Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kitablar və mütaliəBritannika ensiklopediyası

Britannika ensiklopediyası (ingilis dilində: Encyclopaedia Britannica) – ingilis dilində universal ensiklopediyadır. Şotland maarifçiləri Adam Blek və Çarlz Blek (Adam Black, Charles Black) tərəfindən Edinburq şəhərində yaradılmışdır.

Britannika ensiklopediyasının tarixi
İlk nəşri ensiklopedik lüğət əsasında 1768-1771-ci illərdə 3 cilddə həyata keçirilmişdir. Britannika ensiklopediyasının ilk 8 nəşri Edinburq şəhərində buraxılmışdır. 1870-ci ildə nəşriyyat «The Times» qəzetinin himayəsi altına verilir və London şəhərinə köçürülür. Ensiklopediyanın 11-ci nəşrini Kembric universiteti 1500 ekspertin iştirakı ilə həyata keçirir. 1901-ci ildə Britannika ensiklopediyası ABŞ-nın Çikaqo şəhərindən olan Huper adlı mülkiyyətçi tərəfindən alınır. 20-ci illərdə ensiklopediya «Sheers, Roobeck & Co» firması tərəfindən satın alınır və 1941-ci ildə Çikaqo universitetinə baöışlanır.

1974-cü ildə Ardı »

Kitablar və mütaliəBalaca şahzadə | Ekzüperi

Yəqin ki, dünyada elə bir adam tapılmaz ki, fransız yazıçısı Antuan de Sent-Ekzüperinin qəhrəmanı Balaca şahzadəni tanımamış olsun. Bu ibrətamiz nağıl, yazıçının uşaqlıq xatirələri və yaşadıqlarını əlavə elədiyi avtobioqrafik pritça fransız dilindən ən çox çevrilən və oxunan kitab hesab olunur.

Kitabın qəhrəmanı başqa planetdən gəlsə də əbədi olaraq qəlblərimizə köç edib.

“Balaca şahzadə”dən sitatlar
Belə bir dəyişməz qayda var: səhər durdun, yuyundun, özünü qaydaya saldın, dərhal planetini qaydaya sal.

Mənim sirrim budur, o çox sadədir: iti görən ancaq ürəkdir. Ən vacib olanı gözlərlə görmək olmur.

Ancaq və ancaq düz getsən, uzağa gedə bilməyəcəksən.

Çiçəklərin nə danışdıqlarını dinləmək lazım deyil. Sadəcə onlara baxmaq və qoxulamaq lazımdır. Ardı »

Kitablar və mütaliəÇöl çiçəyi | Waris Dirie

“Varis” somali dilində çöl çiçəyi deməkdir
Bəzən gözü görən, qulağı eşidən adama oxşasa da adamlıqdan xəbəri olmayan adamlarla bir dünyada, bir mühitdə və hətta bir ölkədə yaşamaq insana dəhşətli gəlir. Lakin həyat bir cəngəllikdir, yaşamaq istəyən mübarizə aparacaq. Varis Driyenin mübarizə dolu həyatı kimi...

Qəribə də olsa, oxuduğum əsərlərin qəhrəmanları həmin həyat kəsiyində həmişə yaşıdlarım olub. Təsadüf bu dəfə də təkrarlandı. Varis Driye romanını yazanda düz 28 yaşını tamam etmişdi. Elə bəndəniz də 28 – ci baharını geridə qoyub. Bu dəfə dünyaya məşhur supermodelin baxış bucağından baxmağa çalışdım. Deyim ki, bu yolçuluqda xeyli yoruldum, üzüldüm.

Varis Driyenin “Çöl çiçəyi” romanını təsadüfən İstanbulda, özü də Ardı »

Kitablar və mütaliəBUKkrossinq | Kitabların səyahəti

Təbii ki, kitablar özbaşına gəzə bilməzlər.Onların «səyahətinə» insanlar yardım edirlər. Bunun üçün xüsusi hərəkat olan Bukkrossinq yaradılıb.
Bukkrossinq ingilis sözü olub, «kitab dövriyyəsi» mənasını ifadə edir.
Onun mahiyyəti belədir: bir nəfər hər hansı bir kitabı oxuduqdan sonra onu ictimai yerdə- parkda, kafedə,qatarda, metro stansiyasında «unudur» ki, başqa biri onu tapıb oxusun. Kitabların belə «səyahət»i xüsusi internet saytları tərəfindən izlənilir.

