Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kitablar və mütaliəÇərpələng uçuran | Xalid Hüseyni

Kiatabları sevirəm, amma hər kitabı da yox. Təsirli kitabları daha çox sevirəm. Kafka kimi desəm, gərək kitab mənə “başıma vurulan zərbə” kimi təsir etsin. (Əgər oxuduğumuz kitab bizi başımıza vurulan zərbə kimi sarsıtmırsa, niyə oxumağa vaxt sərf edək ki? F.Kafka)

Oxuduğum kitablar arasında təsirlilərindən biri də Xalid Hüseyninin məşhur əsəri “Çərpələng uçuran”dı. Əsər bestseller də olub, amma nə yalan deyim, əsəri sırf bestsellerdi deyə oxumaq düzgün deyil, məncə. Çünki, elə bestsellerlər var ki, onlar elə də maraqlı deyil. Mənə görə, o kitablar şans əsəri “Gangnam style” kimi məşhurlaşıblar. :)

Əsərin müəllifi Xalid Hüseyni əfqan əsilli Amerika yazıçısıdır, əsas peşəsi həkimlikdir. “Çərpələng uçuran” Ardı »

Kitablar və mütaliəStephenie Meyer

Məşhur Twilight Saga kitablarının müəllifi Stefeni Meyer 24 dekabr 1973-cü ildə Connecticut'da anadan olmuşdur. 1997-ci ildə Brightam Young Univeristetinin ingilis ədəbiyyatı fakultəsini bitirmiş və hal-hazırda həyat yoldaşı və üc oğlu ilə birlikdə Arizonada yaşayir. Onun ilk romani Twilight(Toran) 2005-cı ildə çap olunmuş və sonralar ardıcıl olaraq New Moon(yeni ay) 2006-ci, Eclipse(günəşin tutulması) 2007-ci və Breaking Dawn(Şəfəq) 2008-ci illərdə çap edilmişdir.Bu kitablar beynalxalq nomrə bir ən çox satan kitablar adını alıblar.Yuxarıda qeyd edilen ilk üç romana film şəkilmişdir və breaking dawn'a da çəkiləcəyi gözlənilir. Ardı »

Kitablar və mütaliəHəyat dərsləri aldığımız kitablar

Həyatı həm yaşayaraq öyrənirik, həm kitablardan. Elə kitablar var ki, onlar insan həyatında mühüm rol oynayır. Kimi həyatını həmin kitablardakı qəhrəmanların müsbət keyfiyyətlərini mənimsəyərək, kimi ordan öyrəndiklərilərini həyatda tətbiq edərək, kimi də heç kitab oxumadan qurur. Yaxşı kitab aqil insanın, ağıllı insanın həyatına həmişə işıq salan vasitə olub. Bu kitabların bəlkə də başında gələn iki kitab var. Bunların adını bəlkə də çoxları bilir, amma haqqında məlumatı olan az insan var. Bir az bu kitablar haqqında danışaq.


Kəlilə və Dimnə


Ədəbiyyat tarixində ilk təmsil örnəklərindən hesab olunan Kəlilə və Dimnə hind filosofu Bəydəba tərəfindən yazılmışdır. Bəydəba milladdan əvvəl 1-ci yüzillikdə yaşamışdır. Onun Ardı »

Kitablar və mütaliəKitab oxumağın faydaları

Kitab Oxumaq bir dərmandır.
Kitab Oxumaq həyatı sevdirər.
Kitab Oxumaq düşüncələri yetkinləşdirər. Oxumaq düşüncəni inkişaf etdirən və tezləşdirən əsas qaynaqlardan biridir.
Kitab Oxumaq stressi azaldar,
Kitab Oxumaq zehni açar, kobudluqdan qurtarar.
Kitab Oxumaq gözəl görməyimizi təmin edər.
Kitab Oxumaq Bizi «Bilən» edər.
Kitab Oxuyanın etibarlı bir ətrafı meydana gələr.
Kitab Oxuyanın söz xəzinəmizi zənginləşdirər, danışıq qabiliyyətimizi qüvvətləndirər, mədəniyyətimizi artırar. Təsirli bir insan edər.
İş həyatımızdakı müvəffəqiyyət səviyyəmizi yüksəldər.
Dünyaya baxış bucağımızı dəyişdirər.
Cəmiyyətdəki əlaqələrimizin keyfiyyətini artırar.
Dərs həyatındakı müvəffəqiyyətləri gücləndirər.
Xəyal gücümüzü inkişaf etdirər.
Oxumaq həzz duymağa, zehinimizi gücləndirməyə, qərar vermək qabiliyyətlərimizi inkişaf etdirməyə faydalıdır.
İnsanı yetkinləşdirər. Ardı »

Kitablar və mütaliəBiz niyə kitab oxumalıyıq?

