Sevgi varmı? → Men Senin Neyinem?
Mən sənin sonradan dəyərini bildiyinəm. Sən mənim uzaqlaşdıqca yaxınlaşanımsan. Mən sənin vicdanının qara tərəfiyəm, ürəyinin qabıq bağlamayan yarası,içini rahat buraxmayanınam.
Sən mənim ən gizli mərasimlərlə içimə gizlətdiyim, sən mənim boğazıma yumrulanıb qalan, uda bilmədiyimsən. . Sən peşmanlığımsan. Sən mənim geri dönüşü olmayan yollarımın çıxmaz küçələrisən.
Mən sənin hər kəsin yanındakı bədbəxtliyin, unuda bilməyəcəyin yaddaşın, söz dinləməyən uşağıyam ürəyinin. Mən səndə, qələmin qırılması, qələmin qırılmasıyam..
Sən mənim "kaş ki dilsiz olsaydım, o sözləri deməyəydim" təmənimsən.. Sən mənim dolu bir bulud kimi üstümdə dolaşanımsan. Sən mənim həyat boyu birlikdə yaşayacağam talehimsən.
Mən sənin çalmağa qapın , boşa çıxan gözlənişlərinəm. Bitib tükənmək bilməyən sonuncu ümidin, hər səhər yenidən Ardı »