliəÇovdarlıqda uçurumdan qoruyan | Selincer

Bu gün haqqında yazacağım roman, böyük ümid və gözləntilərlə oxumağa başladığım Cerom Devid Selincerin yeganə romanı "Çovdarlıqda uçurumdan qoruyan" əsəridi. Əsərdən çox maraqlı olmasını gözləməmin əsas səbəbi onun haqqında oxuduğum fikirlər və bir neçə fakt olmuşdu. İndi o faktları qeyd edim, sonra görün mənə haqq verəcəksiniz, ya yox.

Amerikalı yazıçı Cerom Devid Selincer bu romanı 1951-ci ildə qələmə almış və roman üzərində 9 il işləmişdir. Roman yazıçıya dünya şöhrəti qazandıraraq qısa müddətdə 60 mln. nüsxə ilə satılmışdır.
Roman nəşr edildiyi gündən əksər amerikan gənclərinin sevimli kitabına çevrilmişdir. Əsərin təsirindən intihar edən gənclər belə olub.
Roman vulqar ifadələrinə və bir çox səbələrə görə Ardı »

Kitablar və mütaliəVudi Allenin sevdiyi 5 kitab

Tanınmış rejissor Vudi Allen bu dəfə sevimli kitablarının siyahısını tərtib edib. Allen ədəbi zövqünün formalaşmasında əhəmiyyətli rol oynayan kitablar haqda danışıb.

Cerom David Selincer “Çovdarlıqda uçurumdan qoruyan” (1951)
Bu roman həmişə mənim üçün xüsusi əhəmiyyət kəsb edib. Onu oxuyanda çox gənc idim, 18 yaşım ya olardı, ya olmazdı.

Romanı oxuyan zaman yaranan təəssüratlarım mənim Manhetten, Nyu York və digər böyük şəhərlərlə bağlı arzularımla üst-üstə düşürdü. “Çovdarlıqda uçurumdan qoruyan” məktəb vaxtı bizə oxutdurulan kitablardan, əsərlərdən çox fərqli idi.

Romanın atmosferi mənə çox yaxındır. Mənim ruh halımdır deyə bilərəm. Bu kitabı bir neçə dəfə oxumuşam və hər dəfə də eyni zövqü almışam.

Mezza Mezzrou və Bernard Volf Ardı »

Kitablar və mütaliəFaranheyt 451 | Rey Bredberi

Bir cəmiyyət düşünün bütün kitablar yandırılsın, hətta onları evdə saxlamaq belə cinayət sayılsın. «Yanğınsöndürən»lərin peşəsi kitab yandırmaq olsun. Mənəvi dəyərlər, hisslərə qapılmaq, düşünmək lazımsız hesab edilsin. Ətraf robotlaşmış «insan»larla əhatələnsin.

Tam təsəvvür edə bilmədinizsə, Rey Bredberi sizə kömək edər.

«Faranheyt 451» Rey Bredberinin 1953-cü ildə nəşr edilmiş romanı. Adı ilə oxucuda maraq yaradan əsərlərdəndi. Əsərə ad seçməkdə də ustalıq çox vacibdi. Bredberidə bu əla alınıb.

Nədi 451 dərəcə faranheyt?
451 dərəcə faranheyt — bu, kağızın alışdığı və yanmağa başladığı temperaturdu. Yanan kağızlarsa, sadəcə kağız deyil, məhv olan fikirlərdi. Məhv olan düşüncələrdi. Düşünən insanlığın külləri. Mühakimə edən insanların son nəfəsi. Robotlaşmanın təməli…

Qay Ardı »

Kitablar və mütaliəKitab ətri

Bəh-bəh-bəh...telefonlardakı bluetooth adlarına baxırsan və fərqli, fərqli düşüncələrə dalırsan, deyirsən ki, gəl-ha-gəl-ə bax. Əslində hər kəsin öz malı ilə istədiyini etməyə haqqı var, amma, gəlin, boynumuza alaq ki, bu gün başqa şeyi demirəm, elə məhz telefonlara olan maraq kitablara olsa, həyat necə olardı?! Və yaxud da internetdə vaxtı sərf etdiyimiz oyunlar əvəzinə (ya da bu vaxtın daha bir qismini) kitablara, əsərlərə, məlumatlara, məqalələrə və yaxud da elə maraqlı postlara ayırsaydıq.
Hansı cavanlarımız bir araya toplaşdıqda bir-birləri ilə oxuduğu kitablardan söz açır, hansılar əsərləri müzakirə edir, hansılar kitablarını oxumaq üçün dəyiş-düyüş edirlər??? Axı hansılar? Çox azdır..