Bukkrossinq təşəbbüsünü amerikalı internet texnologiyaları üzrə mütəxəssis Ron Hornbeker 2001-ci ilin mayında irəli sürmüşdü.
Birinci dəfə o, 20 kitabın içinə təlimat yazılmış vərəqlər qoyaraq onları yaşadığı mehmanxananın foesində yerləşdirmişdi. Yarım ildən sonra onun şəxsi saytında artıq 300 aktiv oxucu vardı.

Hər bir hərəkat üzvü özü Ardı »

Kitablar və mütaliəİNFRASTRUKTUR

5 beynəlxalq hava limanı, 4 avtovağzal kompleksi, 4 metro stansiyası tikilib istifadəyə verilmişdir.
14 sərnişin və yük gəmisi, 27 sərnişin təyyarəsi, metropoliten üçün 141 sərnişin vaqonu alınaraq istifadəyə verilmişdir.
31 körpü, 726 kilometr uzunluğunda yeni avtomobil yolları, 8,4 min kilometrlik qaz kəmərləri çəkilmişdir.
14 elektrik stansiyası tikilib istifadəyə verilmişdir.
Elektrik stansiyalarının gücü 21% artmışdır.
27 otel tikilmiş, 3 dövlət təbiət qoruğu, 9 milli park və 6 dövlət təbiət yasaqlığı yaradılmışdır. Ardı »

Kitablar və mütaliəKitabdan reallığa

Bu təəccüblü olsa da bəzən yazıçılar özləri də bilmədən hər hansısa əsəri yazanda fantaziya gücünü işə salaraq müəyyən fenomeni, ideyanı irəli sürürlər hansı ki, hələ mövcud deyil. İndi biz sizə bu kitabların adını və ideyalarını göstərəcəyik hansılar ki, illər sonra reallaşmışdı.

1. ”Atom bombası” söz birləşməsini ilk dəfə yazıçı Herbert Uells işlətmişdi. O, “Dünyanın azad edilməsi” kitabında bu fikirdən istifadə etmişdi. Maraqlısı odur ki, kitab 1913-cü ildə işıq üzü görmüşdü. Yəni 1-ci Dünya müharibəsindən əvvəl və hamıya məlumdur ki, atom bombası 2-ci Dünya müharibəsinin sonu 1945-ci ildə sınaqdan keçmişdi.

2. Struqas qardaşlarının “Günorta, XXII əsr” povestində “Kaspar-Karpor” sitemindən istifadə etmişdi. Bu metod beynin Ardı »

Kitablar və mütaliəBiz niyə bədii ədəbiyyat oxumalıyıq?

Əgər sizdən “Biz niyə bədii ədəbiyyat oxumalıyıq?” soruşan dostlarınız varsa, onları görkəmli ingilis yazıçısı Nil Heymanın məruzəsi ilə tanış edin.

Bu bir növ maraqlar deklarasiyasıdır. Beləliklə, mən insan həyatında bədii ədəbiyyat oxumağın ən vacib işlərdən biri olduğu haqda danışmaq niyyətindəyəm.

Belə görünür ki, mən qərəzliyəm, çünki mən yazıçıyam, bədii mətnlərin müəllifiyəm. Mən böyüklər üçün də yazıram, uşaqlar üçün də. 30 ilə yaxındır ki, çörək pulumu sözlərin köməyi ilə qazanıram. Şübhəsiz, mən maraqlıyam ki, insanlar bədii ədəbiyyat oxusunlar, kitabxana və kitabxanaçılar yaşasın və oxumağı sevməyə imkan yaratsınlar.

Beləliklə mən yazıçı kimi qərəzliyəm. Lakin mən oxucu kimi daha qərəzliyəm.

Bədii ədəbiyyatın 2 təyinatı var.

Birinci, o sizə Ardı »

Kitablar və mütaliəSahibkarlıq Mühiti

1. Dövlət tərəfindən sahibkarlıq subyektlərinə 1,2 milyard manat güzəştli kredit verilmişdir.
2. Dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 489,9 milyon manat yardım verilmişdir.
3. Ümumi məhsul istehsalının həcmində qeyri-dövlət müəssisələrinin payı 81%-i ötmüşdür.
4. 3592 istehsal və xidmət müəssisəsi yaradılmış, sahibkarlıq subyektlərinin sayı 2,9 dəfə artmışdır.
5. Xarici investisiyalı müəssisələrin sayı 25%-dən çox artmışdır.
6. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan «Doing Business 2009» hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmişdir. Ardı »