Etiraf edirəm ki, mən asılıyam. Bütün həyatım boyu bu asılılıq davam edib. Uşaqlığımdan bəri. Mən asılı olduğuma görə utanmalıyam, amma utanmıram.

Mən sadəcə kitab mağazasına qayıdacam. Kitabxanaya qayıdacam. Sonsuz növbəsi olan elektron kitablarımın arasına dönəcəm. Dolu rəflərimin arasına qayıdacam.

Onlar məni tanıyır və sevirlər. Burda mənə lazım olan hər şey var. Mən niyə dayanmalıyam?

Bəs siz niyə başlamırsınız? Siz çox oxuduqca həyatınız da dəyişəcək. Bu belə baş verir...

Siz uğursuzluqlardan, stressdən və sıxıntıdan qaçmağın ən rahat yolunu tapacaqsınız
Alkoqola və dərmanlara üz tutmağa ehtiyac yoxdur. Pulunuza qənaət edin. Kitab oxumağa başlayın. Kitabxanalarda keçirin boş vaxtlarınızı. Başqa dünyalara baş vurun. Obrazların həyatını yaşayın. Bu daha ekonomikdir, daha Ardı »

Kitablar və mütaliəMütaliənin faydaları

1. Heç vaxt darıxmazsınız. İctimai nəqliyyatdasınız? Kitabınızı açın. Gözləmə zalındasınız? Kitabınızı açın. Dostlarınız həmişə kitab oxuduğunuza görə sizi qonaqlıqlara, gəzməyə çağırmırsa, kitabınızı açın.

2. İlk görüşdə qarşınızdakını qiymətləndirməyiniz üçün əlinizdə möhtəşəm bir test var. “Kitab oxumuram” – dedisə, bundan sonra münasibətin ölüm fərmanı imzalandı.

3. Ətrafınızdakı adamlar sıxıcı, monoton, yalnız bir həyat yaşayanda siz yüzlərlə fərqli həyatı təcrübədən keçirə bilər, yüzlərlə insanın beynində gəzişə bilərsiniz.

4. İdman edəndə də nəsə öyrənə bilərsiniz. Murakaminin “1Q84” kimi 1200 səhifədən çox olan romanını oxuyan adamlar nə dediyimizi başa düşür.

5. Hər bir vəziyyəti izah edəcək doğru ifadəni tapıb deyə bilirsiniz. Söz ehtiyatınız kifayət qədərdir.

6. Təbriklər. Sizə hədiyyə Ardı »

Kitablar və mütaliəBoş qalan dolu kitabxanalar

Elm və texnologiyanın inkişafı insanı günbəgün təbiilikdən uzaqlaşdırır. Qabaqlar hamımızın görüş yerimiz, bilgi və elm ocağı olan kitabxanalar yavaş-yavaş virtual alternativləri ilə əvəzlənir. 5-10 il öncə kitabxana salonlarında “iynə atsan yerə düşməzdi”, amma indi bu məkanlara gedənlər barmaqla sayılacaq qədər azdır. Milli.Az xəbər portalı bu dəfə kitabxanaları araşdırır.

İlk kitabxana eramızdan əvvəl olub
Kitabxanalar yazılmışları bir araya yığan, qoruyan, onlardan insanların faydalanmasını təşkil edən xalq evləridir. Bir çoxumuzun vazkeçilməz qiraət və istirahət yeri hesab etdiyimiz kitabxanalar barədə nə bilirik?
Kitabxanalar xidmət formalarına görə milli kitabxanalar, ümumi və ya xalq kitabxanaları, uşaq kitabxanaları, məktəb kitabxanaları, universitet kitabxanaları, xüsusi kitabxanalar, şəhər kitabxanaları və səyyar Ardı »

Kitablar və mütaliəXXI əsrin 20 ən yaxşı romanları

“The Million” saytı jurnalist, yazıçı və tənqidçilərdən ibarət 57 nəfər ekspert qrupu vasitəsilə XXI əsrin 20 ən yaxşı romanını müəyyənləşdirib.

1. “Orta cins” Ceffri Evqenidis
Bir hermafroditin həyatından bəhs edən açıq və səmimi etiraflar. Onun gözü ilə bir ailənin bir neçə nəslinin tarixçəsi danışılır. Əsər birinci şəxsin dilindən yunan əsilli Amerikan tərəfindən Berlində yazılıb. “Orta cins” 2003-cü ildə Plutser mükafatına layiq görülüb.

2. “Oskar Uonun qısa və təəccüblü həyatı” Juno Dias
Yarı avtobioqrafik roman 2007-ci ildə Dominikan əsilli Amerikalı tərəfindən yazılıb. Əsər gombul və bədbəxt bir yeniyetmənin həyatından bəhs edir. Əsər qəhrəmanın ölümü ilə bitir. Hadisələr Nyu-Cersidə baş verir.

Roman 2008-ci ildə Plutser mükafatına layiq Ardı »