Haqsızlıq etməyim, təbii ki, oxuyanlar var, buna Ardı »

Kitablar və mütaliəKnulp | Herman Hesse

Bütün həyatı yollarda keçən bir yolçunun hekayəsidir Knulp. İstədiyi yerə «qonaq», amma heç yerdə qərar tutmayan azad ruhun qısa dastanı...

Knulp, hər birimizin içində yatan «tərk etməyə meyilli» yönümüzdü əslində. Roman boyu doğmalıq hiss edir oxucu bu obrazla öz arasında.

Knulp tərk edir, Knulp yalnızdır, vecsizdir. Amma Knulpın digər yalnızlardan böyük fərqi var, o, cəmiyyətdən təcrid olunmuş yalnızlardan deyil. Knulp getdiyi hər yerin sakinidir, amma heç yerə aid deyil. Knulp hər kəsdə bir iz buraxır, amma heç kəsə, heç yerə bağlanmır.

Bu vecsizliyin səbəbini Knulp özü belə izah edir: “Hər şey o zaman baş verdi… O zaman, hələ on dörd yaşındaykən, Franziska mənə Ardı »

Kitablar və mütaliəElektron kitabın 7 üstünlüyü

Çoxumuz kitabları, onların qoxusunu uşaqlığımızdan sevirik. Elə sevirik ki, otaqlarımızı rəflərlə, rəfləri kitablarla doldurduq. Bir gün rəflərdə yer qalmadı, masanın, yatağın üstünə, mətbəxə, bəzən hamama kitab qoyası olduq… Amma bir kitabı əlimizə alıb oxumaqdan, sətirlərin altını cızlamaqdan aldığımız ləzzət, həyatımızda elektron kitablara yer verməyimizə əngəl ola bilməz.

1. Çünki biz qladiator deyilik
Dostoyevsikinin «Karamazov qardaşları», yaxud Murakaminin «1Q84» kimi irihəcmli romanları oxuduğunuzu təsəvvür edin. Bəlkə də noutbukunuzdan da ağır olan bu kitabları yanınızda necə daşıyacaqsınız? Yaxud yerinizdə uzanıb oxuyarkən qollarınızın ağrısına nə qədər dözəcəksiniz?

2. Hansı kitabı oxuduğunuzu heç kim bilməyəcək
Şəxsi inkişafa aid, yaxud "Ərə getməyin 100 qaydası" haqqında kitab oxuya bilərsiniz. Amma Ardı »

Kitablar və mütaliəSistemlə mübarizə haqqında on kitab

Fransız yazıçısı Frederik Beqbeder yazır: “Sistem o halda qalib gəlir ki, insanlara öz həbsxanalarını sevirlər.” Sistemin təqdim etdiyi reallıqla barışmaq lazımdırmı? Bir adam və ya qrup azadlıq uğrunda döyüşüb qalib gəlməyə qadirdirmi?

XX və XXI əsrlərdə sistem əleyhinə yazılmış ən məşhur kitablar:


Rey Bredberi, “Farenheytlə 451 dərəcə”
Farenheytlə 451 dərəcə kağızın yanma temperaturudur. Gələcəyin dünyasında kitabları yandırır, insanların başını informasiya zibili ilə doldurur, fərqli düşünənləri elektorşokla müalicə edirlər. Gələcəyin dünyası təhlükəlidir, çünki həqiqidir, çünki öncəgörmələrin bir çoxu artıq baş verib. Amma hələ ki, məhəbbət, gözəllik və həqiqətə can atma var, deməli ümid var.

Ken Kizi, “Ququ quşu yuvası üzərindən uçuş”
Bu kitab sağlam fikirlə dəlilik arasındakı Ardı »

Kitablar və mütaliəKiçik hekayə

Biri var imiş, biri yox imiş, bir dalğa varmış. Bu dalğa hansı dənizdəsə bir qayaya vurulubmuş. O, hər gün özünü bu qayanın qoynuna atır, onu yalayır, gecə-gündüz öpüb oxşayır, dümağ qollarını boynuna dolayır, ağlayır, sızlayır, yalvarır ki, ona mehman olsun. Dalğa həmən qayanı beləcə sevə-sevə, oxşaya-oxşaya, yavaş-yavaş, altdan-altdan oyur, oyur… və günlərin bir günü qaya tamam ovulur, uçub onun qoynuna yıxılır… Və dalğa birdən görür ki, daha qucaqlamağa, sevib oxşamağa, vüsal həsrəti ilə yanmağa qaya yoxdur. O, çilik-çilik olub, özünün qucağında boğulub, dənizin dibinə gedib… Bilir ki, aldanıb… Çox fikirləşir ki, neyləsin, axırda gedib özünə ayrı qaya axtarır...

Həyatın çox yaxşı qanunu Ardı »